Anons

Bu gün, 16:49- Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

Bu gün, 16:29- Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Bu gün, 15:57- Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Haqqımızda Əlaqə

Arvadını və baldızını bıçaqlayan kişiyə ən az CƏZA VERİLDİ

Tarix:14-01-2022, 11:33

Arvadını və baldızını bıçaqlayan kişiyə ən az CƏZA VERİLDİ
Bəzi media və sosial şəbəkə səhifələrində Şəmkir rayonu, Ələsgərli kənd sakini Şəhla Süleymanovaya və bacısı Şəlalə Tağıyevaya bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən sonuncunun əri Gürzalı Alyarova Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza verilməsi ilə bağlı informasiyalar yayılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Xəbər verildiyi kimi, 26 may 2021-ci ildə birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gürzalı Alyarov bıçaqla arvadı Şəlalə Tağıyevaya ağır dərəcəli bədən xəsarəti yetirib.

Daha sonra həmin vaxt onları sakitləşdirməyə çalışan sonuncunun bacısı Şəhla Süleymanovaya da bıçaqla insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma -xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə Şəmkir rayon polis şöbəsində cinayət işi başlanaraq istintaq aparılmış, Gürzalı Alyarova qeyd edilən maddələr ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Həmin məhkəmənin 29.12.2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Gürzalı Alyarovun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza, yəni 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

Təyin olunmuş cəza törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığından cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən apellyasiya protesti verilmişdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...