Bu gün, 14:20- Bərdə-Ağdam-Əsgəran avtomobil yolunun yenidən qurulmasına beş milyon manat ayrılıb
Bu gün, 13:47- Qızılca sadəcə səpkidən ibarət deyil, yüksək yoluxuculuğa malikdir, ölümə səbəb olur - XƏBƏRDARLIQ
Bu gün, 13:19- Azərbaycan Dünya Bankı ilə strategiya hazırlayır
Bu gün, 12:51- Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 12:00- Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb
Bu gün, 11:35- Azərbaycanda kənd təsərrüfatı və qida forumu keçiriləcək
Bu gün, 11:08- Qəzzada atəşkəs rejimi uzadıldı
Bu gün, 10:46- Bakıda "InMerge" innovasiya sammiti keçirilir
Bu gün, 10:13- Ceyhun Bayramov Şimali Makedoniyaya səfərə yola düşüb
Dünən, 17:00- Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb
Dünən, 16:00- Daxili İşlər Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
Dünən, 15:30- Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib
Dünən, 14:51- Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam yolunun yenidən qurulmasına 4,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 14:09- Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib
Dünən, 13:42- Sabahın havası
Dünən, 13:10- Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək
Dünən, 12:24- Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb
Dünən, 12:00- DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib
Dünən, 11:35- Azərbaycan telekanalları Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub - REYTİNQ
Dünən, 11:08- Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən terror hadisəsi baş verib.
Terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri artıq məlum terror aktı ilə bağlı birgə məlumat yayıb. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanmışdır.