Anons

Bu gün, 11:45- Dünyanın ən hündür binası tikilir - 5 milyardlıq layihə

Bu gün, 11:19- Türkiyə Azərbaycana hazır geyim ixracatını 30 faizdən çox artırıb

Bu gün, 10:51- Azərbaycana Sibir antisiklonu gəlib, ən soyuq gün qeydə alınıb

Bu gün, 10:26- Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Dünən, 16:10- Aktyorların işdən çıxarılmasına rəsmi reaksiya - “Yeni nəfəsə ehtiyac var”

Dünən, 15:39- Gürcüstan istiqamətində sərhəd pocuzuları SAXLANILDI

Dünən, 15:08- Suitilərin ölümü ilə bağlı operativ qərargah yaradılacaq

Dünən, 14:43- Cərrah mama-ginekoloq Cəlalə Əsgərli: "Pasientləri hər bir halda razı salmaq əsas iş prinsipimdir.

Dünən, 14:19- “Türk Dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək

Dünən, 12:25- "Kəskin koronar sindromu haqqında nə bilirik?"

Dünən, 12:00- Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Dünən, 11:37- Mədəniyyət naziri UNESCO-ya çağırış edib

Dünən, 10:42- ÜST pandemiyaya hazırlıqla bağlı müqavilə layihəsinin müzakirəsinə başlandığını bildirib

Dünən, 10:16- Səbinə Xasayeva qəbul keçirdi

7-12-2022, 17:19- Sabah eyni vaxtda üç astronomik hadisə baş verəcək

7-12-2022, 16:51- Şəmkirdə ər arvadını qətlə yetirib

7-12-2022, 16:23- Azərbaycanda ilk dəfə F1 Sprint yarışları keçiriləcək

7-12-2022, 16:00- Milli Peyvənd Təqviminə dəyişiklik edilə bilər

7-12-2022, 15:04- İspaniyada iki qatar toqquşub, 150-dən çox insan yaralanıb

7-12-2022, 14:40- ƏSA Teatrı ölkəmizi beynəlxalq teatr festivalında təmsil edəcək

Haqqımızda Əlaqə

Bakıda Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilib

Tarix:17-11-2022, 15:38

Bakıda Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilib
Bu gün Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilib.

İCYF ilə əməkdaşlıq çərçivəsində artıq 2-ci ildir təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya qoyuluşunu təşviq etmək və onları investisiya imkanları barədə məlumatlandırmaq, Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir.

Tədbir İslam Əməkdaşlıq Təşkilatının ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb.

Sonra Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına ünvanladığı müraciət oxunub.

Forumun açılışında Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə Respublikası Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş Katibi Yousef Hasan Halavi, Türkiyənin Varlıq Fondunun Baş direktoru Səlim Arda Ermut, Azərbaycan Respublikasının Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Əməkdaşlığı Gənclər Forumunun prezidenti Taha Ayhan çıxış ediblər.

Forum öz işini “İƏT ölkələrində insan kapitalı və sahibkarlıq”, “Gənclərin innovasiya və texnologiyaların təşviqində rolu” və “Startapların inkişafının gücləndirilməsi: Effektiv investisiya ekosisteminin qurulması” mövzularında panel müzakirələrlə davam etdirəcək.

Tədbir çərçivəsində həmçinin, İƏT ölkələrindən 50-yə yaxın startapın layihəsinin təqdim olunduğu sərgi keçirilir. Sərgidə qida və aqrar texnologiyalar, “yaşıl sənaye”, fintek, oyunlar və aplikasiyalar, ətraf mühit və bərpa olunan enerji, ağıllı texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robotexnika üzrə startap layihələri təqdim olunur. Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startapların layihələrinin forumda iştirak edən 30-a yaxın investor tərəfindən maliyyələşdirilməsinə dəstək göstərməkdir.

Forumda çərçivəsində iş adamları, investorlar və startaplar arasında ikitərəfli görüşlər də keçirilib.

Sabah – noyabrın 18-də isə forum öz işini “Gələcəyin əsas oyunçuları: Qlobal sahibkarlar” və “Unicorna gedən yol: İnvestorların gözləntiləri” mövzularında panel iclasları ilə davam etdirəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...