Anons

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Haqqımızda Əlaqə

Feministlərə görə həyat yoldaşını öldürüb - MƏHKƏMƏ

Tarix:10-03-2022, 15:54

Feministlərə görə həyat yoldaşını öldürüb - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Modern.az məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Sevinc Qarayevanın atası Yalçın Məhərrəmov bildirib ki, qızı ailə qurandan sonra həmişə ərindən narazılıq edib.

"Ailə qurandan 3 ay sonra ailədə narazılıqlar başlayıb. Tez-tez mübahisə olurdu, qızımı döyürdü. Evləri şəraitsiz idi. Qızımın şəraiti yox idi. Bu da evdə söz-söhbətlər yaradırdı. Axırıncı dəfə oğlanın işi polisə verilmişdi. İşi polisdə idi. Yəqin ki ona görə öldürüb qızımı. Qızım qətlə yetiriləndə rayonda idim, toya getmişdim. Zəng vurdular ki, qızını qətlə yetiriblər. Mən də gəldim", - zərərçəkmiş deyib.

Təqsirləndirilən şəxs Füzuli Qarayev isə bildirib ki, zərərçəkmişlər yalan danışır:

"Mən yoldaşımı heç vaxt döyməmişəm. Ailə qurandan 4 ay sonra qaçıb getmişdi atasının evinə. Dedi darıxıram. Bir müddətdən sonra qayıtdı. Amma sonradan yenə xəbərsiz çıxıb gedirdi. Bir neçə dəfə evdən qaçdı getdi. Axtardım tapmadım. Axırıncı dəfə də evdən qaçanda qayınatamı zəng edib çağırdım. O da gəldi, axtardıq, tapa bilmədik. Qayınatam dedi ki, mən bacarmıram artıq öldür, mənim üçün o qız ölüb. Mən də dedim mən niyə öldürürəm"?

Sevinc Qarayevanın anası Mətanət Məhərrəmova bildirib ki, qızı ailə qurandan problem yaşayıb.

"Həmişə evində qırğın-dava olurdu. Uşaqlarla qorxudurdu ki, gəlməsə, uşaqları öldürəcəm. Qızım qaçıb ya bizə gəlirdi, ya xalasıgilə. Deyirdi ki, kanalizasiya tutulduğuna görə məni döyüb. Mənə çox söz demirdi, bacıları ilə danışırdı, dərdini onlara deyirdi.

Sığınacağa getməyini bilirdim. Axırıncı dəfə mart ayında pis döyülmüşdü. Sevinc gəldi bizə, bədəni gömgöy idi. Bir neçə gün qaldı bizdə. Mən dedim apar uşaqları qaytar, özün getmə. Dedi yox, mən uşaqlara görə getməliyəm. Füzuli ona nə dedi, nə demədi, başını bişirdi, qız da getdi. Gedəndən 10 gün sonra da öldürüldü. Qızımı hədələyirdi ki uşaqları öldürəcəm. O da qorxurdu", - deyə M.Məhərrəmova deyib.

Mərhumənin anası qızının feministlərə qoşulmasının normal hal olduğunu deyib: "Feministlər qızıma köməklik edirdilər. Onun ailə problemini həll etmək istəyirdilər. Qızım feministlərə qoşulub pis yola getməyib ki? Onlar hamısı qadınlar idi, kişilər yox".

Təqsirləndirilən şəxs F.Qarayev bildirib ki, onun həyat yoldaşını yoldan çıxarıblar: "Mənim həyat yoldaşımı xalası qızı yoldan çıxarıb feministlərə qoşub. Qayınanam öz qızını oğurluğa vadar edib. Özü qızı ilə birlikdə Optimal marketdən oğurluq edib. Bunun tərbiyə verdiyi qız bundan artıq olmayacaq ki?. Yoldaşım feministlərə qoşulduğundan məni saymırdı, qətlin səbəbi də budur".

Zərərçəkmişin qonşusu Əli Həmidov bildirib ki, Füzuli həyat yoldaşını qətlə yetirəndən sonra onlara gəlib: "Əl-üzünü yuyandan sonra polisə zəng vurdu ki, yoldaşımı qətlə yetirmişəm. Polis də gəldi apardı.

Tez-tez gəlib bizdən soruşurdu ki, Sevinc sizə gəlməyib? Deyirdi ki, evdə yoxdur, hara qaçıb bilmirəm. Deyirdi ki, Sevinc feministlər qoşulub, onların yanına qaçır tez-tez. 10 ildir ki, Fizulini qonşu kimi tanıyıram. Gəlib-gedirdilər bizə, biz də gedirdik. Amma bilmirdim evində problem olmasını. Hadisə olandan sonra bilmişəm ki, ailədə münaqişə olurmuş. Füzulini ömrü boyu dava edən görməmişəm. Qonşulardan heç kim ondan şikayət etməyib".

İttihama görə, bu il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...