Anons

Dünən, 18:07- Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Dünən, 17:34- Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA

Dünən, 16:27- Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-yə çatdı

Dünən, 16:00- Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Dünən, 15:32- Bu gün Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edəcək

Dünən, 15:08- İTV: "Avroviziya" təşkilatçıları bizim adımızdan öz nəticələrini elan edib - AÇIQLAMA - VİDEO

Dünən, 14:46- Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Dünən, 14:18- 200-ə yaxın şəxs Azərbaycandan deportasiya olunub

Dünən, 13:53- Həkim-kosmetoloq Ülkər Babayeva: "Aşırı dərəcədə edilən prosedurların əleyhinəyəm"

Dünən, 13:00- Bu il Bakıdakı kənd təsərrüfatı sərgilərində 450-yə yaxın şirkət iştirak edəcək

Dünən, 12:32- Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Dünən, 12:07- Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb

Dünən, 11:44- Bu çıxış ürəklərdə də qalacaq, tarix kimi tarixdə də

Dünən, 11:19- Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Dünən, 10:51- İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək

Dünən, 10:26- İlin ilk Ay tutulması baş verib

15-05-2022, 12:34- Nutrisioloq-diyetoloq Aygün Abbasova: "Ağlıma gəlməzdi ki, insanların bu qədər çəki problemi olar"

14-05-2022, 15:58- Ultrasəs həkimi Zümrüd Ələkbərova: "Ağlıma gəlməzdi ki, bu peşəyə bu qədər aşiq olaram"

14-05-2022, 12:29- "Tik-Tok" da göbəy rəqsi ilə aləmi qatan MƏMUR: Direktor və oğlunun "Azəravtoyol" MƏCARALARI/VİDEO

13-05-2022, 17:10- Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Haqqımızda Əlaqə

4 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Tarix:10-05-2022, 16:00

4 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156 km-dən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yüksək keyfiyyətlə aparılır.

AAYDA-dan Modern.az-a verilən məlumata görə, əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.

22.3 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Hazırda layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq aparılır.

Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi də icra olunacaq. Bununla yanaşı layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə tutulub.

Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən texnoloji ardıcıllıqla aparılan tikinti işləri yolboyu yerləşən 4 yaşayış məntəqəsinin 16 min nəfər əhalisinin əsasən qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları problemi sona çatdıracaq.

Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...