Anons

Bu gün, 13:00- Moskvada ticarət mərkəzində güclü yanğın olub, ölən var

Bu gün, 12:34- Bu məhsullar 10 il ƏDV-dən azad ediləcək

Bu gün, 11:45- Dünyanın ən hündür binası tikilir - 5 milyardlıq layihə

Bu gün, 11:19- Türkiyə Azərbaycana hazır geyim ixracatını 30 faizdən çox artırıb

Bu gün, 10:51- Azərbaycana Sibir antisiklonu gəlib, ən soyuq gün qeydə alınıb

Bu gün, 10:26- Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Dünən, 16:10- Aktyorların işdən çıxarılmasına rəsmi reaksiya - “Yeni nəfəsə ehtiyac var”

Dünən, 15:39- Gürcüstan istiqamətində sərhəd pocuzuları SAXLANILDI

Dünən, 15:08- Suitilərin ölümü ilə bağlı operativ qərargah yaradılacaq

Dünən, 14:43- Cərrah mama-ginekoloq Cəlalə Əsgərli: "Pasientləri hər bir halda razı salmaq əsas iş prinsipimdir.

Dünən, 14:19- “Türk Dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək

Dünən, 12:25- "Kəskin koronar sindromu haqqında nə bilirik?"

Dünən, 12:00- Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Dünən, 11:37- Mədəniyyət naziri UNESCO-ya çağırış edib

Dünən, 10:42- ÜST pandemiyaya hazırlıqla bağlı müqavilə layihəsinin müzakirəsinə başlandığını bildirib

Dünən, 10:16- Səbinə Xasayeva qəbul keçirdi

7-12-2022, 17:19- Sabah eyni vaxtda üç astronomik hadisə baş verəcək

7-12-2022, 16:51- Şəmkirdə ər arvadını qətlə yetirib

7-12-2022, 16:23- Azərbaycanda ilk dəfə F1 Sprint yarışları keçiriləcək

7-12-2022, 16:00- Milli Peyvənd Təqviminə dəyişiklik edilə bilər

Haqqımızda Əlaqə

Demokratik cəmiyyətin, tolerant dövlətin iqtidar partiyası

Tarix:22-11-2022, 10:27

Demokratik cəmiyyətin, tolerant dövlətin iqtidar partiyası
Hər yeni yaranan partiya yeni təfəkkürün təcəssümü olmur. Əgər təfəkkür xalqın taleyinə, dövlətə, dövlətçiliyə xidmət etmirsə, həmin partiya uzunömürlü ola bilməz, xalqın etimadı ilə əhatələnmək imkanlarına malik olmaz.

Hər siyasi partiya cəmiyyətin və dövlətçiliyin maraqlarının partiyası ola bilmir. Çoxpartiyalılıq cəmiyyətdə demokratik mühit yaradır. Bütün partiyalar gerçəkliyin, milli maraqların, milli ruhun ifadəsinin partiyası olarsa, demokratik mühit yaradıla bilər.

1992-ci il noyabr ayının 21-də Naxçıvanda böyük tarixi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Konfransda partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Azərbaycanın dövlət maraqlarını, dövlətçilik təsisatlarını bu partiyanın ideoloji strukturları əsasında möhkəmləndirməyi tövsiyə edirdi. Çünki Yeni Azərbaycan Partiyasının məramı azərbaycançılıq ideologiyasından yaranmışdı. Bu partiya Azərbaycanın dövlət maraqlarının siyasi, siyasi-ideoloji mahiyyətini ifadə edirdi.

Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı ideoloji qüvvəsinə - iqtidar partiyasına çevrilməsi tarixi zərurət idi.

Böyük tarixi şəxsiyyətlər tarixin axarını dövlətçiliyin sabahlarını müəyyənləşdirən siyasi axara yönəldə bilir. Bu, dövlətin daha da möhkəmlənməsində, beynəlxalq aləmdə yüksək nüfuza malik olmasında, dövlətin iqtisadi inkişafının tənzimlənməsində və inkişaf etdirilməsində olduqca əhəmiyyətli olur.

Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Həmin vaxtlarda Azərbaycanda hakimiyyət boşluğu, bunun nəticəsi kimi milli qarşıdurma yaranmışdı. Belə bir vəziyyət labüd dövlət çevrilişi ərəfəsi idi. Ulu Öndər Azərbaycanı bu vəziyyətdən çıxara bildi, dövlət çevrilişinin qarşısı alındı. Xalq sevdiyi, inandığı rəhbərin ətrafında daha sıx, daha ruhən birləşdi. Bu birlik Azərbaycanın sabahlarını Ulu Öndərin müəyyənləşdirdiyi səviyyəyə yönəldirdi.

Böyük tarixi şəxsiyyət, XX əsrin fenomenal siyasi xadimi Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirdi, ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr dövlətin iqtisadi inkişafını müəyyənləşdirdi. Ulu Öndər deyirdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Orduda vahid komandanlığın yaradılması, ordu quruculuğunda aparılan əsaslı islahatlar, hərbi təhsildə həyata keçirilən yeniliklər və digər önəmli addımlar uğurlar gətirdi.

Heydər Əliyevin sərkərdəliyi ilə Horadiz əməliyyatı Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını yüksəltdi. 2020-ci ildə ordumuzun apardığı Vətən müharibəsində qazanılan Zəfərin başlanğıcı Horadiz əməliyyatı olub. Sonra 2016-cı ilin Aprel döyüsləri, 2020-ci ilin iyul doyüşləri.

Ulu Öndərin rəhbərliyi ilə bu uğurlar Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətverici gücü ilə əldə edilib.

Ulu öndər Heydər Əliyevin müdrikliyinin nəticəsi kimi yaradılan partiya illər ərzində ölkədə siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olub. İnandırma, inandırmaqla inama çevrilmə ehtiramla yarana bilərdi. Yarandı da. Qısa müddət ərzində xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dünyəvi dəyərləri də yaşadan, tolerantlığı gərəkləndirən partiyadır.

Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır. Obrazlı şəkildə desək, bu partiya zamanın tələbi kimi yaranmışdır.

Bu partiyanın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə əsaslanır, milli-xəlqi maraqlar əsasında hazırlanmış Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir. Bu partiya Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Məhz bu xarakterinə görə Yeni Azərbaycan Partiyası həm də gələcəyin partiyasıdır.

Yeni Azərbaycan Partiyası dünyəvi siyasətin müasir fenomenlərindən biri olan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanmaqdadır. Bu uğurlar dövlətçiliyin uğurlarıdır, dövlətin uğurlarıdır, xalqın uğurlarıdır. 2016-cı ilin Aprel döyüşlərində Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə böyük qələbələr qazanıldı. Bu qələbələr 2020-ci il İkinci Qarabağ müharibəsində, mahiyyəti etibarilə Vətən müharibəsində daha böyük Zəfərlə tamamlandı. Bu Zəfər torpaqlarımızın azad edilməsi ilə tariximizin şanlı səhifəsinə çevrildi. İşğaldan azad edilmiş ərazilərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə quruculuq işləri aparılır. Bu proqram da uğurla başa çatdırılacaqdır.
Yeni Azərbaycan Partiyası demokratik cəmiyyətin partiyasıdır, tolerant dövlətin iqtidar partiyasıdır. Bu partiya siyasi dialoqu dəstəkləyən, partiyalararası münasibətlərdə başlıca amilin milli maraqlar olduğunu xatırladan və bunu başlıca fəaliyyət istiqaməti bilən partiyadır.
Xalq Yeni Azərbaycan Partiyasının Azərbaycanı daha nurlu sabahlara aparacağına əmindir.

Səbinə Xasayeva-Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...