Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO
Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO
Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT
Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir
Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...
Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək
Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO
Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?
Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı
Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?
Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO
Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR
Dünən, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər
1-05-2024, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident
1-05-2024, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO
1-05-2024, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT
1-05-2024, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var
1-05-2024, 14:45- “Titanik”in aktyoru vəfat etdi
Bakıda Heydər Əliyev Mərkəzində "Expo 2020 Dubai" beynəlxalq sərgisindəki Azərbaycan pavilyonu təqdim edilib.
Bu barədə "Expo 2020 Dubai" sərgisindəki Azərbayan pavilyonunun komissar müavini Nərmin Carçalova deyib.
O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək "Expo 2020 Dubai" beynəlxalq sərgisində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan pavilyonu da təqdim ediləcək:
"Sərgi bu il oktyabrın 1-dən 2022-ci il martın 31-dək davam edəcək. Bu gün Heydər Əliyev Mərkəzində "Expo 2020 Dubai" sərgisindəki Azərbaycan pavilyonu təqdim olundu. Ölkəmizin beynəlxalq sərgilərdə iştirak təcrübəsini, o cümlədən son illərdə Milandakı ekspoda milli pavilyonun müvəffəqiyyətlə təmsil olunması təcrübəsini nəzərə alsaq, gələcək pavilyonumuzun da ziyarətçilər arasında böyük maraq yaradacağı gözlənilir".
N.Carçalova qeyd edib ki, Azərbaycan sərgidə “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunacaq: "Bu mövzu yaşadığımız dünyanın və mühitin dayanıqlı inkişafda yeganə yolunun gələcəyə sərmayə yatırımlarına bağlı olduğunu vurğulayır".
Onun sözlərinə görə, pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti, təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks etdirir və “Dubay Ekspo 2020”nin” Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə sıx əlaqəlidir:
"Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonumuzun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonda installyasiya, audio və video materialların vasitəsilə ölkəmizin landşaftının müxtəlifliyi əks olunacaq, Azərbaycan qlobal biomüxtəlifliyinin bir hissəsi olduğu göstəriləcək".
Qeyd olunub ki, ötən müddətdə Azərbaycandakı bir sıra dövlət və özəl qurumlarla görüşlər keçirilmiş və Ekspoda müxtəlif sahələrdə tədbirlər təşkil etmək imkanları barədə məlumat verilmişdir.
Eksponun ən böyük əhəmiyyəti onun biznesin təşviqi, ölkələrarası dialoqun inkişafı, mədəniyyətin təbligi, innovasiyaların təqdimatı və digər mövzularda 6 ay boyunca beynəlxalq platforma yaratmasıdır. Bu imkanlardan iştirakçı ölkə kimi Azərbaycan da yararlana bilər və bu yerli özəl və dövlət qurumlarımızın iştirakı ilə mümkündür.