Anons

Bu gün, 11:45- Dünyanın ən hündür binası tikilir - 5 milyardlıq layihə

Bu gün, 11:19- Türkiyə Azərbaycana hazır geyim ixracatını 30 faizdən çox artırıb

Bu gün, 10:51- Azərbaycana Sibir antisiklonu gəlib, ən soyuq gün qeydə alınıb

Bu gün, 10:26- Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Dünən, 16:10- Aktyorların işdən çıxarılmasına rəsmi reaksiya - “Yeni nəfəsə ehtiyac var”

Dünən, 15:39- Gürcüstan istiqamətində sərhəd pocuzuları SAXLANILDI

Dünən, 15:08- Suitilərin ölümü ilə bağlı operativ qərargah yaradılacaq

Dünən, 14:43- Cərrah mama-ginekoloq Cəlalə Əsgərli: "Pasientləri hər bir halda razı salmaq əsas iş prinsipimdir.

Dünən, 14:19- “Türk Dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək

Dünən, 12:25- "Kəskin koronar sindromu haqqında nə bilirik?"

Dünən, 12:00- Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Dünən, 11:37- Mədəniyyət naziri UNESCO-ya çağırış edib

Dünən, 10:42- ÜST pandemiyaya hazırlıqla bağlı müqavilə layihəsinin müzakirəsinə başlandığını bildirib

Dünən, 10:16- Səbinə Xasayeva qəbul keçirdi

7-12-2022, 17:19- Sabah eyni vaxtda üç astronomik hadisə baş verəcək

7-12-2022, 16:51- Şəmkirdə ər arvadını qətlə yetirib

7-12-2022, 16:23- Azərbaycanda ilk dəfə F1 Sprint yarışları keçiriləcək

7-12-2022, 16:00- Milli Peyvənd Təqviminə dəyişiklik edilə bilər

7-12-2022, 15:04- İspaniyada iki qatar toqquşub, 150-dən çox insan yaralanıb

7-12-2022, 14:40- ƏSA Teatrı ölkəmizi beynəlxalq teatr festivalında təmsil edəcək

Haqqımızda Əlaqə

Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq

Tarix:22-11-2022, 12:06

Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə “Özbəkistanın telekommunikasiya şəbəkələrinin idarə edilməsi üzrə Respublika Mərkəzi” Dövlət Unitar Müəssisəsi arasında memorandum imzalanıb. Memorandum mobil cihazların qeydiyyatı sahəsində birgə fəaliyyətin təşkilini nəzərdə tutur.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar Özbəkistanın İnformasiya Texnologiyalarının və Kommunikasiyalarının İnkişafı Nazirliyi, Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin, “Özbəkistanın telekommunikasiya şəbəkələrinin idarə edilməsi üzrə Respublika Mərkəzi” Dövlət Unitar Müəssisəsinin, həmçinin “İnformasiya Texnologiyaları Mərkəzi” şirkətinin rəhbər şəxsləri “AzInTelecom” MMC-də olublar.

Görüşdə “AzInTelecom” MMC-nin surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilən mobil cihazlara qarşı Azərbaycanda həyata keçirdiyi mübarizə tədbirləri haqda məlumat verilib. Tərəflər bu sahədə əməkdaşlıq perspektivləri, itirilmiş və oğurlanmış, surəti köçürülmüş IMEI kodlarının vahid “qara siyahı”sının inteqrasiya edilməsi, təcrübə və məlumat mübadiləsi barədə müzakirə aparıblar.

Görüşün yekununda mobil cihazların qeydiyyatı sahəsində birgə fəaliyyətin təşkili ilə bağlı memorandum imzalanması ilə yanaşı, müvafiq İşçi Qrupunun yaradılmasına qərar verilib.

Qeyd edək ki, “AzInTelecom” MMC mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Bu istiqamətdə mübarizə tədbirləri çərçivəsində indiyədək 460 IMEI koduna “klon” statusu verilib. Həmin IMEI kodları son üç ayda 261093 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...