Anons

Dünən, 21:03- “Xarı bülbülü”ü Xarı bülbül də alqışladı.

11-05-2021, 16:02- Radioloq Hürü Rəhimova: "Ürək qüsurlu uşaqlara cərrahi müdaxilə etmək çətin olur"

11-05-2021, 11:32- Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"

8-05-2021, 11:12- Azərbaycan taekvondoçusu Tokio-2020-yə lisenziya qazandı

7-05-2021, 17:09- Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

7-05-2021, 16:45- Xalq şairi Musa Yaqub vəfat edib

7-05-2021, 16:18- Azərbaycanda rəqəmsal ödənişlər genişləndiriləcək

7-05-2021, 15:51- Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

7-05-2021, 15:23- Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

7-05-2021, 15:00- Azər Xudiyev: "ABŞ və Rusiya prezidentlərinin görüşünə Bakının ev sahibliyi etməsi şansı böyükdür"

7-05-2021, 14:36- Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq

7-05-2021, 14:07- Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli

7-05-2021, 13:42- Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib

7-05-2021, 13:19- Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb

7-05-2021, 12:58- AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

7-05-2021, 12:24- Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq

7-05-2021, 12:00- Bakıya qəhrəman şəhər adı verilmədir.

7-05-2021, 10:47- Xalq artisti Arif Quliyev vəfat edib

7-05-2021, 10:13- Hilal Qasımovun yeni kitabı işıq üzü görüb.

6-05-2021, 23:13- İcra başçısının göstərişi tabeçiliyində olan məmurlar tərəfindən icra olunmur: Qazidən giley - VİDEO

Haqqımızda Əlaqə

Bəlanı dünyaya yayan Uhanda indi vəziyyət belədir

Tarix:3-05-2021, 17:38

Bəlanı dünyaya yayan Uhanda indi vəziyyət belədir
Çinin 2019-cu ilin sonlarında ilk dəfə yeni növ koronavirusun yayılmağa başladığı və daha sonra tətbiq edilən sərt karantin rejiminə görə bir müddət xəyalət-şəhəri xatırladan Uhan şəhərində ötən gün on minlərlə adamın qatıldığı “Çiyələk musiqi festivalı” keçirilib. Bu festivaldan fotoları beynəlxalq media dərc edir. Qonşu Hindistanda isə dəhşətli “festival” hökm sürür-orada koronavirusdan ölənləri şəhər parklarında qalanmış tonqallarda yandırırlar.

Uhanda insanlar indi küçələrə ona görə rahat şəkildə çıxıb bayram edə bilirlər ki, rəsmi rəqəmlərə görə Çində koronavirusa yoluxma az qala sıfır səviyyəsindədir. Belə ki, aprelin 30-da Çində COVİD-19 virusuna cəmi 16 yeni yoluxma qeydə alınıb, bundan bir gün əvvəl isə yoluxanların sayı 13 olub. Çinin koronavirusa yoluxmanı necə bu cür sıfırladığı hələ də aydın deyil, hansı ki, dünyanın qalan ölkələrində hər gün milyonlarla yeni yoluxma qeydə alınır.

Bəlanı dünyaya yayan Uhanda indi vəziyyət belədir
Uhanda festivaldır...

Hindistanda isə koronavirusun ikiqat mutasiya olunmuş yeni ştammına görə əsl humanitar fəlakət yaşanmaqdadır. Bu ölkədə gündəlik yoluxma halları rəsmi məlumatlara görə, 400 minə yaxındır. Lakin real rəqəm bundan qat-qat artıq ola bilər, çünki ölkənin kənd rayonlarında yoluxmanı üzə çıxarmaq üçün testlər sadəcə olaraq yoxdur. Ölənlərin sayı isə 3 mini keçir, amma bu da rəsmi rəqəmdir. Real ölüm sayı bundan xeyli çox ola bilər.

Bəlanı dünyaya yayan Uhanda indi vəziyyət belədir
Hindistanda da "festivaldır"...

Koronavirusun Hindistan ştammı artıq Türkiyədə də qeydə alınıb və alimlər həyacan təbili çalırlar ki, bu ştamm hazırda tətbiq edilən vaksinlərin əksəriyyətinin yaratdığı müdafiəni keçə, eləcə də yoluxmuş və sağalmış adamlarda yaranan antitelləri dəf edə bilər. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Hindistan ştammını “həyacanverici” adlandırıb və onun qonşu ölkələrdə də pandemiya ilə bağlı vəziyyəti kəskinləşdirə biləcəyi haqda xəbərdarlıq edib.

Koronavirus pandemiyası dünyada bu günə qədər 3 milyon 200 mindən çox insanın həyatına son qoyub. “The Washington Post” qəzeti yazır ki, pandemiyanın necə başladığı hələ də bəlli deyil və onun mənşəyini tapmağı hədəfləyən ilk cəhd boşa çıxdı. “Bir neçə həftəyə Dünya Səhiyyə Təşkilatı (DST) və üzv ölkələr pandemiyanın necə və harada başlaması üzrə etibarlı tədqiqata başlamalıdırlar”, – qəzetin redaksiya heyəti rəyində yazır.

Bəlanı dünyaya yayan Uhanda indi vəziyyət belədir

Məqalədə deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatının Çinlə birgə araşdırmasına əsasən koronavirus heyvanlardan insanlara birbaşa, yaxud dolayısı ilə keçib. Amma Çinin vilayətlərində 80 mindən çox vəhşi, ev heyvanından götürülmüş nümunələrdən bircəciyində belə virus tapılmayıb. Tədqiqat komandası virusun Uhanda laboratoriyadan sızması versiyasına çox az ehtimal verdi. Qəzet bu versiyanın heç araşdırılmadığını qeyd edir. Axı, Uhan Virusologiya İnstitutunun yarasa koronavirusları üzərində riskli eksperimentlər apardığı bəllidir. Çin də virusun laboratoriyadan sızması versiyasını cidd-cəhdlə rədd edir.

Ötən cümə günü bir qrup alim açıq məktubda virusun “bütün mümkün mənşələrinin tam elmi və ekspertiza tədqiqatını aparmağa” çağırır. Məktubda sözügedən laboratoriya və onun işilə bağlı bəzi suallar da qoyulur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...