Anons

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Yol Polisinin "saxla" əmrinə tabe olmayanlar kimlərdir?...-Araşdırma.

Tarix:8-07-2021, 14:56

Yol Polisinin "saxla" əmrinə  tabe olmayanlar kimlərdir?...-Araşdırma.
08 iyul saat 11:30 radələrində Bakı-Sumqayıt yolundakı Ekologiya postunda təsadüf nəticəsində müşahidə etdiyimiz hadisə bu yazının qələmə alınması zərurətini yaratdı.Adı çəkilən yolda avtomobilimizlə hərəkətdə olarkən Dövlət Yol Polisi əməkdaşlarının xidmət apardığı ərazidə müşahidə etdiyimiz hadisə bəzilərinə kiçik görünsə də əslində, çox ciddi məqamlardan xəbər verir. Ağ rəngli, 99-ON-777(seriyada səhvə yol verilə bilər -red) dövlət nişanlı LAND-CRUİSER markalı Cip Ekologiya postunda Yol Polisi əməkdaşının "saxla" əmrinə tabe olmayaraq , təhlükəli vəziyyət yaradaraq ərazidən uzaqlaşmağa cəhd göstərdi.Xidmət başında olan bir neçə yol polisi əməkdaşları "saxla "əmri verməsinə baxmayaraq avtomobilin sürücüsü heç nəyə əhəmiyyət verməyərək yoluna davam etdi.Təlimata uyğun olaraq yol polisi əməkdaşları xidməti avtomobillərinə əyləşərək, səsgücləndirici vasitəsi ilə qayda pozuntusuna yol verən avtomobili izləməyə başladılar.Bir neçə kilometr məsafədən sonra qayda pozmuş avtomobili dayandirmaq mümkün oldu.Baş verənləri anbaan izlədiyimiz üçün xidməti vəzifələrini yerinə yetirən Yol Polisi əməkdaşlarına yaxınlaşaraq nə baş verdiyi ilə maraqlandık.Məlum oldu ki , avtomobili idarə edən şəxsin sürücülük vəzifəsi yoxdur.Bu azmış kimi avtomobil başqa şəxsə məxsusdur. Yol Polislərindən onu da öyrənə bildik ki , avtomobil sürücü ilə birlikdə yaxınlıqdakı bölməyə aparılacaq, məsələ orada araşdırılacaq və qanunun tələblərinə uyğun olaraq tədbirlər görüləcək.
Adətən anoloji hadisələrin avtoxuliqanlar tərəfindən törədilməsi hallarına çox rast gəlinir.Amma bahalı avtomobil sahiblərinin bu cür qanun pozuntularına yol verməsi də nadir hallardan deyil.Bu o deməkdir ki , kifayət qədər maddi imkanlara sahiblənmiş oliqarxlar və məmurlar asayişin və təhlükəsizliyin keşiyində dayanan polis əməkdaşlarına hörmətsizlik etməkdən belə çəkinmirlər.Yuxarıda müşahidə etdiyimiz hadisə ətrafdakı onlarla vətəndaşın və sürücünün gözləri qarşısında baş verirdi.Belə çıxır ki harınlamış və qudurğan hala gəlmiş oliqarx məmurlar insanların gözləri qarşısında cəmiyyətə açıq hörmətsizlik edirlər , özlərini qanunlardan üstün sayırlar və bu əməlləri nümayişkaranə şəkildə etməkdən çəkinmirlər.Baş verənlər bir daha onu deməyə əsas verir ki, harınlamış oliqarx məmur balalarının heç bir əndazəyə sığmayan hərəkətlərinin qarşısının alınması istiqamətində ciddi addımlar atılmalıdır.Əks halda nəinki Dövlət Yol Polisinin hətta ,dövlətin nüfuzuna açıq hörmətsizliklə müşaiyət olunan halların artmasının şahidi olacağıq.
Yuxarıda qeyd etdiyimiz hadisə baş verərkən kənardakı vətəndaşların kinayəli və etinasız baxışları diqqətimizdən yayınmadı.Amma, Yol Polisi əməkdaşlarının qudurğan sürücüyə qarşı anındaca həyata keçiridiyi təqib ətrafdakı insanların baxışlarında müşahidə edilən qəzəbli baxışlara qismən də olsa su səpə bildi.Baş verənlər gün ərzində yollarımızda qeydə alınan onlarla hadisədən biridir.Kimlərin necə düşünməsindən asılı olmayaraq bu məsələdə bizim gəldiyimiz qənaət aşağıdakından ibarətdir.Hansısa harınlamış qudurğan məmur ya da oliqarx insanların gözü qarşısında polis əməkdaşının əmrinə aşkar şəkildə tabe olmayırsa bu , nəinki Azərbaycan Polisinə hətta dövlətə meydan oxumaqdır.Belə hallara qarşı mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmağa , əndazəsini aşmış məxluqların ifşa olunması və ictimai qınaq obyektinə çevrilməsi üçün əlimizdən gələni etməyə hazırıq. Belə hallara qarşı mübarizə ümumxalq mübarizəsinə çevrilməlidir.Əks halda ,belə xoşagəlməz hallarla çox rastlaşmalı olacağıq.
Daxili İşlər Naziri Vilayət Eyvazovun bu tip hallara qarşı barışmaz mövqedə olması barədə şübhəmiz yoxdur.Özünü qanunlardan üstün sayanların və Azərbaycan Polisinin imicinə , nüfuzuna , şərəf və ləyaqətinə xələl gətirən istənilən hala qarşı nazir Vilayət Eyvazovun qətiyyətli , prinsipial mövqe sərgiləyəcəyi ümidi ilə yazımızı tamamlamaq istəyirik.Bir daha vurğulamaq istəyirik ki , belə halların kütləvi xarakter almasının və təhlükəli tendensiyaya çevrilməsinin qarşısının alınması üçün cəmiyyət polislə birlikdə hərəkətə keçməlidir.Tarix sübuta yetirdi ki , biz birlikdə güclüyük.

P.S... Bir çox hallarda polisin qanunun tələblərinə uyğun olaraq kəskin addımlara əl atmasını demokratiyanın, insan hüquq və azadlıqlarının pozulması kimi qələmə verməyə çalışan ağzıgöyçəklərə isə susmağı və əl-ayağımıza dolaşmamağı tövsiyyə edirik...
Baş redaktor
Vasif Bayramoğluскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...