Anons

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Haqqımızda Əlaqə

Dövlətçiliyimizlə bağlı hadisə və faktları heç birimiz unutmarıq

Tarix:29-03-2023, 16:28

Dövlətçiliyimizlə bağlı hadisə və faktları heç birimiz unutmarıq
Səbinə Xasayeva,
Milli Məclisin deputatı


Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları həmişə faciələrlə nəticələnib. Xariici dövlət­lə­rin siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistan ötən əsrin əvvəllərində Azərbaycanda miqyas etibarilə daha böyük soyqırımlar törədib. Bir atalar sözünü xatırlayıram: “Ayağıma yer edim, gör sənə nə edirəm”. Yox yerdən dövlətə malik olan Ermənistan daha çox ərazilər əldə et­­məklə, sərhədlərini genişləndirməklə, bununla da Azərbaycanın torpaqlarını hissə-hissə mənim­sə­mək­lə “Böyük Ermənistan” qurmaq istəyirdi. Bu niyyəti ötən əsrin əvvəllərində daha da geniş­lə­nən Ermənistan siyasi niyyətinə həm də etnik təmizləmə, deportasiya və soyqırımları ilə nail olmaq istəyirdi.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliy­yət göstərən daşnak-bolşevik silahlı dəstələri şəraitdən istifadə edərək xüsusi qəddarlıqla kütləvi qırğınlar törətdilər, Bakıda, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə azərbaycanlını qətlə yetirdilər, yaşayış məntə­qələrini dağıtdılar, mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları dağıtdılar. Bu, vandalizm idi və təəssüflər olsun ki, indiyəcən dünya dövlətləri, beynəlxalq təşkilatlar ona ciddi siyasi münasibət bildirməyib. Vandalizm Bakı və Bakı quberniyası ilə məh­dud­laş­madı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, ta­lan­lar və etnik təmizlə­mələr həyata keçirilirdi.

1918-ci il mart soyqırımı təşkilatlandırılmış şəkildə həyata keçirilirdi. “Daşnaksutyun” partiyasının rəhbərliyi ilə yerinə yetirilən qırğınlar martın 31-də başladı.

1918-ci ili martın 30-dan aprelin 3-nə kimi Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirdilər. Bu qırğınlar soyqırım idi. Milli mənsubiyyətə istiqamətləndirilmiş bu soyqırımda soyqırı­mın­da azərbaycanlılarla yanaşı minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insan­la­r da qılıncdan, süngüdən keçirildi, diri-diri yandırıldı, neçə-neçə milli memarlıq abidəsi məktəb, xəstəxana, məscid dağıdıldı.

Azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnak­sut­yun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdi. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edir, qarşılarına çıxanları, hətta evində daldalananları qətlə yetirirdilər.

Şamaxının 72 kəndində ermənilər 7 min nəfəri, o cümlədən 1653 qadını və 965 uşağı öl­dür­dü. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Föv­qəla­də İstintaq Ko­mis­siyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlarla müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Quba qırğınları zamanı şəhərdə 2900-dək, Quba qəzasında 4000 nəfərdən artıq insan öldü­rü­lüb. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb. Ermənilər əhalini qırmaq üçün təkcə odlu silahlardan istifadə etməyib, həm də küt alətlərdən də istifadə edib. Əksəriyyəti baş nahiyəsinə balta ilə vurularaq qətlə yetirilib, xəncərlə başı bədənindən ayırılıb, neçəsi başına vurulan mismarla öldürülüb. Xüsusi qəddarlıqla öldürülənlər su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılmasına Ümum­mil­li Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıldı.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edil­di. Fərman­da deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri tor­paq­larının zəb­ti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı su­rət­də həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qə­dər həyata keçirə bilmədiyi qərar­la­rın məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etdi.

Ermənilik niyyəti ötən əsrin sonlarında da baş qaldırdı. Yüz minlərlə soydaşımız Ermə­nis­­tandan deportasiya edildi, həmin vaxtlarda minlərlə uşaq, qadın, qoca Ermənistanda qətlə yetirildi. Ermənistan az sonra Azər­bay­cana qarşı elan etmədən müharibəyə başladı, döyüşlərdə minlərlə döyüşçü, dinc əhali şəhid oldu, dünyəvi dövlətlərə xas olmayan xarici siyasəti ilə tanınan Ermə­nis­tan işğal etdiyi torpaqlarımızı 30 il işğalda saxladı. İşğal müddətində yüz minlərələ mina bas­dır­dı. İkinci Qarabağ müharibəsindən sonra da minalar Azərbaycan hərbçilərinin, quruculuq işlərinə cəlb edilmiş vətəndaşların ölümünə səbəb olur. Bu da bir başqa formatda soyqırım niyyətidir...

Bu Fərman tarixin gizlin qalan hadisələrinin üzə çıxarılmasında olduqca səmərəli oldu. Bu­­­­nun sayəsində Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. 1918-ci ilin mart-aprel aylarında, sonrakı dövrlərdə erməni millətçilərinin törətdiyi soyqırımın daha geniş əraziləri əhatə etdiyi, faciə qurbanlrının daha çox olduğu təsdiqləndi.

2007-ci ilin aprelində Quba stadionu təmir edilirdi. Qazıntı işləri aparılanda kütləvi mə­zar­lıq aşkarlandı. Məzarlıqdan tapılan cəsədlərin üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın kəlləsi idi. Onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu təsdiq­ləndi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsil­lərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsə­di­lə Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərən­ca­mı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. Memo­rial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edildi, 2013-cü il sentyabrın 18-də açıldı. 5 hissədən ibarət olan kompleksin ümumi sahəsi 3,5 hektardır. Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışında dedi: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soy­da­şımız er­­məni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan tor­paqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növ­bəti dəfə er­məni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”.

Ermənilər Şamaxı qəzasının 58 kəndini, Quba qəzasının 122 kəndini, İrəvan quberniyasının 24 kəndini, Qars vilayətinin 92 kəndini dağıtmışdı. İrəvan quberniyasında yaşayan azərbay­can­lı­ların sayı 1916-cı ildə 375 min nəfər idi, 1922-ci ildə 70 min nəfər olmuşdu. Bu, erməniliyin nə olduğunu təsdiqləyən faktlardandır.

Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırıl­ması məqsədilə Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Bu sərəncam soyqırımın 100 illiyinin tarix kimi xatırlan­ma­sı­nı təmin etdi...

Tarix heç zaman unudulmur. Belə tarixlərin mühafizəkarı dövlətdir.

Dövlətçiliyimizlə bağlı hadisə və faktları heç birimiz unutmuruq, unutmarıq.31 Mart azərbaycanlıların soyqırım günü hamımızın eyni amalın icraçısı olmağı tələb edir. Bu tələbi sədaqətlə yerinə yetiririk...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...