Anons

Bu gün, 11:07- Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…

Bu gün, 10:06- "Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!

Dünən, 21:50- Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 18:50- Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

Dünən, 18:24- " “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

Dünən, 17:34- Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

Dünən, 16:57- “Bundan sonra bura Zəfər meydanıdır”

Dünən, 16:38- Prezident xalqı təbrik etdi

Dünən, 16:30- Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti

Dünən, 16:08- Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

Dünən, 15:24- Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

Dünən, 14:35- Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

Dünən, 13:53- Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

Dünən, 13:02- Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Dünən, 12:35- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

Dünən, 11:48- "Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

Dünən, 10:55- Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

Dünən, 10:30- “Atamı KQB öldürdü...” - “Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?

Dünən, 10:13- "Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

16-03-2024, 23:23- Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

Haqqımızda Əlaqə

Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA

Tarix:16-05-2022, 17:34

Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA
Son günlər siqaret satılan köşklərdə bəzi siqaretlər satışda yoxdur, ya da qiymətləri bahalaşıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq ölkəmizdə böyük siqaret istehsalçısı olan “Tabaterra” QSC-dən bildiriblər ki, müəssisədə ümumilikdə 100-dən artıq çeşid olmaqla, yerli, o cümlədən də dünyanın ən iri istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “İmperial Tobacco Group” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunmaqdadır.

Qurumdan bildirilib ki, lisenziya əsasında istehsal etdilən beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin mart ayına kimi həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz olunurdu. Lakin Ukraynada başlayan müharibə səbəbindən qeyd olunan xammalların fabrikimizə təchizatı mart ayından etibarən regionda yerləşən digər ölkələrdən, əsasən, Türkiyədən həyata keçirilməkdədir.

"Bildirmək istərdik ki, qeyd etdiyiniz “Sobranie” və “Winston” ticarət markaları "Japan Tobacco International" şirkətinə məxsusdur. “Winston” markalı məhsullar şirkətimiz tərəfindən 2019-cu ildən, “Sobranie” markalı məhsullar isə 2021-ci ildən fabrikimizdə istehsal olunur. Bildiyiniz kimi, hazırda regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir. Qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan çeşidlər üzrə də xammal təchizatı üçün mənbə artıq təyin olunmuş və yaxın zamanlarda təchizatçı şirkət tərəfindən tələb olunan xammallar müəssisəmizə göndəriləcəkdir.

Eyni zamanda, bildiririk ki, müəssisəmiz tərəfindən istehsal olunan digər çeşidlərin tədarükündə heç bir problem yoxdur və davamlı şəkildə bazara təqdim olunmaqdadır”, - məlumatda qeyd edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...