Anons

Bu gün, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Bu gün, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Bu gün, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Bu gün, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Bu gün, 19:03- Papanın səhhəti yaxşılaşıb

Bu gün, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Haqqımızda Əlaqə

Azərbaycana gələn turistlərin sayı artıb

Tarix:25-10-2021, 12:45

Azərbaycana gələn turistlərin sayı artıb
Bu ilin sentyabrında Azərbaycana 72 min 688 əcnəbi gəlib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 99 faiz artım deməkdir. Belə ki, 2020-ci ilin sentyabrında ölkəyə 36 min 531 əcnəbi gəlmişdi.

Bu barədə Dövlət Turizm Agentliyinin statistikasına əsasən xəbər verilir.

Cari ilin 9 ayı ərzində gələn əcnəbilərin sayı isə 515 min 280 nəfər təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz azdır. 2020-ci ilin 9 ayı ərzində ölkəyə 686 min 303 xarici turist səfər etmişdi.

Sentyabrda ən çox əcnəbinin gəldiyi ölkələrə nəzər salsaq görərik ki, ilk beşlikdə Türkiyə, Rusiya, İran, Gürcüstan və Ukrayna qərarlaşıb. Belə ki, ötən ay Türkiyədən 20 min 186, Rusiyadan 18 min 967, İrandan 16 min 270, Gürcüstandan 5503, Ukraynadan isə 1270 əcnəbi ölkəmizə gəlib.

Növbəti pillələrdə isə İsrail, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Almaniya, ABŞ, Belarus, Hindistan və İtaliya dayanır.

Pandemiya bütün sahələrə öz təsirini göstərdiyi kimi turizmə də böyük zərər vurub. Əgər 2021-ci ilin sentyabrında olan vəziyyəti pandemiyadan öncəki ilin, yəni 2019-cu ilin müvafiq ayı ilə müqayisə etsək vəziyyətin hələ də ürəkaçan olmadığını görə bilərik. Belə ki, Amerikadan turist axını 2019-cu ilin sentyabrı ilə müqayisədə 81,7, Şərqi Avropa üzrə 79,5, Qərbi Avropa üzrə 74,8, Afrika üzrə 97,1, Yaxın Şərq üzrə 88, Mərkəzi Asiya üzrə 91,6, Cənub Şərqi Asiya üzrə 79,9, Şimal Şərqi Asiya üzrə 88,9, Cənubi Asiya üzrə 91,8, digər regionlar üzrə isə 81,5 faiz azdır.

Hədəf ölkələr üzrə də göstəricilər aşağı olsa da, bu ilin sentyabrında Banqladeş və Maldiv adalarından gələnlərin sayı 2019-cu ilin müvafiq dövründən çox olub. Belə ki, 2019-cu ilin sentyabrında Banqladeşdən 133 əcnəbi gəlmişdisə, ötən ay bu rəqəm 256 nəfər təşkil edib. Bu, 92,5 faiz artım deməkdir. Maldiv adalarından isə müvafiq olaraq artım 1 nəfərdən 2 nəfərə yüksəlib. Bu isə 100 faiz artım deməkdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...