Anons

Bu gün, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Bu gün, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Bu gün, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Haqqımızda Əlaqə

Böyük tarixi şəxsiyyətin Azərbaycanla bağlı bütün arzuları gerçəkləşəcək!..

Tarix:3-10-2022, 00:51

Böyük tarixi şəxsiyyətin Azərbaycanla bağlı bütün arzuları gerçəkləşəcək!.. Tarixi şəxsiyyətlərin ömür yolu həmişə ehtiramla xatırlanır. Fəlsəfi bir gerçəklikdir ki, dövlət, dövlətçilik üçün yaşanılmış ömürlər daha həssaslıqla yaşadılır. Heydər Əliyev belə tarixi şəxsiyyətlərdən olub. Heydər Əliyev fenomeni bütün dövrlərdə ehtiramlarla anılacaq...
Ötən əsrin yarısında Azərbaycan dövlətçiliyi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dölətçiliyini İmperiyanın ilhaqında olanda da, müstəqillik dövründə çətin məqamlarda da yaşada bildi...
Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. Dünyada belə bir hərəkat olmadığından bu hərəkat heyrətlə qarşılanmışdı. İmperiya isə bu hərəkatı özünə böyük təhlükə hesab edirdi. Ona görə də Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq niyyəti ilə Bakıya qoşun yeritdi, böyük faciə törətdi. Bu qanlı faciəyəyə etiraz olaraq böyük tarixi şəxsiyyət Heydər Əliyev Moskvada, Azərbaycanın daimi nümayəndəliyi qarşısında mitinqdə çıxışında Sov.İKP MK-nı, onun Baş katibi M.Qorbaçovu ciddi tənqid etdi. Bu qanlı aksiyaya etiraz olaarq Sov. İKP sıralarından çıxdı. Çətinliklə də olsa Bakıya qayıtdı...
Azərbaycanda hakimiyyət boşluğu gənc müstəqil dövləti çətin vəziyyətə salmışdı. Səriştəsizlik, am¬bi¬siyalar, separatçılıq ciddi milli qarşıdurmalar yaratmışdı. Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Onda xalq ciddi təkidlərlə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını Azərbaycan naminə öz üzərinə götürən Heydər Əliyev respublikada yaranmış milli qarşıdurmanı aradan qaldırmalı idi. Bu, olduqca gərəkli və olduqca riskli idi. Böyük tarixi şəxsiyyət bu riski azərbaycançılıq naminə, Azərbaycan dövlətçiliyi naminə böyük siyasi uzaqgörənliklə başa çatdırdı, Gəncədə mövcud vəziyyətin təzahürlərinin genişlənməsinə, ümumiyyətlə baş verməməsinə nail oldu, təhlükələr sovuşdu.
Respublikada yaranmış siyasi böhran aradan qaldırıldı...
1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi. Xalq böyük səs çoxluğu ilə böyük tarixi şəxsiyyət Heydə Əliyevi prezident seçdi. Bu seçim Azərbaycanın sabahlarını ehtimal olunan təhlükələrdən xilas etdi, ölkədə iqtisadi inkişaf üçün, tərəqqi üçün böyük imkanlar yarandı, qlobal enerji-kommunikasiya layihələrinin reallaşdırılması üçün istər siyasi, istər də iqtisadi stimul yaradıldı.
İnaqurasiya böyük coşqu ilə keçdi. Xalq seçimin nə qədər düzgün, gərəkli olduğunu gördü. Ulu Öndər andına və xalqına sədaqətli olduğunu Azərbaycan naminə gördüyü qlobal işlərlə təsdiqlədi. Ulu Öndər inaqurasiya tədbirində dedi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”.
Azərbaycanda siyasi sabitlik, iqtisadi inkişaf, xarici dövlətlərlə ikitərəfli, çoxtərəfli əlaqələr Azərbaycanı sevməyən xarici və daxili qüvvələri gizlin-aşkar fəallaşdırmışdı. Heydər Əliyev dühası onların fəaliyyətini bütün mərhələlərdə fəaliyyətsizləşdirirdi. Xalq bir daha əmin olmuşdu ki, müstəqilliyin ilk illərində sağlam düşüncənin səsini eşitsəydi, böyük siyasi xadimi respublika rəhbərliyinə o vaxtlar dəvət etsəydi Azərbaycanda Xocalı və digər faciələr törədilə bilməzdi, Laçın, Şuşa xəyanətlər qurbanı olmazdı, ölkə ərazisinin 20 faizi işğal edilməzdi, dövlət müstəqilliyi erməni işğalıyla qoşalaşmış digər siyasi niyyətlərlə sınağa çəkilməzdi.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin işlər apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişini təmin edəsi ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik yaradıldı. Separatçı qüvvələr Azərbaycanda dövlət çevrilişi törətmək istəyirdi. Bu çevriliş bəlkə də Azərbaycan dövlətçiliyinin sonu ola bilərdi. Ulu Öndər bu çevrilişin qarşısını müdrikliklə aldı, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Bu, respublikada müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə imkan verdi.
Ulu Öndər Heydər Əliyevin siyasət nəhəngi olduğunu Sovetlər dönməmində də etiraf edirdilər, İmperiya dağıldıqdan sonra da. Moskva televiziyasının hazırladığı verilişlərin birində M.Qorbaçov Heydər Əliyevin olduqca geniş dünyagörüşə, nəhayətsiz məntiqi təfəkkürə, hadisələr arasında məntiqi bağlılıq görmə məharətinə və s. malik olduğunu etiraf edirdi. Bu etiraf gecikmiş etiraf olsa da tarixi ba¬xım¬dan gərəkli etiraf idi...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki. mən Azərbaycanlıyam”. Bu qürur Ulu Öndərin azərbaycançılıq ideologiyasının başlıca mahiyyəti, milli ideologiyanın yaradılmasının, dövlət quruculuğu siyasətinin tərkib hissəsi idi. Tarixi adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edib birləşdirən azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri deyil, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi.
Ötən əsrin sonları dünyəvi proseslər üçün bir mərhələ idi. XIX əsrin sonları, XX əsrin əvvəlləri bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrü olduğu kimi, XX əsrin sonları da bir ictimai-iqtisadi formasiyadan digərinə (bu dəfə başqa bir formatda) keçid dövrü olmuşdu. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirdi. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. Həm də milli maraqlar, milli xüsusiyyətlər nəzərə alınmaqla nail oldu. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli quruldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı da əhatələyən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.
1993-cü ildən etibarən islahatlar demokratik prinsiplərin aliliyi əsasında aparılırdı. Ümummilli Liderin rəhbərliyi altında hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.
Ermənistan Azərbaycanın 20 faizdən çox ərazisini işğal etmişdi. Böyük tarixi şəxsiyyət bunun aradan qaldırılmasını dövlətin ən başlıca vəzifəsi hesab edirdi. 1993-cü ilin yanvarında Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə Horadiz əməliyyatı keçirildi. Qələbə ilə başa çatan bu əməliyyat istər işğalçı dövlətə, istərsə də onun havadarlarına bir gerçəklik yaşatdı: Azərbaycan Ordusu torpaqlarını işğal¬dan azad etməyə qadirdir. Ona görə Ermənistan beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməlidir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirə bildi. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul edilməsinə nail oldu.
“Böyük İpək Yolu” da, “Əsrin müqaviləsi” də böyük tarixi şəxsiyyət Heydər Əliyevin XX əsrin sonlarında dünya iqtisafiyyatı üçün yaratdığı möcüzə kimi yaşanıldı...
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyuldu və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olundu. Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxladı və bu istiqamətdə mühüm islahatlara başladı. Məhz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olundu və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görüldü.
İqtisadi əlaqələr mahiyyəti etibarilə siyasi əlaqələrin yaranmasında, inkişafında, möhkəmlənmə¬sin¬də həmişə gərəkli olub. Azərbaycan böyük tarixi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə davamlı siyasi-hüquqi islahatlar dövründəydi. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər bilavasitə dövlətçilik ənənələrin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləridir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişiklikləri təmin etdi.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin tarixi əsasları möhkəmləndi, dünyəvi dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin bəşəri ideyaları da əhatələyən Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi dövlətçiliyin möhkəmləndirilməsində başlıca ideoloji sipərdir. Belə bir dövlətdə siyasi islahatlar da aparılmalı idi və böyük tarixi şəxsiyyət Heydər Əliyev bunu da həyata keçirdi, demokratik inkişafla bağlı önəmli qərarlar, qanun¬lar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı. Bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradıldı, həyata keçirildi.
Dünyanın tanınmış siyasətçiləri Ulu Öndər Heydər Əliyevi idarəetmə, siyasətin kamil bilicisi adlandırması konkret tarixi faktlara əsaslanır. Ulu Öndərin siyasi kursu reallığı düzgün qiymətləndirmə, zəngin təcrübədən yaradıcılıqla istifadə etmə, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alma, qəbul olunan qərarların mümkün nəticəsini əvvəlcədən görmə düsturu idi. Ulu Öndərin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və tərəf-müqabilləri onun siyasətini birmənalı olaraq qəbul edirdi.
Ulu Öndərin siyasi irsi hər bir azərbaycanlı üçün həyat məktəbidir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Cənab İlham Əliyevin müzəffər sərkərdəliyi ilə Azərbaycan ordusu Ermənistanı məğlub etdi, torpaqlarımız işğaldan azad olundu.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhəri işğaldan azad olunanda dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Ulu Öndərin Azərbaycanla bağlı bütün arzuları gerçəkləşəcək!..

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...