Anons

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Haqqımızda Əlaqə

15 yaşlı oğlan vurulduğu 3 uşaq anasını bıçaqlayıb - MƏHKƏMƏ

Tarix:15-11-2022, 17:06

15 yaşlı oğlan vurulduğu 3 uşaq anasını bıçaqlayıb - MƏHKƏMƏ
Bakının Səbail rayonunda özündən 10 yaş böyük olan sevgilisinı bıçaqlamaqda ittiham olunan 2007-ci il təvəllüdlü İlkin Cəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.



Adekvat.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.



İttihama görə, İlkin Cəbiyev sevgi münasibətində olduğu Dilbər İbrahimova ilə qısqanclıq zəminində mübahisə edib. Daha sonra onu bıçaqlayıb.



İstintaq orqanı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.



Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Dilbər onun qonşusudur. Əvvəllər münasibətləri yaxşı olub, amma son vaxtlar aldadıldığını hiss edib:



“Dilbər əvvəllər məni sevdiyini deyirdi. Amma son vaxtlar münasibətlərimiz soyumuşdu. Hiss edirdim ki, məni aldadır. Ona “WhatsApp”da mesaj yazırdım. Onlayn olurdu, amma cavab vermirdi. Hiss edirdim ki, başqası ilə danışır. Məni Dilbər iki-üç il belə aldatdı. Mesajlarıma gec-gec cavab verirdi. Səbəbini soruşanda başının qarışıq olduğunu söyləyirdi”.



Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Dilbərlə küçədə rastlaşıb:



“Xalası da yanında idi. Ondan soruşdum ki, məni niyə aldadırsan? Sonra bıçaqla ona bir zərbə vurdum. Daha sonra evə gəldim. Anama hadisə barədə məlumat verdim. Özüm 8-ci polis bölməsinə gedərkən yolda polislər məni saxladılar”.



Təqsirləndirilən şəxs bildirib ki, Dilbəri bıçaqlamaqla səhv hərəkət edib.



Onun sözlərinə görə, Dilbər əvvəllər ailəli olub, sonradan boşanıb:



“Mən Dilbəri sevirdim. O da məndən əl çəkmirdi. Hamı Dilbəri sevdiyimi bilirdi. Dilbəri isə 13 yaşında sevməyə başlamışam”.



Zərərçəkmiş Dilbər ifadəsində deyib ki, ailəlidir, üç azyaşlı uşağı var. İlkini qonşusu kimi tanıyıb:



“İlkin məni sevdiyini deyirdi. Mən də bunu zarafat kimi qəbul edirdim. Mənə “WhatsApp”da “ürək” atırdı, sevdiyini yazırdı. Mən isə cavab yazmırdım. Nə cavab yazacaqdım? Mən elə bilirdim ki, zarafat edir. Mənə gecə-gündüz yazırdı”.



Dilbər qeyd edib ki, bu hadisəyə kimi əri ilə birlikdə yaşayıb:



“Təqsirləndirilən şəxsin boşanmağımla bağlı dediyi yalandır. Mən ərimlə yaşamışam. Bu hadisə baş verəndən sonra ərim boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda boşanma ilə bağlı iş məhkəmədədir”.



Növbəti proses noyabrın 21-də davam edəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...