Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Dövlətin milyonlarla pulu deputatın şirkətinə necə ötürülür?

Tarix:29-05-2021, 14:04

Dövlətin milyonlarla pulu deputatın şirkətinə necə ötürülür? Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı "Azeri MED” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ümumi maliyyə dəyəri 5 993 268. 79 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb.
Müqavilələrdə "İntensiv terapiya tibbi ləvazimatların satınalınması”(126465.3 AZN), "Tibbi ləvazimat və dezinfeksiya vasitələrinin satınalınması” (925727.05 AZ), "Reaktiv və PZR testlərin satınalınması” (902348.76 AZN), "Antibakterial və Mukolitik dərman vasitələrinin satınalınması” (602367.01 AZN), "Narkotik və Hepatoprotektor dərman vasitələrinin satınalınması” (520760.55 AZN), "Antiviral dərman vasitələrinin satınalınması” (931682.29 AZN), "İmmunostimulə edici dərman vasitələrinin satınalınması” (987182.21 AZN) və "Antifunqal və İmmunomodulə edici dərman vasitələrinin satınalınması” (996735.62 AZN) nəzərdə tutulur.
"Azeri MED” QSC bundan əvvəl Dövlət Sərhəd Xidməti ilə zərdab və vaksinlərin, həmçinin tibbi sərf materiallarının satın alınmasını nəzərdə tutan 2 müqavilə imzalayıb.
Müqavilələrin toplam maliyyə dəyəri 441 703.85 AZN-dir.
"Azeri Med” QSC-nin iriməbləğli tenderlərdə qalib gəlməsi təsadüfi deyil. 2 iyul 2004-cü ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alınan QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu olsa da, şirkətin əsl sahibi Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavini, deputat Kəmaləddin Qafarovdur. Məhz bu faktor "Azeri MED” QSC-nin tenderlərdə qalib şansını birəbeş artırır.
Araşdırmalar zamanı bəlli olur ki, MOM-un tenderlərində bir qayda olaraq "Azeri MED” QSC qalib elan edilir. Hətta bəzi hallarda MOM tender keçirmədən belə, şirkətlə iri məbləğli müqavilələrə bağlayır. Məsələn, bir müddət əvvəl məlumat yayılmışdı ki, MOM heç bir tender olmadan QSC ilə 43 milyonluq alqı-satqı həyata keçirib.
"Azeri Med” QSC hüquqi ünvanı hazırda Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Bundan əvvəl isə şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır.
Yeri gəlmişkən, dövlət satınalmalarının vahid elektron portalında "Azeri MED” QSC-nin Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) 2000296061 olaraq qeyd edilib. Lakin araşdırmalarımız zamanı bəlli olub ki, bu VÖEN "Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir. VÖEN-in yanlış göstərilməsi texniki yanlışlıq ola bilər. Dövlət satınalmalarının elektron portalında bu cür xətalara rast gəlinir. Lakin VÖEN-in qəsdən yanlış qeyd edilməsi də istisna deyil. Bu halda məqsəd çaşqınlıq yaratmaqla şirkətlə bağlı bilgiləri gizlətmək, yaxud sadəcə çaşqınlıq yaratmaq ola bilər. Hər halda Kəmaləddin Qafarov deputatdır, qanunvericilik isə Milli Məclis üzvünün bizneslə məşğul olmasını yasaqlayır./Hit.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...