Anons

Bu gün, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Bu gün, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Bu gün, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Haqqımızda Əlaqə

Gimnastika üzrə “Gələcəyə addım” adlı onlayn vebinar keçirilib

Tarix:15-02-2021, 17:07

Gimnastika üzrə “Gələcəyə addım” adlı onlayn vebinar keçirilib Azərbaycan Gimnastika Federasiyası (AGF) İsrail Gimnastika Federasiyası ilə birlikdə ilk dəfə olaraq “Gələcəyə addım” adlı onlayn vebinar keçirib.

Trend AGF-yə istinadla xəbər verir ki, onlayn vebinara 22 ölkədən mütəxəssislər qatılıblar. Vebinarda hazırda bütün dünyada aktual olan məsələlərə toxunulub. Bunlardan bədii gimnastikada artistizm və yaradıcılıq axtarışları, qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda motivasiyanın qorunub saxlanılması, yeniyetmələrin məşq etməsi və böyük idmanda qalmaları, məşqlərin səmərəliliyinin artırılması üçün texniki məsələlər, o cümlədən pandemiyadan sonra güclü yarış mövsümündə bir araya gəlinməsi və digər mövzular müzakirə olunub.

Üç gün davam edən vebinar Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvləri - Noha Abu Şabana (Misir) və İzabel Savada (Almaniya), kişi idman gimnastikası üzrə Texniki Komitənin üzvü - Cef Tomson (Kanada), məşqçi və strateji məsləhətçi – Qabriela Müller (İsveçrə), “Complex Core” üzrə fizioterapevtlər Taro Netzer (Avstriya) və Roman Yahoda (Avstriya), eləcə də, Porto və Koimbra universitetlərinin professoru - Lurdeş Avila-Karvalo (Portuqaliya) tərəfindən keçirilib.

Vebinarın Təşkilat Komitəsinin direktoru Mariana Vasileva bu tədbirlə bağlı təəssüratlarını AGF-nin saytı ilə bölüşərək deyib: “Bu vebinarı keçirməklə biz bir-birimizlə ünsiyyət qurduq, yeni məlumatlar əldə etdik, məruzəçilərlə qarşıya qoyulan sualların və digər məsələlərin həllini tapmaq imkanı əldə etdik. Bu da pandemiya zamanı vacib idi. Bu vebinar həqiqətən gələcəyə bir addım oldu. Mühazirələr çox maraqlı idi. Vebinarın bəzi iştirakçıları məşqçi və ən yüksək dərəcəli hakimlər idi. Onların hamısı belə vebinarları gələcəkdə davam etdirmək istədiklərini bildirdilər”.

Qeyd edək ki, vebinarın sonunda iştirakçılar diplomla təltif olunublar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...