Anons

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Haqqımızda Əlaqə

Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Tarix:21-10-2021, 16:18

Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanovun başçılıq etdiyi nümayəndə heyəti 21-22 oktyabr tarixində Qazaxıstana işgüzar səfəri zamanı ölkənin milli sərvət fondu “Samruk-Kazyna”nın idarə heyəti ilə görüşüb. “Samruk-Kazyna”nın baş qəraragahındas keçirilən görüşlərdə tərəflər nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələr üzrə müzakirələr aparmış, eləcə də hər iki ölkənin sənayeləşməsi və əhalinin rifahını yaxşılaşdırılması istiqamətində həmkarları ilə müxtəlif strategiyaları müzakirə edib, təcrübə mübadiləsi aparıb.

Holdinqdən verilən məlumata görə, müzakirələrin davamı olaraq AİH və “Samruk-Kazyna”nın rəhbərləri tərəfindən qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcək Əməkdaşlıq Memorandumu imzalanıb.

AİH-in baş icraçı direktoru Ruslan Əlixanov sənədlə bağlı qeyd edib: “Bu sənəd tərəflər üçün yeni bir başlanğıcdır və ölkələrimiz arasında onsuz da sıx olan əlaqələrin daha sıxlaşmasında mühüm rol oynayacaq. Əminəm ki, qarşılıqlı səylərimiz gələcəkdə həm AİH, həm də “Samruk-Kazyna”nın səmərəli nəticələr əldə etməsinə töhfə verəcəkdir.”

Əməkdaşlıq Memorandumunun imzalanması ilə bağlı fikirlərini bildirən “Samruk-Kazyna”nın baş icraçı direktoru Almassadam Satkaliyev qeyd edib: “Bundan sonra əməkdaşlığımız daha da güclənəcək, dərinləşəcək və daha geniş inkişaf edəcəkdir. Bu gün imzaladığımız Əməkdaşlıq Memorandumu hər iki təşkilat arasında keyfiyyətcə yeni bir səviyyədə əməkdaşlığa başlamağa imkan verir və eləcə də ölkələrimizin iqtisadi potensialının artmasına xidmət edəcəkdir.”

Səfər proqramı çərçivəsində AİH nümayəndə heyəti, eyni zamanda Qazaxıstan Respublikasının əsas qurumlarından biri olan Bayterek Milli İdarəetmə Holdinqinin rəhbərliyi ilə də görüş keçirib, bank və maliyyə sektorlarında potensial əməkdaşlıq ətrafında müzakirələr aparıb.

"Samruk-Kazyna" SC 2008-ci ildə Qazaxıstan Respublikasının Prezidentinin Fərmanına əsasən yaranıb. Biznes qurumu olan bu fondun əsas missiyası Qazaxıstan Respublikasının rifahını yaxşılaşdırmaq və gələcək nəsillər üçün davamlı gəlirliliyi təmin etməkdir. Fondun idarəetməsinə neft və qaz, nəqliyyat və logistika, eləcə də kimya və nüvə sənayesi üzrə müxtəlif dövlət qurumları daxildir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...