Anons

Bu gün, 14:20- Bərdə-Ağdam-Əsgəran avtomobil yolunun yenidən qurulmasına beş milyon manat ayrılıb

Bu gün, 13:47- Qızılca sadəcə səpkidən ibarət deyil, yüksək yoluxuculuğa malikdir, ölümə səbəb olur - XƏBƏRDARLIQ

Bu gün, 13:19- Azərbaycan Dünya Bankı ilə strategiya hazırlayır

Bu gün, 12:51- Sabahın hava proqnozu açıqlanıb

Bu gün, 12:00- Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

Bu gün, 11:35- Azərbaycanda kənd təsərrüfatı və qida forumu keçiriləcək

Bu gün, 11:08- Qəzzada atəşkəs rejimi uzadıldı

Bu gün, 10:46- Bakıda "InMerge" innovasiya sammiti keçirilir

Bu gün, 10:13- Ceyhun Bayramov Şimali Makedoniyaya səfərə yola düşüb

Dünən, 17:00- Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb

Dünən, 16:00- Daxili İşlər Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Dünən, 15:30- Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib

Dünən, 14:51- Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam yolunun yenidən qurulmasına 4,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Dünən, 14:09- Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Dünən, 13:42- Sabahın havası

Dünən, 13:10- Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək

Dünən, 12:24- Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb

Dünən, 12:00- DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib

Dünən, 11:35- Azərbaycan telekanalları Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub - REYTİNQ

Dünən, 11:08- Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib

Haqqımızda Əlaqə

Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir

Tarix:20-11-2023, 10:13

Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir
Bu gün Bakı “Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilir.

Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisata sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın QH-yə uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...