Anons

Bu gün, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Bu gün, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Bu gün, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Bu gün, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Bu gün, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Bu gün, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

Əli Əsədov “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

Tarix:29-09-2023, 10:16

Əli Əsədov “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunda iştirak edib
Dünən Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumu keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əl Əsədov forumun işində iştirak edib.

Tədbirin açılışında Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun forum iştirakçılarına videomüraciəti yayımlanıb.

Tədbirdə çıxış edən Ə.Əsədov “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini qeyd edib. O bildirib ki, forum investisiya və biznes sahələrində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, həmçinin Tacikistanın iqtisadi potensialı və sərmayə imkanları ilə tanış olmaq baxımından effektiv beynəlxalq platformadır.

Ə.Əsədov forum iştirakçılarına Azərbaycanın iqtisadi inkişafı və əlverişli investisiya mühiti barədə məlumat verib.

O vurğulayıb ki, ölkə iqtisadiyyatı 2022-ci ildə 4,6 faiz artaraq rekord səviyyəyə - təqribən 80 milyard ABŞ dollarına çatıb. Qeyri-neft və qaz sektorunda 9,1 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 67 milyard dollardan çoxdur. Azərbaycanın xarici borcu böyük həcmdə azalaraq ÜDM-nin 9,3 faizinə düşüb.

Qeyd edilib ki, hökumət iqtisadiyyata investisiyaların stimullaşdırılması məqsədilə müasir texnologiyalardan istifadə etməklə və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq, “açıq qapı” siyasəti yürüdür.

Forum iştirakçılarına dövlət tərəfindən vergi yükünün azaldılması, inzibati əngəllərin aradan qaldırılması və hüquqi bazanın yaxşılaşdırılıması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ə.Əsədov deyib: “Azərbaycanda yaradılan əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır, belə ki, ölkədə yerli və əcnəbi sahibkarlar üçün bərabər imkanlar təmin olunub.

Baş nazir tacik investorları əlverişli biznes mühiti, xüsusi vergi və gömrük rejimləri, fiskal və qeyri-fiskal güzəştlər paketi təklif edən yeddi sənaye parkı, habelə Ələt Azad İqtisadi Zonasının imkanları ilə yaxından tanış olmağa dəvət edib.

Diqqətə çatdırılıb ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat arteriyalarının kəsişməsində unikal coğrafi mövqedə yerləşməsi və infrastruktur potensialına malik olması Ələt Azad İqtisadi Zonasını dünya miqyaslı biznes platformasına çevirir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi üzrə işlərin davam etməsindən bəhs edən Baş nazir deyib ki, bu, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların həcminin artması ilə əlaqədardır.

Həmçinin, kənd təsərrüfatı sektorunda qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub. Baş nazir qeyd edib:

Ətraflı
“Hazırda qeyri-neft sektorunun inkişafı Azərbaycanın əsas iqtisadi prioritetlərindən biridir. Məqsədyönlü iqtisadi siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsinə nail olunub, aqrar sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. İnnovativ həllər, yaşıl enerji, rəqəmsallaşma geniş tətbiq edilir. Aqroparkların sayı artır və artıq 50-yə çatıb”.

Qeyd edilib ki, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 47 faiz artıb. Cari ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 faizdən çox artıb.

Vurğulanıb ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar fonunda da investisiya sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Ə.Əsədov deyib:

“Bu gün Azərbaycan hökuməti öz maliyyə vəsaitləri hesabına azad olunmuş ərazilərin bərpası və inkişafı üzrə irimiqyaslı işlər görür”.

O, dost ölkələrin, o cümlədən, Tacikistan şirkətlərini bu işlərə qoşulmağa çağırıb.

Azərbaycanda alternativ energetika sahəsində görülən işlər barədə forum iştirakçılarına məlumat verən Baş nazir bildirib ki, dünyanın aparıcı şirkətləri ilə birlikdə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilir.

Ə.Əsədov, həmçinin bildirib ki, forumun başlıca məqsədlərindən biri Tacikistan Respublikasının iqtisadi və investisiya potensialı ilə tanışlıqdır. O, bu ölkənin sosial-iqtisadi inkişafının yaxşı templərini qeyd edib.

Həmçinin iki ölkənin liderləri – İlham Əliyev və Emoməli Rəhmonun uğurlu siyasətinin rəhni kimi, Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafı vurğulanıb.

Ə.Əsədov Azərbaycanın Tacikistanla dostluğun və qarşılıqlı faydalı tərəfdaşlığın gələcəkdə də möhkəmlənməsində hazır və maraqlı olduğunu ifadə edib.

Baş nazir əlavə edib: “Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfəri zamanı bu barədə növbəti dəfə bəyan edilib”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...