Anons

Bu gün, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Bu gün, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Bu gün, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Bu gün, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Bu gün, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Haqqımızda Əlaqə

Kəlbəcər balı ilk dəfə Bakıda yarmarkada satışa çıxarılacaq

Tarix:29-09-2021, 10:56

Kəlbəcər balı ilk dəfə Bakıda yarmarkada satışa çıxarılacaq
Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabr - 7 noyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarkada ölkənin bütün bölgələrindən sahibkarlar arı məhsullarını satışa çıxaracaq. İşğaldan azad edilən Kəlbəcər ərazisində arı təsərrüfatı ilə məşğul olan sahibkarlar da yarmarkada iştirak edə biləcəkmi?

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov məsələ ilə bağlı Trend-ə açıqlamasında deyib ki, sahibkarlar yarmarkada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidir: "Sahibkarlar yarmarkada iştirak üçün müraciət edir və qeydiyyatdan keçirilir. Qeydiyyatdan keçən sahibkar öz məhsulunu yarmarkada satışa çıxarır. Digər sahibkarlar kimi, Kəlbəcərdə arıçılıqla məşğul olan sahibkarlar da müraciət edib qeydiyyatdan keçə bilərlər. Əgər həmin arıçılar müraciət edərsə, onların da müraciəti müsbət qarşılanacaq və Kəlbəcər balı yarmarkada satışa çıxarılacaq".

Kəlbəcər rayonu ərazisində arı ailəsi saxlayan sahibkar Sabir Mustafayev isə Trend-ə bildirib ki, Kəlbəcərdə saxladığı balın bir hissəsini satsa da, yarmarka üçün də saxlayıb: "Bu dəfə Bakıda keçiriləcək bal yarmarkasına Kəlbəcər balı da çıxaracağam. Kəlbəcərdə arılardan aldığımız bal digər rayonlarda alınan baldan iki dəfə artıq oldu. Kəlbəcər arıçılığın inkişafı üçün çox əlverişlidir. Keyfiyyət baxımından da Kəlbəcər balının keyfiyyəti yüksəkdir".

S.Mustafayev bildirib ki, ötən il arıçılıq üçün məhsuldar il olmayıb: "Ötən il dağlıq ərazilərdə məhsuldarlıq aşağı oldu. Hər arı yeşiyindən 19 kilo bal götürüldü. Amma bu il bu göstərici 25-30 kiloqram oldu. Müəyyən sayda arı ailəsini Daşkəsənə, bir qismini isə Kəlbəcərə apardıq. Daşkəsəndə bir arı ailəsindən 28 kiloqram, Kəlbəcərdə isə 53 kiloqram bal götürdük. Çünki Kəlbəcərdə iki dəfə süzmə elədik".

Sahibkar qeyd edib ki, hazırda başqa ərazilərin balının 1 kiloqramı 20-25 manat, Daşkəsən balının bir kiloqramı 30-35 manat, Kəlbəcər balının bir kiloqramı isə 40-45 manatdır: "Biz həmçinin hər il əldə etdiyimiz məhsulun 20 faizini şəhid ailələrinə pay veririk. Hər il bal mövsümündə şəhid ailələrinə baş çəkirik və onlara müəyyən qədər bal veririk. Bu il də əldə etdiyimiz balın bir hissəsini şəhid ailələrinə vermişik".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...