Anons

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Dünən, 14:17- Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

Dünən, 13:08- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Dünən, 12:24- Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Dünən, 11:44- “Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

Dünən, 10:37- Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 09:58- 6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

Dünən, 09:29- Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

Dünən, 09:01- Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

Haqqımızda Əlaqə

Ağasəlim Mircavadov: “De Byazi onlardan istifadə edə bilmədi” - MÜSAHİBƏ

Tarix:31-03-2021, 15:00

Ağasəlim Mircavadov: “De Byazi onlardan istifadə edə bilmədi” - MÜSAHİBƏ Azərbaycan millisinin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Milli komandamız DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya (0:1) və Serbiyaya (1:2), yoldaşlıq görüşündə isə Qətərə (1:2) minimal hesabla məğlub oldu. Bu üç matçda yığmanın ifasında gözlədiyiniz oyunu izləyə bildiniz?
- Nəticələr yaxşı deyil. Həm Portuqaliya, həm də Serbiya ilə matçın birinci hissəsini pis oynadıq. Bu görüşlərə hazırlaşmaq üçün yığmaya vaxt da verilmişdi. Baş məşqçi Canni de Byazi 30 oyunçu dəvət etmişdi ki, içlərində gənclər də var. Amma o, gənclərdən istifadə edə bilmədi. Xüsusən də, Qətərlə matçda bütün gənclərə şans veriləcəyini gözləyirdik. Bilirsiniz, uduzmaq olar, amma bunun da forması var. İlk növbədə oyun qurmaq lazımdır və buna uyğun da taktiki gedişlər qurmaq və oyunçu seçmək gərəkir.

- Siz istədiyiniz oyunu gördünüz?
- Tez-tez dəyişiklik o effekti verməyə mane olur. Belə başa düşürəm ki, de Byazi hələ axtarışdadır. Düzdür, onu həmişə çempionat oyunlarında görürük. Amma yığmada hələ nəticə yoxdur. Serblərlə dünənki oyunun ikinci hissəsində heyətdəki dəyişiklik canlanmaya səbəb oldu. Müdafiəçilərin sayını artırmaqla qol buraxmamaq düşüncəsi düzgün deyil. Sayla yox, keyfiyyətlə artırmaq lazımdır. 10-15 il əvvəl yaxşı hücum oyunçularımız var idi, onlar daim irəlidə top istəyirdilər. Amma indi müdafiədə və orta sahədə asanlıqla top itiririk. De Byazi də xüsusən orta xəttə oyunçu axtarır. Məsələn, Emin Mahmudovu bundan əvvəlki baş məşqçi Nikola Yurçeviç dəvət etsə də, oynatmırdı. Amma Emin klubundakı çıxışı ilə istəyinə çatdı. Millinin üzvləri klublarında lider kimi oynamalıdırlar. Bu gün Eminsiz “Neftçi” təsəvvür edə bilmirəm. Dünənki görüşün də ən yaxşılarından idi. Ümumilikdə ikinci hissədəki mübarizə çox xoşuma gəldi. Amma hələ də çox geriyik.


- İstər Portuqaliya, istərsə də Serbiya ilə matçın ilk hissəsində qorxaq futbol izlədik. Buna əsasən demək olar ki, de Byazi hələ bacarmır? Yoxsa onun fəlsəfəsi sırf budur?
- Bacarmaması ilə razılaşmıram. De Byazi 5-li müdafiə sisteminə üstünlük verir. Serbiya, həmçinin Qətər də bu sistemlə çıxış edir. Amma cinahlarda hücumameyilli futbolçular çıxış edir, həmçinin hücuma keçəndə 3 mərkəz müdafiəçisindən biri irəli atılır. Bu taktiki gedişlər bizdə alınmır. Biz əlavə oyunçudan zəif istifadə edirik. Eyni zamanda hücumda top saxlaya bilmirik.

- Yeni milliləşdirilən Anatoli Nuriyevin çıxışını necə qiymətləndirərdiniz? Yerli futbolçulardan nədə fərqlənirdi?
- İstəkli futbolçudur. Maraqlanmışam, klubunda hücumameyilli oynayır. Dünən də belə çıxış edirdi. Amma bizdə başqa oyunçular var ki, onlardan da istifadə etməliyik. Namiq Ələsgərovun adını qeyd edərdim. Fikrimcə, Namiq oynamalı idi. Təəssüf ki, baş məşqçi ona güvənmədi. Baş məşqçinin işinə qarışmaq ixtiyarım yoxdur. Ancaq dünən birinci hissədəki heyət xoşuma gəlmədi.

- Namiq Ələsgərov iştirak ərizəsində olsaydı, Mahir Emreli zədələndiyi zaman meydana o daxil olardı, müdafiəçi Elvin Cəfərquliyev yox...
- Bəli, Mahir zədələnəndə baş məşqçi onun əvəzinə meydana buraxmağa hücumçu tapa bilmədi. Namiq mütləq iştirak ərizəsində olmalı idi.

- Premyer Liqanın bombardiri “23-lüy”ə düşə bilmirsə, yığmada oynamaq üçün başqa nə etməlidir? Yəni bu qərar onu “sındırmayacaq”?
- Bundan sonrası Namiqin özündən asılıdır. Bayaq Emin Mahmudovu boş yerə misal çəkmədim. O vaxt ona dəvət gəlməyəndə Məşqçilər Komitəsi olaraq məsələ qaldırırdıq ki, niyə onu çağırmırsınız, yararlanmırsınız? Amma Emin “sınmadı”, öz üzərində çalışdı.

- Bu bir daha onu göstərmir ki, iradlar haqsız deyil?
- Bəli, haqsız deyil. Namiqə də məsləhət verərdim ki, öz üzərində çox işləsin, klubundakı performansını daha da artırsın. Düzdür, bizdə elə çox oyunçu da yoxdur. Amma baş məşqçi Namiqdən istifadə etməli idi.

- Ağabala Ramazanovun milliyə çağırılmaması da çox narazılığa yol açdı. Siz baş məşqçi olsaydınız, ona dəvət göndərərdiniz?
- Bizdə elə geniş seçim imkanı da yoxdur ki, birini kənarda saxlayaq, başqasını çağıraq. Xüsusən də, yerli hücumçularımız çox azdır. Onlardan biri də Ağabaladır. Hər bir oyunçudan istifadə etməliyik. Ağabalanın hazırda 26 yaşı var. Bizdə futbolçu adətən 23-25 yaşlarında özünü doğruldur. Mən 17-18 yaşda özünü göstərən, millidə oynayan futbolçu hələ görməmişəm. Bu futbolçuları da qorumaq lazımdır. Oyunçu özü də hər şeyə hazır olmalı, klubunda liderlik keyfiyyətləri sərgiləməlidir.

- Qrupda 4-cü yer uğrunda əsas rəqibimiz sayılan Lüksemburq İrlandiyaya qalib gəldi, Portuqaliyaya çətin anlar yaşatdı. Bu oyunla millimiz seçmə mərhələdə nəyə ümid edə bilər?
- Lüksemburqun da oyunlarına baxmışam. Görünən odur ki, bu seçmə mərhələ heyətin qurulmasına xidmət edir, cavanlar axtarılır.

- Millətlər Liqasında da bu cür deyilirdi...
- Seçmə mərhələdə hələ cəmi 2 oyun keçirmişik. Qarşıda çox görüş var. Hər şey klublardan asılıdır. Klublarla çox işləmək lazımdır. De Byazi də daim çempionat görüşlərini yerində izləyir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...