Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

Aslan İsmayılov: “Səfir Elmira Axundova dərhal geri çağırılmalıdır” — Nizami Gəncəvi ilə bağlı skandal BÖYÜYÜR...

Tarix:26-04-2021, 19:33

Aslan İsmayılov: “Səfir Elmira Axundova dərhal geri çağırılmalıdır” — Nizami Gəncəvi ilə bağlı skandal BÖYÜYÜR... Xarkov şəhərində Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova dərhal geri çağırılmalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov səfir Elmira Axundovanın Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçməsinə münasibət bildirərkən deyib.

Aslan İsmayılov bu xəbəri eşidəekən öncə inanmaq istəmədiyini bildirib:

"Bu xəbəri mən bir neçə mənbədən dəqiqləşdirmək istədim. Çünki hər hansı səfir və ya məmur tərəfindən bu cür hərəkətin edilməsi ağılabatan deyil. Burada bir neçə məqamı qeyd etmək istəyirəm. Əvvəla, burada səfir Elmira Axundovanın özbaşına fəaliyyəti ilk növbədə Azərbaycanın dövlət başçısına hörmətsizlikdir.

Digər tərəfdən isə səfirin bu cür hərəkəti Azərbaycan xalqına hörmətsizlikdir. Əlbəttə ki, mən Mirzə Fətəli Axundovu “qaraguruhçü” kimi "rusbaş" adlandırmıram. Amma Mirzə Fətəli Axundovu Nizami Gəncəvi ilə müqayisə etmək də böyük haqsızlıq və Azərbaycan xalqına hörmətsizlikdir".

Aslan İsmayılov: “Səfir Elmira Axundova dərhal geri çağırılmalıdır” — Nizami Gəncəvi ilə bağlı skandal BÖYÜYÜR...

Hüquqşünas qeyd edib ki, Mirzə Fətəli Axundov ömrü boyu Rusiyanın tərəfdarı olub, bu imperiyanı tərənnüm edib:

"Ukrayna kimi bir dövlətdə, xüsusilə də indiki Rusiya-Ukrayna arasında yaranmış qarşıdurma vəziyyətində Mirzə Fətəli Axundovun abidəsinin bu ölkədə ucaldılmasını təklif etmək Azərbaycan dövlətinə qarşı təxribatdır. Mən əminəm ki, Ukraynada bizim səfirdən fərqli olaraq ağılı başında olan siyasətçilər, diplomatlar var və onlar buna qarşı çox ciddi təpki göstərəcəklər.

Digər vacib məqam odur ki, Azərbaycanın xarici ölkələrdə atdığı istənilən addımda çalışırıq ki, ölkəmizin qədim tarixini və həmin dövrlərin görkəmli şəxsiyyətlərini təbliğ edək, onları dünyaya tanıdaq. Nizami Gəncəvi XII əsr Azərbaycanının görkəmli mütəfəkkiridir. Bütün dünya bilir ki, XII əsrdə Azərbaycanın Nizami Gəncəvi kimi görkəmli şəxsiyyəti olub. Yəni, bu o deməkdir ki, Azərbaycanın hələ XII əsrdə də böyük tarixi olub. Mirzə Fətəli Axundov isə XIX əsri əhatə edir. İndi səfirin Nizami Gəncəvi əvəzinə Mirzə Fətəli Axundovla Azərbaycanı tanıtmaq istəyi belə ağılsızlıqdır. Bütün bunlar bir daha göstərir ki, Xarkovda Nizmai Gəncəvinin abidəsinin qoyulmasına əngəl yaratmaq Azərbaycan xalqına qarşı törədilən təxribatdır. Səfir Elmira Axundova 30 il Azərbaycan xalqına düşmənçilik mövqeyində olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin siyasətini davam etdirir. Hesab edirəm ki, bu hərəkətinə görə səfir Elmira Axundova geri çağırılmalıdır".

Aslan İsmayılov: “Səfir Elmira Axundova dərhal geri çağırılmalıdır” — Nizami Gəncəvi ilə bağlı skandal BÖYÜYÜR...

Xatırladaq ki, səfir Elmira Axundova Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib.

Belə ki, E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan "Filosoflar parkı"nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...