Anons

Bu gün, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Bu gün, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Bu gün, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Bu gün, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Bu gün, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Bu gün, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Bu gün, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Bu gün, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Bu gün, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Bu gün, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Bu gün, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Bu gün, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Bu gün, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Bu gün, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Dünən, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Dünən, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Dünən, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Dünən, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

Dünən, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Dünən, 15:35- Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

Haqqımızda Əlaqə

Azər Xudiyev: “Ərdoğanın Şuşaya səfəri böyük geosiyasi əhəmiyyət daşıyır” — “Şuşada xarici konsulluqların açılması doğru olardı”

Tarix:15-06-2021, 16:27

Azər Xudiyev: “Ərdoğanın Şuşaya səfəri böyük geosiyasi əhəmiyyət daşıyır” — “Şuşada xarici konsulluqların açılması doğru olardı”
“Ərdoğanın Azərbaycana və Qarabağa, xüsusilə Şuşaya səfəri böyük tarixi və siyasi əhəmiyyət kəsb edir. Uzun tarixi dövrdən sonra ilk dəfə Türkiyənin dövlət başçısı Qarabağa səfər edir. Uzun müddətdir ki, belə hadisə yaşanmayıb. Bu, onu göstərir ki, Türkiyə dövləti və xalqının Azərbaycan xalqına son yüz illikdə ən çox dəyər və əhəmiyyət verdiyi dönəm məhz indidir. Şuşada imzalanacaq sənədlər də böyük tarixi rola sahib olacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bildirib.

Türkiyə rəhbəri Rəcəb Tayyip Ərdoğanın səfərinin əhəmiyyətinə toxunan keçmiş səfir bunları deyib:

“Cənab Ərdoğanın Şuşaya səfəri böyük geosiyasi əhəmiyyət daşıyır. Bu səfər həm beynəlxalq ictimaiyyətə, həm regional dövlətlərə onu göstərir ki, Türkiyə hər zaman – həm 44 günlük müharibə zamanı, həm də post müharibə dövründə üzləşdiyi təzyiqlər zamanı da Azərbaycanın yanındadır. Ərdoğanın Şuşaya səfəri onu göstərir ki, işğaldan azad edilmiş Qarabağda Türkiyənin varlığı, böyük və qəhrəman Türk dövlətçiliyinin ruhu təşəkkül tapır. İnanmıram ki, bu səfərdən sonra Ermənistan absurd təxribatçı addımlarını davam etdirməyə cəsarət tapa. Bu səfərdən sonra istər Ermənistanın, istərsə də keçmiş seperatçı rejimin qalığının niyyəti ürəklərində qalacaq. Köçəryan seçkiqabağı kampaniyada yenidən ordu quracağını, guya hərəkətə keçəcəyini deyir. Türkiyə prezidentinin səfərindən sonra onlar bu niyyətlərindən birdəfəlik uzaqlaşmalı olacaqlar. Qarabağda Türkiyənin birbaşa prinsipləri olacaq. Şuşada imzalanacaq diplomatik sənəd həm təhlükəsizlik, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyacaq. Ermənistan tərəfi də bunu nəzərə almalı olacaq”.

Diplomat Şuşa ilə bağlı gələcək planlara və ərazinin siyasi mövqeyinə də toxunub:

“Bu səfərdən sonra Azərbaycanın Şuşa ilə bağlı diplomatik plan hazırlaması daha yaxşı olar. Xarici İşlər naziri, baş nazir, prezidentlər səviyyəsində diplomatik görüşlər daha çox Şuşada keçirilsə, inanıram ki, həm Ermənistan, həm də Rusiya öz məkrli siyasətlərindən əl çəkməli olacaqlar. Onlar biləcəklər ki, Şuşaya böyük beynəlxalq diqqət var və bu ərazi diqqətdədir. Həm Qarabağın, həm də Şuşanın siyasi çəkisinin artırılması üçün bu, olduqca vacib addım olar. Bu, həm də təhlükəsizlik baxımından təminat rolunu oynayacaq.

Şuşanın mövqeyini nəzərə alsaq, orda fabriklərin tikilməsi mümkün deyil və lazımsız addım olar. Daha doğru olar ki, Şuşa üzərindən dünyaya Azərbaycanın zəngin təbiətini, mədəniyyətini, xalqlar arasında tolerantlığını göstərək. Bu baxımdan, Şuşada nə qədər çox mədəni, sosial və siyasi tədbirlər keçirilsə, dünyaya xalqımızın xoşniyyətli, tolerant olmasını dünyaya çatdıra bilərik”.

Azər Xudiyev qeyd edib ki, ölkə müharibədən sonra üzləşdiyi vəziyyətdən ən qısa zamanda çıxmaq üçün xalq dövlətin ətrafında daha sıx birləşməli və Qarabağın inkişafına hər kəs töhfə verməlidir:

“İndi Azərbaycan üçün olduqca ağır siyasi dövrdür. Digər ölkələrin təcrübəsinə nəzər yetirəndə də görürük ki, müharibədən sonra sosial, iqtisadi baxımdan dəyən zərərin aradan qaldırılması üçün uzun müddət lazım olur. Bunların öhdəsindən xalq birləşərək öhdəsindən gəlir. Qarabağla bağlı inkişaf strategiyasının da yaxın vaxtlarda işlənib hazırlanacağına inanıram. Şuşada xarici ölkələrin Baş və fəxri konsulluqlarının, həmçinin iqtisadi-diplomatik nümayəndəliklərinin açılması çox doğru olardı. Mədəni səfirliklərinin fəaliyyəti də Şuşaya böyük diplomatik çəki verər.

Düşünürəm ki, Xarici İşlər Nazirliyi bu məsələylə bağlı xüsusi İşçi Qrupu yaratmalı və müvafiq konsepsiya hazırlamalıdır. Şuşada kiçik diplomatik şəhərcik də yaradıla bilər. Misal üçün, "Diplomatik Şuşa" adlı nəhəng dövlət layihələri həyata keçirilə bilər. Bunun yaradılması ilk növbədə işğaldan azad edilən torpaqların artıq Azərbaycanın ayrılmaz hissəsi kimi dünyaya tanıdılmasına və Qarabağın iqtisadi-sosial inkişafına böyük təkan verəcək. Bir sözlə, doğma Qarabağımızı dünya üçün cazibədar mərkəzə çevirməliyik. Bu baxımdan da Şuşaya beynəlxalq ictimaiyyətin diqqətini yönəldən istiqamətlər hazırlamaq lazımdır. Orada xarici dövlətlərin, o cümlədən Rusiyanın diplomatik nümayəndəliyinin olmasından da narahat olmağa dəyməz”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...