Anons

Bu gün, 14:08- Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi

Bu gün, 13:44- Sabahın havası - Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq

Bu gün, 13:19- Azərbaycanda yeni fond yaradılır

Bu gün, 12:51- Türkmənistan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək niyyətindədir

Bu gün, 12:26- Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir

Bu gün, 12:00- Hitlerin sovetlərə hücumundan 80 il ötür - TARİX

Bu gün, 11:33- Toy mərasimlərinə nəzarət edəcək qurumların adları açıqlandı

Bu gün, 11:07- "Airbus" 2035-ci ilədək hidrogen təyyarəsinin buraxacağını təsdiqləyib

Bu gün, 10:45- Üç ölkənin XİN rəhbərləri Azərbaycana səfərə gəlirlər

Bu gün, 10:19- İyulun 1-dən toylara icazə verilir

Dünən, 17:00- ETSN xəbərdarlıq etdi: Ölkədə 44 dərəcə isti olacaq

Dünən, 16:29- “Nar” “Breyn Rinq” yarışının çempionu oldu

Dünən, 16:04- Van Damın oğlu ilə gəlininin yeni görüntüləri - FOTO

Dünən, 15:32- Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM

Dünən, 15:00- Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Dünən, 14:26- Bakıda 45 mindən çox şagird 1-ci sinfə ərizə verib

Dünən, 13:53- Sabah temperatur 40 dərəcəni keçəcək

Dünən, 13:18- Xaricdə terrorçu qruplara qoşulanların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb

Dünən, 12:41- Azərbaycanda gələn aydan QAZ avtomobillərinin yığılmasına başlanacaq

Dünən, 12:05- Binəqədidə 36 yaşlı kişi qətlə yetirilib

Haqqımızda Əlaqə

Bakı Sağlamlıq Mərkəzi 19 milyon 683 min manatı necə “əridib”... - Tikintidə “sökülən“ büdcə

Tarix:4-05-2021, 16:38

Bakı Sağlamlıq Mərkəzi 19 milyon 683 min manatı necə “əridib”... - Tikintidə “sökülən“ büdcə “Prezident İlham Əliyev 2014-cü il yanvarın 7-də Bakı Sağlamlıq Mərkəzinin açılışını etdi. Büdcədən ayrılan vəsait hesabına Mərkəzin inşasına 2010-ci ildə başlanıb. İşlər yarımçıq qalmasın deyə, 2011-ci il iyulun 9-da Prezidentin ehtiyat fondundan əlavə olaraq 5 mln. manat ayrıldı. Prezident sonra 18 oktyabr 2017-ci ildə növbəti fərmanla Bakı Sağlamlıq Mərkəzinin nəznində Publik Hüquqi Şəxs yaratdı ki, öz xərcini ödəyə bilsin, qazancla çalışmağa başlasın, büdcəyə yük olmaqdan qurtulsun. Lakin mərkəz hər il zərər edib”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert mərkəzin 4 il ərzindəki fəaliyyətini diqqətə çatdırıb:

“Bakı Sağlamlıq Mərkəzi 2020-ci ili 6 milyon 724 min manat xalis zərər ilə başa vurub. Bildirim ki, mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərər ilə bağlayıb,beləliklə, ötən il mərkəzin zərəri artıb. Publik şəxs etdilər ki, mərkəz gəlirlə işləsin, amma hər ili xalis zərərlə başa vurub. Bu bir kənara, 2017-ci ildə Publik Hüquqi Şəxsə çevriləndə qurumun nizamnamə kapitalı 75 mln. 714 min manat idi, 2020-ci ilin sonuna isə nizamnamə kapitalı azalaraq 56 mln. 30 min manat təşkil edib, yəni bu illər ərzində nizamnamə kapitalı 19 mln. 683 min manat “əriyib”.

Natiq Cəfərli qeyd edib ki, ölkədə dövlət-məmur “kapitalizmi” mövcuddur:

“Bütün layihələr gələcəkdə gəlirlə işləməyə deyil də, təmir-tikinti zamanı büdcəni “sökməyə”, avadanlıq alarkən büdcəni “sağmağa”, işlədərkən isə xərcləri şişirdərək “ziyanla” işlədiyini göstərib həm pul mənimsəməyə, həm də vergidən yayınmağa hesablanıb. Digər sahələrlə yanaşı səhiyyə kimi strateji, sosial məsələdə də eyni yanaşmanın olması hakimiyyət üçün utancvericidır. Dövlət-hökumət iqtisadiyyatda ən pis menecerdir, dünyada da belədir, sadəcə bizdə o qədər eybəcər məmur-korrupsiya sistemidir ki, bütün yaxşı ideyaları da batırırlar. Dövlət iqtisadiyyatda birbaşa oyunçu olmamalı, ən yaxşı halda “startup” rolunu oynamalıdır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...