Bu gün, 12:07- Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib
Bu gün, 11:45- İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək
Bu gün, 10:51- Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır
Bu gün, 10:23- Təəssüf və təsəlli - Bayram Məmmədov yazır
Dünən, 17:19- Yoluxma azalsa da, 4 nəfər öldü
Dünən, 16:50- Azərbaycan Qızıl kəmər seriyasında 10 boksçu ilə təmsil olunacaq
Dünən, 16:00- DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb
Dünən, 15:32- ÜST Azərbaycana peyvənd məntəqələrində istifadə olunan soyuducular üçün 2100 cihaz verib
Dünən, 15:05- Azərbaycanlı mütəxəssis dünyanın ən güclü 10 yaddaşından biri seçilib
Dünən, 14:43- "Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb
Dünən, 13:52- Həkim şəbəkəçi Rəbiyyə Nemətova: "İnsanlara sağlam həyat bəxş etmək əsas iş prinsipimizdir"
Dünən, 13:27- Elm və təhsil nazirinə yeni müavin təyin edildi
Dünən, 13:00- Sabahın hava proqnozu açıqlanıb
Dünən, 12:34- Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq
Dünən, 12:06- Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirəcək
Dünən, 11:45- Xəstə şagirdlər məktəbə getməsin - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ
Dünən, 11:19- XİN İrana səyahət edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Dünən, 10:51- Ötən il 215 uşaq övladlığa götürülüb
Dünən, 10:23- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30-01-2023, 16:06- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival - “Gəncliyin səsi”
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 20 Yanvar faciəsinin 33-cü
ildönümünə həsr edilmiş fotosərgi təşkil olunub.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin arxiv fotolarının sərgiləndiyi tədbirdə
“AzerGold” QSC və onun törəmə cəmiyyəti “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbərliyi
və kollektivi iştirak edib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən
şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov
20 Yanvar faciəsinin ölkəmizin müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil olduğunu, həmin gün yaşanan qanlı hadisələrin xalqımızın azadlıq
uğrunda mübarizliyini təcəssüm etdirdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri
ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti ilə
üzləşdiyimiz illərdə bu haqsızlığa etiraz edən xalqımızı susdurmaq üçün törədilən qanlı
faciənin insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu bildirib.
Həmçinin qeyd edilib ki, Sovet hakimiyyətinin bu qanunsuz əməlinə ilk olaraq
Ümummilli Lider Heydər Əliyev etirazını bildirilib. 1990-cı il yanvarın 21-də Sovet
rejiminin qadağalarına rəğmən, özünün və ailəsinin həyatını təhlükə qarşısında
qoyaraq, Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələn Ulu Öndər qanlı
faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında sərt şəkildə tənqid edib. Ümummilli
Lider 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra isə 1990-cı ilin Qanlı Yanvar
faciəsi tam olaraq öz siyasi-hüquqi qiymətini alıb.
Z.İbrahimovun sözlərinə görə, yerli və beynəlxalq ictimaiyyətin hadisələrdən
xəbərsiz qalması üçün yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku
partladılıb, şəhər həm də informasiya blokadasına alınıb. Bununla təcavüzkarlar
törətdikləri hərbi cinayəti gizlətməyə çalışsalar da, mətbuat işçilərinin fədakarlığı
sayəsində dünya yanvarın 20-də törədilmiş dəhşətli qırğından xəbərdar olub. Həmin
media mənsubları sırasında indiki Azərbaycan Dövlət İnformasiya Agentliyinin
fotojurnalistləri də var idi. Onlar öz həyatlarına təhlükəyə ataraq, hadisələrin cərəyan
etdiyi ən qaynar nöqtələrdən fotolar çəkməklə əsl həqiqətləri dünya ictimaiyyətinə
faktlarla çatdırmağa nail olublar.
Daha sonra tədbir iştirakçıları həmin hadisələr zamanı çəkilmiş fotolardan
hazırlanmış fotosərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan arxiv fotoları barədə
sərgi iştirakçılarına ətraflı məlumat verilib, bəzi fotoların geniş auditoriya üçün ilk dəfə
nümayiş olunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, sərgi 23 yanvar tarixinədək davam edəcək.