Anons

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Haqqımızda Əlaqə

Maşınla üstündən keçdi, sonra boğazını kəsdi - Bacı-qardaşın qatili

Tarix:19-08-2022, 14:06

Maşınla üstündən keçdi, sonra boğazını kəsdi - Bacı-qardaşın qatili
Bu il fevralın 6-da Goranboy rayonunun Qarasüleymanlı kəndində 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı, 1960-cı il təvəllüdlü Səlmi Namazovanı qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.



Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən 1965-ci il təvəllüdlü İlham Haqverdiyevə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkəcəyi bildirilib.



İ.Haqverdiyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla adam öldürmə, 2 və daha çox şəxsi öldürmə, köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.



Araşdırmalar zamanı məlum olub ki, hadisə torpaq sahəsi üstündə olub. Belə ki, Namazovlar kənddəki torpaq sahəsini ödəniş edərək alıblar. Lakin İlham Haqverdiyev həmin sahənin ona məxsus olduğunu bildirib və ailələr arasında münaqişəli vəziyyət yaranıb. Hadisənin baş verdiyi gün İlham traktora ödəniş edərək torpaq sahəsinin ətrafında çalalar qazdırıb və ərazini çəpərləmək istəyib. Həmin vaxt Səlmi Namazova və qardaşı oraya gəliblər. Münaqişənin yaranacağını görən İlham evə gedib. Bir neçə saat sonra o, geri qayıtdıqda Namazovların sahədə olduğunu görüb və münaqişə yaranıb.

Münaqişə zəminində İlham Haqverdiyev idarə etdiyi “Niva” markalı avtomobillə əvvəlcə Səlmi Namazovanı vuraraq ayaqlarının üstündən keçib. Xəsarətlər alan qadın maşının altında ikən qardaşı Pərviz bel ilə İlhama hücum edərək onu vurmaq istəyib. Bu zaman avtomobildəki bıçağı götürən İlham Pərvizə zərbələr endirib. O, yerdə yıxılı vəziyyətdə qalmış qadının gözləri qarşısında qardaşına çoxsaylı bıçaq xəsarətləri yetirib və boğazını kəsib. Daha sonra Səlmiyə yaxınlaşan İlham Haqverdiyev ona da bir neçə bıçaq zərbəsi endirib və onun da boğazını kəsib.

Hər iki şəxsi öldürən İlham Haqverdiyev daha sonra oğluna su gətirməsini deyib və əl-üzünü yuyub. O, bir fincan çay içdikdən sonra polisə zəng edərək törətdiyi hadisə barədə məlumat verib və sahədə öldürdüyü şəxslərin yanında dayanaraq polislərin gəlməsini gözləyib.

Məhkəmədə İ. Haqverdiyev bacı-qardaşı öldürməyi əvvəldən planlaşdırmadığını, hadisənin özünü müdafiə edərkən baş verdiyini deyərək peşman olduğunu bildirib.

Zərərçəkən tərəf isə dəhşətli cinayətin baş verməsində İlhamın oğlu Elbrusun da iştirak etdiyini və onun atasına kömək etdiyini bildirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...