Anons

Bu gün, 18:33- “Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik” - QAYIDIŞA HARAM QATANLAR...

Bu gün, 18:07- Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...

Bu gün, 15:52- Ermənistanla İran Araz çayı üzərində ikinci körpünü tikəcək

Bu gün, 15:35- ETSN yetərsiz qaldıqca... - DURUM CİNAYƏT XARAKTERİ ALACAQ...

Bu gün, 15:11- ATƏT sülh prosesinə qatıla bilər? - Qapılar bağlıdır

Bu gün, 14:18- AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ... - "Heç olmasa qulluğa görə verilən müavinət kəsilməsəydi..."

Bu gün, 13:48- Cənubi Qafqazda aranı kim qızışdırır? - ÇEVRƏMİZ QAYNAYIR...

Bu gün, 12:16- Milyonları mənimsəyən Gündüz Əliyev və Gülnarə Bayramovanın həbsinin qarşısını Zakir Fərəcov alır?

Bu gün, 11:32- Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR... - YENİ HOQQABAZLIQ...

Bu gün, 10:51- Neyrocərrahiyə xəstəxanası adlı BAZAR - NARAZILIQ VAR...

Bu gün, 10:12- Keçmiş deputatın şirkəti YAŞILLIĞA QƏNİM KƏSİLİB... - ÖZBAŞINALIQ!

Bu gün, 09:36- Təzə bəyin KÖHNƏ MACƏRALARI... - Bu reputasiya ilə görəvdə tutulursa...

Bu gün, 09:13- "Bir-iki dəfə yolda hərəkət edən təzə avtomobil dağılır..." - GİLEY

Dünən, 21:51- Masallı sakinini lətifədəki ÇUKÇA YERİNƏ QOYDULAR - “20 Yanvar”dakı binanı göstərib, “şərikəm” dedi...

Dünən, 21:22- Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb

Dünən, 20:58- BU NƏDİ BELƏ: Sakinlər yaşaya-yaşaya binanı sökürlər... - AXI NİYƏ?

Dünən, 19:12- Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov

Dünən, 18:30- Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir-Nəsimi rayonunda qalmaqal

Dünən, 15:55- Mərkəzi Bankda YENİ TƏYİNAT

Dünən, 15:30- AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Haqqımızda Əlaqə

“Kənddən şəhərə” qış yarmarkası fəaliyyətə başlayıb

Tarix:21-12-2020, 15:02

“Kənddən şəhərə” qış yarmarkası fəaliyyətə başlayıb “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Bakı və Abşeronda 3 ünvanda fəaliyyət göstərəcək yarmarkaya əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer öz məhsullarını çıxarıb.

Yarmarkanın fəaliyyətə başlamasına həsr olunan mərasimdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA-nın Azərbaycan Ofisinin rəhbəri Teoman Tiryaki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak ediblər. İştirakçıları yarmarkada yaradılan şəraitlə tanış olub, məhsul gətirən fermerlərlə söhbər ediblər.

Kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd ərəfəsində bazarda məhsul bolluğu yaratmaq, eyni zamanda fermerlər üçün alternativ satış kanalı formalaşdırmaqdır: “Yarmarkaya məhsul çıxaran fermerlərə məhsulların daşınması prosesində logistik dəstək göstərilib. Yarmarkada iştirak ödənişsizdir, fermerlər həmçinin heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla təchiz olunublar. Bildiyiniz kimi, yarmarkanın təşkili ölkədə pandemiyaya qarşı mübarizə tədbirlərinin sərtləşdirildiyi bir dövrə təsadüf edir. Bu səbəbdən təşkilatçılar tərəfindən karantin rejiminin tələblərinə ciddi riayət olunur. Təşkilatçılar tərəfindən ərazidə mütəmadi dezinfeksiya tədbirləri aparılır, könüllülərimiz yarmarka iştirakçılarının hərarətlərini ölçür, onları zəruri tibbi maska və dezinfeksiyaedici maddələrlə təmin edirlər. Ümidvarıq ki, paytaxt sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunan yarmarkaların fəaliyyətindən razı qalacaqlar”.

Qeyd edək ki, Nərimanov rayonu ərazisində təşkil olunmuş yarmarka ərazisində “Aqrar Tədarük və Təchizat” ASC və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb.

“Kənddən şəhərə” Qış Yarmarkası dekabrın 31-dək davam edəcək. Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41Aскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...