Anons

Bu gün, 11:45- Dünyanın ən hündür binası tikilir - 5 milyardlıq layihə

Bu gün, 11:19- Türkiyə Azərbaycana hazır geyim ixracatını 30 faizdən çox artırıb

Bu gün, 10:51- Azərbaycana Sibir antisiklonu gəlib, ən soyuq gün qeydə alınıb

Bu gün, 10:26- Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Dünən, 16:10- Aktyorların işdən çıxarılmasına rəsmi reaksiya - “Yeni nəfəsə ehtiyac var”

Dünən, 15:39- Gürcüstan istiqamətində sərhəd pocuzuları SAXLANILDI

Dünən, 15:08- Suitilərin ölümü ilə bağlı operativ qərargah yaradılacaq

Dünən, 14:43- Cərrah mama-ginekoloq Cəlalə Əsgərli: "Pasientləri hər bir halda razı salmaq əsas iş prinsipimdir.

Dünən, 14:19- “Türk Dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək

Dünən, 12:25- "Kəskin koronar sindromu haqqında nə bilirik?"

Dünən, 12:00- Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Dünən, 11:37- Mədəniyyət naziri UNESCO-ya çağırış edib

Dünən, 10:42- ÜST pandemiyaya hazırlıqla bağlı müqavilə layihəsinin müzakirəsinə başlandığını bildirib

Dünən, 10:16- Səbinə Xasayeva qəbul keçirdi

7-12-2022, 17:19- Sabah eyni vaxtda üç astronomik hadisə baş verəcək

7-12-2022, 16:51- Şəmkirdə ər arvadını qətlə yetirib

7-12-2022, 16:23- Azərbaycanda ilk dəfə F1 Sprint yarışları keçiriləcək

7-12-2022, 16:00- Milli Peyvənd Təqviminə dəyişiklik edilə bilər

7-12-2022, 15:04- İspaniyada iki qatar toqquşub, 150-dən çox insan yaralanıb

7-12-2022, 14:40- ƏSA Teatrı ölkəmizi beynəlxalq teatr festivalında təmsil edəcək

Haqqımızda Əlaqə

Yollara ümid deyib həmişə... - Bayram Məmmədov yazır

Tarix:23-09-2022, 10:00

Yollara ümid deyib həmişə... - Bayram Məmmədov yazır Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim


Səhiyyəddin Bilal oğlu 1934-cü ildə Zəngilan rayonunun Ağbıs kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olub.


İkinci Dünya müharibəsi başlayandan az sonra - 1942-ci ildə atası Bilal Ağayevi də döyüşlərə apardılar. Uşaqlar - İsa, Səhiyyəddin, Lalə, Məhyəddin hardan biləydilər ki, qolları atalarının boynuna sonuncu dəfə dolanır, atalarının əli balalarının saçlarına sonuncu dəfə toxunur; Bilal müharibədən qayıtmadı. Uşaqları Bənövşə tək böyütdü. Uşaqlar atasızlığın ağrı-acısını yaşaya-yaşaya analarına könül xoşluğu yaşada bildilər...

Səhiyyəddin Qubadlı Xocahan kənd orta məktəbini 1952-ci ildə bitirdi. Təhsil almaq istəyirdi; Bakı Neft Texnologiya Texnikumunun inşaat fakültəsinə daxil oldu. Tələbə biletini alanda üzü uzaqlara, naməlumluğa sarı pıçıldamışdı: "Hardasan, ay ata, hardasan?.." O anlarda yenə atasına sarılmaq istəmişdi. Kəndlərinə tələsmişdi. Anasını köksünə sıxacaqdı...

1955-ci ildə təhsilini fərqlənmə diplomu ilə tamamladı. Bu, Səhiyyəddinin biliyinin göstəricisiydi. Texnikumda onun davranışından, mədəniyyətindən, ünsiyyət yaratma qabiliyyətindən də razı idilər. Texnikumun direktorluğu belə xarakterə malik olan cavana xeyirxahlıq etməyi mənəvi borc bilibmiş - Səhiyyəddin Bilal oğluna təhsilini davam etdirmək üçün Azərbaycan Politexnik İnstitutuna göndəriş verildi. 6 ay gözləməli idi Səhiyəddin. Bu göndəriş 6 aydan sonra hüquqi əsasa malik olacaqdı. Nə etməli? Dünya heç zaman xali olmayıb, dünya həmişə xeyirxah insanların xeyirxahlığıyla işıqlanıb; Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Şəfaət Mehdiyev gənc mütəxəssisi tikinti şöbəsinin müdiri vəzifəsinə işə qəbul etdi...

Vaxt çatıb. Rayonun rəhbərliyi bu istedadlı, yoldaşlarının dediyi kimi, ipək xasiyyətli cavanın təhsilini texnikumun direktorlunun verdiyi göndəriş əsasında davam etdirməsini məsləhət görüb.

Səhiyyəddin 1955-ci ilin avqustunda Azərbaycan Politexnik İnstitutuna daxil olub...

Hardansa yadıma bir el məsəli düşür: "Yaxşı oğul neynir ata malını..." O illərin çətinliklərini dözümüylə yumşaltmağa çalışan, hadisələrə məntiqi düşüncəsiylə baxan, atasızlığın ailələrinin buluduna dönməsinə imkan verməyən Səhiyyəddin institutu da fərqlənmə diplomu ilə bitirdi. Rektorluq ona institutda qalmasını təklif edəndə də anası düşmüşdü yadına. Təkliflə razılaşmamışdı. Onu kimsə qınamamışdı, müəllimləri qərarına görə ona təşəkkür də etmişdi: "Qərarın ata adına, ata ruhuna ehtiramdı, Səhiyyəddin, anaya böyük sevgidi..."

Yollara ümid deyib həmişə... - Bayram Məmmədov yazır

Onu təyinatla Mingəçevir şəhərinə, böyük tikinti təşkilatına göndərdilər. Gənc mütəxəssis kimi Toxuculuq kombinatının tikintisində iş icraçısı vəzifəsinə təyin olundu. İlk iş yerində də məsuliyyətlə işlədi. Yaxşı iş işıq kimidi, hər yandan görünür; gənc inşaatçı-mühəndisin işi bəyənilirdi. Rayon miqyaslı tədbirlərdən birində səslənən fikir sonralar xeyirxahlığa çağırışa dönmüşdü: Yaxşını görmək, üzə çıxartmaq, onun qabiliyyətini ərazinin - şəhərin, rayonun, kəndin inkişafına istiqamətləndirmək təkcə şəhərə, rayona, kəndə deyil, Vətənə xidmətdir. Bu gözəl fikirlər Səhiyyədin Bilal oğlunun işinə görə deyilmişdi; gözəl kəlmələr gözəl işlərin başlanğıcı olanda böyük könül xoşluğu yaşanılır. Səhiyyəddin onu tanıyanlara belə könül xoşluğu yaşada bildi. Belə könül xoşluğunu özü də yaşadı. Tanıyanları deyirdi ki,özündən savayı hamı onun işini bəyənirdi. Bu bəyəmmə daha yaşxı işləmə meyli, arzusu, niyyəti idi. İllərini belə yaşayırdı Səhiyyəddin Bilal oğlu...

Həmin illərdə Zəngilan rayonunda ali təhsilli inşaat mühəndisi yoxuydu. Rayonun rəhbərliyi bu yoxluğu qanunvericilik əsasında "öz kadrı" ilə aradan qaldırmağa qərarlıydı. Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri gənc inşaat mühəndisi Səhiyyəddin Ağayevin Zəngilan rayonuna dəyişdirilməsi üçün müxtəlif dövlət orqanlarına xahiş məktubu ilə müraciət etdi. Müraciət yerinə yetirildi. Səhiyyəddin Ağayev Zəngilan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində tikinti şöbəsinin müdiri vəzifəsinə təyin edildi.

Anası onda şükranlıqla göy üzünə baxıb.Bircə kəlmə deyib: Kaş bunu sən də görəydin, ay Bilal, sən də görəydin... Səhiyyəddin sonralar rayon kənd təsərrüfatı idarəsində texniki nəzarət şöbəsinin müdiri vəzifəsində işlədi.

Təcrübəli, bacarıqlı tikinti mühəndisi kimi tanınan Səhiyyəddin Ağayevə inanırdılar, etimad göstərirdilər. Bu inamın, bu etimadın nəticəsiydi ki, Səhiyyəddin Bilal oğlu 1993-cü ilə kimi Zəngilan Kolxozlararası tikinti idarəsinin, Zəngilan 33 saylı Səyyar Mexanikləşdirilmiş dəstənin, Azərenerji Tikinti Təşkilatının Xudafərin və Qız Qalası Trestinin Zəngilan Tikinti-Quraşdırma idarəsinin rəisi vəzifələrində çalışıb. Bu müddət ərzində əsas tikinti işlərinə rəhbərlik etmək, obrazlı şəkildə desək, hünər idi...

"Su həyatdır", - deyiblər. Rayonda içməli su probleminin aradan qaldırılması da bu bacarıqlı mühəndisə həvalə edildi."Çeşmə gözü"ndən suyun Zəngilan şəhərinə çəkilməsi o illər üçün olduqca gərəkli idi; minlərlə ailədə rayonun rəhbərləri ilə bir sırada Səhiyyəddinə də alğış ünvanlanırdı: Su qədər ömrün olsun!..

O illərdə Zəngilanda tikinti işləri, zamanında deyildiyi kimi, vüsət almışdı. Bütün sahələrə diqqət yetirilirdi. Kənd təsərrüfatına da, sənayeyə də. Kənd təsərrüfatı sahəsində də gərəkli tikinti işləri gerçəkləşdirilirdi, sənayedə də. Səhiyyəddin Ağayevin rəhbərliyi, bilavasitə iştirakı ilə rayonun neçə-neçə kəndində heyvandarlıq kompleksləri və yardımçı bina tikilmişdi. Heyvandarlığın daha da inkişaf etdirilməsi həm də baytarlıq xidməti ilə bağlı olub. Bu baxımdan rayon rəhbərliyinin tapşırığı ilə rayonda baytar müalicəxanasının tikintisi də bu bacarıqlı tikinti mühəndisinə tapşırılmışdı. O, tapşırığı vaxtında, məsuliyyətlə yerinə yetirmişdi. Şahidlərin dediyinə görə, baytar müalicəxanası fəaliyyətə başlayanda rayonun səlahiyyətlilərindən biri səmimiyyətlə deyib: Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Gözəldi, rayon üçün gərəklidi...

Zəngilan şəhər kimi inkişaf edirdi. Şəhər kimi inkişafı şərtləndirən amillərdən biri də hündür mərtəbəli binalardı. Bu binalar təkcə inzibati binalar olmur. Həmin illərdə Səhiyyəddin Ağayevin bacarığının, təfəkkürünün, işə münasibətinin, "Tikdim ki, izim qala" fəlsəfəsiylə yaşamasının nəticəsiydi ki, rayonun baş planına müvafiq olaraq hündür mərtəbəli yaşayış binalarının tikintisini də ona tapşırmışdılar. Etibara məsuliyyətli nəticə ilə cavab vermişdi tikinti mühəndisi. Rayonun rəhbərliyi də, həmin binalarda yaşayan sakinlər də binaların keyfiyyətindən razı qalmışdılar. "Mənzillərdə yanan işıqlar sakinlərə könül xoşluğu verirsə, elə bilirəm dünya mənimdi...", - Səhiyyəddin könül dostlarına belə deyərmiş...

Bina ayrılıqda gözəldi, binalar kompleks halda gözəl olanda buna qüdrət deyirlər, yəni bir binanın gözəlliyi digərinin gözəlliyini tamamlayırsa, göz də doyur, könül də. O illərdə "Yazı düzü"ndə "Üzümçülər" qəsəbəsi salınmalıydı. Müxtəlif təyinatlı, müxtəlif ölçülü, müxtəlif formalı binalar tikilməliydi. Doğrudur, belə tikintilərin sənədləri, tikiləcək binaların çertyojları, arxitekturası və s. məxsusi hazırlanır, ancaq onların kağızdan həyata gətirilməsi də olduqca məsuliyyətlidir. Bu məsuliyyət Zəngilanda Səhiyyəddin Ağayevə həvalə edilmişdi. "Yazı düzü"ndə 1500 nəfərlik qəsəbə salınmışdı...

Səhiyyəddin Ağayev xalq ruhuna, xalq fəlsəfəsinə, xalq təfəkkürünə bələd inşaatçı idi. Nə yaradırdısa, bunların işığında yaradırdı. Bu işığı xalqımızın minillik tarixinə sədaqət bilib yaradırdı. Ədəbiyyatımıza da yaxşı bələd idi, mədəniyyətimizə də. Bu bələdliyin nəticəsiydi ki, yaratdıqlarında xəlqi ruh olurdu, xalqın dünənlərinin izi görünürdü. Bu, tariximizə sədaqət idi, bu, el-obaya, el-obanın timsalında Vətənə sədaqət idi. 600 yerlik Mədəniyyət sarayını da bu sədaqətlə tikmişdi, tikintiyə bu sədaqətlə rəhbərlik etmişdi...

Rayon rəhbərliyi kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün suvarma sistemini təkmilləşdirmək, yeniləşdirmək üçün qərar qəbul edəndə onun icrasını məhz Səhiyyəddin Ağayevə həvalə edəcəklərinə qərar verirdilər. Bu, inam idi. Bu, rayonun inkişafına sevgi həddində qayğı idi. Həkəri çayıUluTanrının Laçına, Qubadlıya, Zəngilana verdiyi tükənməz sərvət olub. Bu sərvətdən səmərəli istifadə bu rayonların çətinliyini nəinki aradan qaldırıb, həm də onların daha miqyaslı inkişafında vasitə olub. Həkəri çayının suyu bu rayonlara güzəran idi, könül xoşluğu idi. Həkəri çayından "Ağ oyuq" deyilən böyük düzün 3500 hektar dəmyə sahəsini suvarmaq üçün hidro-kompleksin tikintisinə də Səhiyyəddin Ağayev cəlb olunmuşdu; Həkəri "Ağ oyuq"da yoxu var edəcəkdi.

Böyük Nasos Stansiyalarının, səyyar mexanikləşdirilmiş tikinti üçün inzibati idarə və tikinti bazasının, Şayıflı kəndində hərbi kazarmanın tikintisinin, Zəngilan şəhərinin, Zəngilan və Məlikli kəndlərinin sel-sularındam müdafiə edilməsi üçün beton bəndlərin çəkilməsi, Erministanın Kafan rayonunun Gödəklər, Müsəlləm, Qaraçimən, Qovşud kəndlərindən 1988-ci ilin fevralından başlayaraq məcburiyyət üzündən öz doğma yurdlarını tərk etməyə məcbur edilmiş ailələr üçün rayonun Tağli kəndində 100-ə yaxın çoxotaqlı və yaraşıqlı taxta evlərin quraşdırılmasında və bir çox digər obyektlərin tikilib başa çatdırılmasında bacarıqlı, işgüzar, vətənsevər tikinti mühəndisi Səhiyyədin Ağayevin xüsusi xidmətləri olüb. Rayonda aparılan tikinti-abadlıq işlərinin böyük əksəriyyəti onun rəhbərlik etdiyi tikinti təşkilatları tərəfindən yerinə yetirilib. Həm də vaxtında, keyfiyyətlə...

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Uzun illər rayon partiya komitəsinin və Xalq Deputatları Soveti İcraiyyə komitəsinin üzvü, rayon sovetinin deputatı seçilən Səhiyyəddin Ağayev tikinti-quruculuq sahəsində qazandığı nailiyyətlərə görə "Əlaçı inşaatçı" adına layiq görülüb, "Rəşadətli əməyə görə" Lenin yubiley medalı ilə təltif edilib. "Əmək veteranı"dır...

...Zəngilan işğal olunanda Arazın sahilində bir anlığa ayaq saxlayıb, dönüb geri baxıb. Zəngilana sarı baxıb, evinə sarı baxıb, zamanında tikdiyi binalara sarı baxıb. Kimsə görməsə də göz yaşları üzünü közə döndərib. Zərrəcə günahı olmasa da zəngilanlıların adından Zəngilana pıçıldayıb: Bizi bağışla, Zəngilanımız, bağışla. Dönəcəyik, sənə dönəcəyik. O dönüşü yenidən dünyaya gəlişimiz biləcəyik...

Səhiyyəddin Ağayev həyat yoldaşı rəhmətlik Roza xanımla birlikdə beş övlad böyüdüb boya-başa çatdırıb. Övladları müxtəlif ixtisaslar üzrə ali təhsil alıb. 12 nəvəsi, 6 nəticəsi var. Onların hər birinin qürur ünvanıdır Səhiyyəddin Bilal oğlu...

Zəngilan işğaldan azad ediləndə kövrəkliklə yollara baxıb...

Səhiyyəddin yollara ümid deyib həmişə...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...