Anons

Bu gün, 15:24- COVID-19 pasportu olmayanlar bu yerlərdən istifadə edə bilməyəcək

Bu gün, 15:00- Milli Paralimpiya komandamız Tokio 2020-yə 36-cı lisenziyanı əldə edib

Bu gün, 14:32- Sabah “Bakı bəyannaməsi” imzalanacaq

Bu gün, 14:08- Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

Bu gün, 13:47- Temperatur 8 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bu gün, 12:51- Bakıda 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atdı

Bu gün, 12:26- Bakıdakı otellərdə gizli kamera var? - ŞOK İDDİA

Bu gün, 11:32- Avqustun 2-dən bağçalara elektron qəbul başlayır

Bu gün, 11:05- Eldar Quliyev “Şərəf” ordeni ilə təltif edilib

Bu gün, 10:45- AKP nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib

24-07-2021, 16:59- İlin Uğurlu gənc iş xanımı Elvira Mirzalı: "Çox güclü xaraktere sahibəm".

23-07-2021, 19:22- Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR

23-07-2021, 18:19- MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL

23-07-2021, 16:45- Azərbaycan komandası Tokioda Yay Olimpiya oyunlarının açılışında paraddan keçib

23-07-2021, 16:17- Kamil Xasiyev Azərbaycanın Serbiyada səfiri təyin edildi

23-07-2021, 15:26- Bu il Azərbaycanda dörd məşhur şəxsin heykəli qoyulacaq

23-07-2021, 15:00- Məşhur şirkət İsmayıllıda zavod tikəcək - EKSKLÜZİV

23-07-2021, 14:09- Müalicəvi idman üzrə mütəxəssis Xəyalə Dadaşova: "Uşaqlarla işləyirəmsə, səbrli və təmkinli olmalıyam”

23-07-2021, 13:41- Yeni əlillik təyinatı ilə bağlı qanunda dəyişiklik edilib

23-07-2021, 13:19- Şimal və qərb rayonlarında intensiv yağış yağacaq, dolu düşəcək

Haqqımızda Əlaqə

Döyüş tapşırıqlarının yerinə yetirilməsində rəşadət göstərdi...

Tarix:22-06-2021, 22:04

Döyüş  tapşırıqlarının yerinə yetirilməsində  rəşadət  göstərdi...



Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş ,düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş ,eləcə də vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Rəşadət”ordeni ilə təltif edilmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 11 nəfər hərbi qulluqçusundan biri də ölümündən sonra bu mükafata layiq görülmüş kapitan Hüseynli Türkay Nizami oğludur.
Ölkə başçısının,həmçinin ,15 dekabr 2020-ci il və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə kapitan Türkay Hüseynli (ölümündən sonra )”Vətən uğrunda “ və “Cəbrayılın azad olunmasına görə”medalları ilə təltif edilib.
Kapitan Türkay Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub.Hüseynovlar ailəsində böyüyüb boya-başa çatan və tərbiyə alan 4 övladdan (Sədi,Natəvan,Şahnabat və Türkay)biri,həmçinin ,ailənin sonbeşiyi və vüqarı idi.
Orta təhsilini Bakı şəhəri Qaradağ rayonu Etibar Şirəliyev adına 274 saylı orta məktəbdə alıb.Müddətli hərbi xidmətini 2009-2010-cu illərdə Daxili Qoşunların N hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib.Türkay müddətli hərbi xidmətini başa vurduqdan sonra elə həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində qalaraq,2012-ci ilin iyul ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan şərəfli borcunu yerinə yetirməyə başlayıb.2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub.2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək leytenant hərbi rütbəsi alır və hərbi hissədə fəaliyyətə başlayır.2019-cu ilin fevral ayınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edir.
Türkay Hüseynli xidmət etdiyi dövrdə iki dəfə -2010-cu ilin sentyabr ayından 2011-ci ilin iyun ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Kumando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Gizir komando təməl kursu”və “Zabit komando təməl kursu”da təhsilini davam etdirib.
Sonuncu kursu da müvəffəqiyyətlə başa vuran T.Hüseynli,2019-cu ilin iyul ayından etibarən Daxili Qoşunların N saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri vəzifəsində xidmət edib.
Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən vətənpərvər hərbi qulluqçu kimi işğal olunan torpaqlarımızın azadlığı üçün döyüş meydanında qəhrəmancasına vuruşdu.
3 oktyabr 2020-ci il... Cəbrayıl istiqamətində gedən döyüş Türkanın son döyüşü oldu.Komandiri olduğu qrupun şəxsi heyəti ilə birgə rayonun Böyük Mərcanlı kəndi ətrafındakı yüksəklikdə düşmənin 30 il ərzində möhkəmləndirilmiş birinci müdafiə xəttini damadağın etdi.Ermənilərin xeyli sayda canlı qüvvəsi ,o cümlədən ,8 tankı və 1 topu məhv oldu.Lakin düşmənin bu istiqamətdəki ikinci müdafiə səddinin yarılması uğrunda şiddətli döyüşün gedişində erməni snayperinin açdığı atəş nəticəsində ağır yaralanan kapitan Türkay Hüseynli qəhrəmancasına şəhid oldu.
Kapitan T.Hüseynli 2020-ci il oktyabrın 3-də Bakıdakı ikinci Fəxri xiyabanda dəfn olunub.Subay idi.
Vətən uğrunda canını qurban verən şəhidlər həqiqətən də ölmür.Türkay kimi igid oğullarımızın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Eldar Qafarov
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...