Bu gün, 12:00- Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb
Bu gün, 11:35- Azərbaycanda kənd təsərrüfatı və qida forumu keçiriləcək
Bu gün, 11:08- Qəzzada atəşkəs rejimi uzadıldı
Bu gün, 10:46- Bakıda "InMerge" innovasiya sammiti keçirilir
Bu gün, 10:13- Ceyhun Bayramov Şimali Makedoniyaya səfərə yola düşüb
Dünən, 17:00- Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb
Dünən, 16:00- Daxili İşlər Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
Dünən, 15:30- Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib
Dünən, 14:51- Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam yolunun yenidən qurulmasına 4,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 14:09- Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib
Dünən, 13:42- Sabahın havası
Dünən, 13:10- Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək
Dünən, 12:24- Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb
Dünən, 12:00- DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib
Dünən, 11:35- Azərbaycan telekanalları Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub - REYTİNQ
Dünən, 11:08- Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib
Dünən, 10:46- Laçının daha 63 sakini doğma yurda qayıdır
Dünən, 10:13- Dünya Bankı Qrupu Azərbaycana dair İqlim və İnkişaf Hesabatını açıqlayıb
28-11-2023, 17:00- Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq
28-11-2023, 16:35- Cənubi Koreya Ermənistanda səfirlik açacaq
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Kuba Respublikasına səfəri davam edir.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan və Kuba arasında səhiyyə sektorunda əməkdaşlıq, birgə təşəbbüslər, mütərəqqi texnologiyaların inkişafının və tətbiqinin genişləndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutan “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda imzalayıblar.
Anlaşma Memorandumunun məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, eyni zamanda əməkdaşlıq proqramlarının həyata keçirilməsidir.
Memorandumda akademik və elmi mübadilə, əczaçılıq və biotexnologiyalar sahəsində birgə fəaliyyətlər, diplomdansonrakı təlimlər, tibbi turizm əsas əməkdaşlıq istiqamətləri olaraq müəyyən edilib. Eyni zamanda sənəd, yoluxucu və xroniki qeyri-yoluxucu xəstəliklər, o cümlədən İİV/QİÇS, xərçəng, şəkərli diabet, cərrahiyyə və tibbin yüksək dəqiqlik tələb edən istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.
Memorandumda birgə konfransların təşkili, səhiyyə mütəxəssislərinin təlimlərinin keçirilməsi də nəzərdə tutulub.
Daha sonra səhiyyə nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilib.
Sənədin əhəmiyyətini vurğulayan Teymur Musayev və Xose Anxel Portal Miranda Memorandumun ölkələr arasında səhiyyənin inkişafı sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi, konkret imkanlardan yararlanması və tibb elminin birgə inkişaf potensiallarının artırılmasında mühüm rol oynayacağını qeyd ediblər.
Görüşdə həmçinin, Memorandumda nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə gələcək fəaliyyətlərə dair müzakirələr aparılıb.