Anons

Bu gün, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Bu gün, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Bu gün, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Bu gün, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Bu gün, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Bu gün, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Bu gün, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Bu gün, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Bir sıra məhsullar bahalaşıb - Dövlət Xidmətindən AÇIQLAMA

Tarix:16-10-2023, 13:00

Bir sıra məhsullar bahalaşıb - Dövlət Xidmətindən AÇIQLAMA
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əsas yer tutan ərzaq məhsulları bazarında qiymət dəyişiklikləri üzrə monitorinqləri gücləndirir.

Bu barədə Dövlət Xidmətinə istinadən xəbər verilir.

Xatırladaq ki, Nazirlər Kabinetində “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclasında sosial əhəmiyyətli ərzaq məhsullarındakı qiymət dəyişikliklərinin səbəblərinin müəyyən edilməsi və əsassız qiymət artımına qarşı tədbirlərin görülməsi istiqamətində aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Qeyd olunan tapşırıqlardan irəli gələrək Dövlət Xidməti öz mandatı çərçivəsində ərzaq məhsulları bazarında qiymətlərə təsir gücünə malik olan və hökmran mövqeyindən sui-istifadə edərək qiymət artımlarına səbəb olan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verən təsərrüfat subyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı fəaliyyətini genişləndirəcək.

"Dövlət Xidməti mütəmadi əsaslarla istehlak bazarında qiymət monitorinqi və rəqabət təhlilləri aparır. Bu il qurum minimum istehlak səbətinə daxil olan və əhalinin ərzaq təminatında əsas yer tutan qida məhsulları, o cümlədən un və un məmulatları, şəkər tozu, iri və xırdabuynuzlu heyvan əti, toyuq əti, kərə yağı, düyü, qarabaşaq, ağartı məhsullarının və s. qiymətləri ilə bağlı monitorinqlər aparıb.

Oktyabrın 13-nə olan məlumata əsasən, ötən il ilə müqayisədə cari ilin oktyabr ayında aparılan monitorinqlər zamanı şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğan qiymətlərində artımlar müşahidə edilib. Bəzi məhsul kateqoriyaları üzrə isə qiymətlərin enməsi qeydə alınıb. Bu məhsullara çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsaq daxildir. Bundan əlavə, 1 kq-lıq qablaşdırmada təqdim edilən un qiymətlərində artım müşahidə olunsa da, 50 kq-lıq un kisəsinin qiymətində azalmalar baş verib.

Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması və bazarda rəqabətin təmin olunması məqsədilə bu ilin II rübündən etibarən iri və xırdabuynuzlu heyvan əti bazarı və ümumilikdə kənd təsərrüfatı sektorunda müxtəlif təchizat zəncirləri üzrə qiymət artımı səbəblərinin bazarın rəqabət vəziyyəti ilə əlaqəli olub-olmamasının araşdırılması məqsədilə geniş təhlil və araşdırmalara başlayıb.

Aparılan araşdırmaların nəticələrinə əsasən, heyvandarlıq (iri və xırdabuynuzlu heyvan əti) və bitkiçilik istiqamətləri (kartof, soğan, pomidor və s.) üzrə müxtəlif dəyər zəncirlərində fəaliyyəti əsasən ailə kəndli-təsərrüfatlarının, fərdi sahibkarların həyata keçirdiyi müəyyən edilib. Bununla belə, kənd təsərrüfatı sektorunda müəssisə əsaslı satış və istehsalın zəif olması, regional topdansatış məntəqələrinin az olması və digər amillərin istehsal xərclərini artırdığı müəyyən olunub.

Dövlət Xidməti bazarda apardığı monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallarl aşkar etdiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görəcək", - deyə məlumatda qeyd olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...