Anons

Dünən, 17:00- Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

Dünən, 16:37- Hökumət minatəmizləmə fəaliyyətinə dair tələbləri təsdiq edəcək

Dünən, 16:13- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 15:58- Nazirlər Kabineti unun qiyməti ilə bağlı qərar verib

Dünən, 15:24- Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

Dünən, 15:00- Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağası tətbiq olunacaq

Dünən, 14:35- Yeddi ay ərzində Azərbaycanda 64 mindən çox körpə doğulub

Dünən, 14:02- Azərbaycana elektromobillərin idxalı kəskin azalıb

Dünən, 13:47- ÜST üçüncü dozanın kimlərə vurulmasının tövsiyə olunduğunu açıqlayıb

Dünən, 13:46- Bakıda 29 yaşlı gənc qətlə yetirildi

Dünən, 13:19- İbtidai siniflərdə dərsliklər yenilənəcək

Dünən, 12:51- Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Dünən, 12:24- Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır

Dünən, 12:00- Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"

Dünən, 11:38- Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

Dünən, 11:05- Yollarda hərəkətə nəzarət gücləndiriləcək

Dünən, 10:17- Yeni metro stansiyası necə adlandırılacaq?

15-09-2021, 17:15- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

15-09-2021, 16:53- FHN-dən vətəndaşlara müraciət: Uşaqlara qarşı diqqətli olun!

15-09-2021, 16:27- Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

Haqqımızda Əlaqə

Səfir Azər Xudiyev: “Azərbaycanın milli maraqları xaricdə, o cümlədən Rusiyada birmənalı qorunmalıdır”

Tarix:10-08-2021, 16:19

Səfir Azər Xudiyev: “Azərbaycanın milli maraqları xaricdə, o cümlədən Rusiyada birmənalı qorunmalıdır”
“Son zamanlar Rusiyanın Kremlə yaxın olan siyasi və nüfuzlu ekspert dairələrinin nümayandələri tərəfindən Azərbaycan xalqı və dövlətinin ünvanına səsləndirilən təhdidlər və təhqiramiz ifadələr artıq bütün siyasi və mənəvi etika sərhədlərini aşmaqdadır. Görünən budur ki, Azərbaycan tərəfinin buna bir qədər yumşaq yanaşması həmin dairələrdə bu hərarəti daha da artırır. Rusiyanın siyasi həyatında kifayət qədər tanınan və öz çıxışları ilə hər zaman gündəm yaradan Vladimir Jirinovskinin ölkəmizin və cənab Prezident İlham Əliyevin ünvanına söylədiyi ifadələr, zənnimcə qəsdən hazırlanmış və Rusiyanın geosiyasi maraqlarından çıxşı edən aksiyadır”.

Bunu Demokrat.az-a açıqlamasında Ukraynanın maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bildirib.

O, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin səsləndirdiyi fikirlərə toxunaraq, onun qəsdən belə addım atdığını vurğulayıb:

“Əlbəttə, Jirinovski bu çıxışı edərkən yaxşı bilirdi ki, Azərbaycan və Rusiya arasındakı siyasi və diplomatik münasibətlərdə kifayət qədər gərginlik yaradacaq, amma buna baxmayaraq o, bu addımı atdı. Deməli, belə bir qənaətə gəlmək olar ki, iki ölkə arasında istər diplomatik müstəvidə, istərsə də siyasi spektor üzrə böyük ixtilaf mövcuddur. Bu gün beynəlxalq hüquq həqiqətən də turbulent vəziyyətindədir və bir sıra regionlarda dövlətlər ağır siyasi proseslərlə üzləşib.

Bundan başqa, bir sıra münaqişələr hələ də həllini tapmayıb, amma beynəlxalq hüququn mexanizmləri işləməkdədir və müvafiq sanksiyaların tətbiq edilməsi qüvvədədir. Ona görə də, bir diplomat və Azərbaycanın vətəndaşı kimi hesab edirəm ki, xalqımızın və ölkəmizin milli maraqlarını və imicini beynəlxalq müstəvidə müdafiə edərək qoruyub saxlamalıyıq”.

Azər Xudiyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Jirinovskinin çıxışına səssiz qalmasına da iradını bildirib:

“Səmimi olsaq, mənim üçün ən narahatedici hal Rusiya Federasiyasındakı səfirimiz Polad Bülbüloğlunun son hadisələrə tamamilə susqun mövqe nümayiş etdirməsidir. Zənnimcə, bu kimi yanaşmalar heç bir halda məqbul sayıla bilməz və o, diplomatik təcrübəyə uyğun olaraq, eləcə də öz səfir səlahiyyətləri çərçivəsində münasibət bildirə bilərdi. Səfir tərəfindən Jirinovskinin məntiqsiz və siyasi tərbiyədən uzaq olan çıxışına Rusiya KİV-i vasitəsilə istər məqalə, istərsə də digər formada sərt cavabın verilməsi daha məqsədəuyğun və vətənpərvərliyə münasib olardı. Amma onun bu susqunluğu məndə və yəqin ki, Rusiyada yaşayan, çalışan bir çox azərbaycanlılarda məyusluq və təəccüb hissi doğurur. Polad Bülbüloğlu kifayət qədər təcrübəyə və potensiala malik biridir. Rusiya rəsmilərinin bu cür çıxışlarına və ifadələrinə lazımi qaydada sərt və adekvat cavab verə biləcəyinə heç şübhə etmirəm, amma nədənsə bu cavabı hələ ki gözləyirik. Çox güman ki, bizim bilmədiyimiz məsələlər var, əks halda bu cür yanaşma xalqımızın və dövlətimizin istiqrarına və təhlükəsizliyinə böyük bir təhdiddir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...