Anons

Bu gün, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Bu gün, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Bu gün, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Bu gün, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Bu gün, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Dünən, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Dünən, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Dünən, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Dünən, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

Dünən, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Dünən, 15:35- Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

Dünən, 13:59- RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

Dünən, 13:22- Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

Dünən, 11:53- Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

Dünən, 09:43- Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

Dünən, 09:10- Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

20-04-2024, 19:42- İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

20-04-2024, 19:05- Ceyranbatan su kanalında 1 nəfər batıb

20-04-2024, 18:02- KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

20-04-2024, 17:09- "Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

Haqqımızda Əlaqə

10 manatlıq şirkətlə 11 milyonluq müqavilə: TENDER OYUNLARI

Tarix:21-05-2021, 16:32

10 manatlıq şirkətlə 11 milyonluq müqavilə: TENDER OYUNLARI
Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanlarına asfalt örtüyü çəkməklə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, tenderin qalibi “Ərdağı” MMC olub. İcra hakimiyyəti şirkətə gördüyü işlərin müqabilində 804 995.21 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri “Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.

Açıq mənbələrdə “Ərdağı” MMC və onun qanuni təmsilçisi Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur.

Şirkətin adına əsasən Gəncəbasar bölgəsinin yerli qurumlarının elan etdiyi satınalma müsabiqələrində rast gəlinir.

“Ərdağı” MMC ilə daha çox Gəncə, Gədəbəy, Naftalan, Samux, Goranboy və Daşkəsən icra hakimiyyətləri, onların tabeliyindəki qurumlar əməkdaşlıq edir. 2020-2021-ci illərdə sözügedən rayonların yerli icra hakimiyyəti orqanları şirkətlə toplam olaraq 11 220 017.67 AZN (11 milyon 220 min 17 manat 67 qəpik) dəyərində sifarişlər verib.

2020-ci ildə təkcə Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə 1 milyon 997 min 796 manatlıq müqavilə imzalayıb. Müqavilədə Gəncə şəhərində küçə və prospektlərdə yolların təmiri (abadlıq-quruculuq) işlərinin davam etdirilməsi, habelə 2020-ci il iyulun 11-də şəhərə yağan güclü leysan nəticəsində şəhərin mərkəzi küçə və prospektlərində sıradan çıxan asfalt-beton işlərinin əsaslı təmirinin (əlavə işlərlə) satın alınması nəzərdə tutulub.

Bəzi iddialara görə, “Ərdağı” MMC şübhəli tenderlərdə iştirak üçün yaradılmış şirkətdir. MMC-nin qanuni təmsilçisi Nazim Məmmədov əslində proxy fiqurdur.

Şirkətin Gəncədəki “Asfalt Zavodu”nun rəhbərliyinə məxsus olması barədə məlumatlar var.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...