24-06-2022, 17:17- Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"
24-06-2022, 16:55- Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb
24-06-2022, 16:51- Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
24-06-2022, 16:23- Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq
24-06-2022, 15:38- Azərbaycanda psixatrop maddə istifadəçiləri artıb - RƏSMİ
24-06-2022, 15:09- Bu bağçalara uşaq qəbulu sərbəstdir - Nazirlik
24-06-2022, 14:42- ANAMA sədri BQXK-nın nümayəndələri ilə görüşüb
24-06-2022, 13:58- Sabah 37 dərəcə isti olacaq
24-06-2022, 13:27- Bu gün planetlər paradı olacaq
24-06-2022, 13:00- “Space” TV-yə ciddi xəbərdarlıq olunub
24-06-2022, 12:33- Hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI
24-06-2022, 12:05- Azərbaycanda KOB İnkişaf Fondu yaradılır
24-06-2022, 11:46- FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb
24-06-2022, 11:19- Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib
24-06-2022, 10:51- Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
24-06-2022, 10:24- Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri
24-06-2022, 10:00- Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər
23-06-2022, 16:17- Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb
23-06-2022, 15:56- Azərbaycan-Gürcüstan təhsil sahəsi üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
23-06-2022, 15:23- Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 25-26 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək. Yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
“Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 100-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunacaq. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Xatırladaq ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında fermerlər tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilir. Onların məhsulları birbaşa təsərrüfatlarından yarmarka keçirilən ünvanlara qədər daşınır.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A