Anons

Bu gün, 16:49- Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

Bu gün, 16:29- Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Bu gün, 15:57- Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Haqqımızda Əlaqə

Anım günü orduya inam günüdür...

Tarix:22-09-2022, 10:06

Anım günü orduya  inam günüdür...
Tarixi faktlar təsdiqləyir ki, ermənilər həmişə münaqişələrə, başqalarından bəhrələn¬mə¬yə, başqalarına aid olanları özününküləşdirməyə maraqlı olub və bu, onun milli xarakteri kimi formalaşıb.

Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni ideoloqları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. 1918-1920-ci illər tarixdə erməni qətliamları kimi qalıb. Bu qətliamı ermənilər xüsusi qəddarlıqla həyata keçirirdi. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, işgəncələrə məruz qalmışdı.

Bir el məsəlini xatırlayıram: “Ayağıma yer edim, gör sənə nə edərəm”. Ermənilər Çar Rusiyasının erməniləşdirmə siyasətinin nəticəsi olaraq Qafqazda, bu baxımdan Azərbaycanın tarixi torpaqlarında məskunlaşdırıldı. Aborigen olmayan ermənilər Qafqazda özlərini aborigen kimi aparmağa cəhdlər göstərirdi. Siyasətinə uyğun gəldiyinə görə Rusiya buna göz yumurdu. Həm xristianlıq amilinə görə, həm də Azərbaycan kimi çox böyük təbii resurs¬la¬ra malik olan bir ərazini nüfuzu daxilində saxlamaq üçün ermənilərə bunca şərait yaradırdı.

Sovet hökumətinin siyasi repressiyasına görə 1948-1953-cü illərdə Ermənistandan, öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. Bu, mahiyyəti etibarilə repressiyanın təbiət vasitəsilə davamı idi – mühitin bu səviyyədə dəyişdirilməsi sonralar böyük bəlalar vermişdi. Ermənilərin Azərbaycana qarşı milli gözəgötürməzliyi davam edirdi. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çev¬rildi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağıdılması, on minlərə günahsız in¬sa¬nın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Ermənistanın Azərbaycana qarşı gizlin siyasi xülyalarına, azərbaycnlılara qarşı soy¬qı¬rım siyasətinə ilk dəfə siyasi-hüquqi qiyməti böyük tarixi şəxsiyyət Heydər Əliyev verdi. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu sənəd dünya dövlətlərinin diqqətinə yönəldilmiş tarixi xatırlatma oldu: tarixi hadisələrə siyasi qiymət vaxtında verilməlidir ki, sonralar onlar acı təəssüflərlə yada salınmasın.

Ermənistanın xarici siyasəti həmişə ələbaxımlılığa söykənib. Azərbaycandan ərazi iddiasına düşəndə də bu xislətini vasitə etməklə siyasi, maddi və hərbi yardımlara ünid bağlayırdı. Təəssüf ki, erməniliyə aldanan dövlətlər Ermənistanın istəyinə yardımçı olurdu, bununla da dünyəviliyin, bəşəriliyin təhlükələrlə üzləşməsinə şərait yaranırdı.

1988-1994-cü illərdə xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdi. İşğal zamanı yaşayış məntəqələri dağıdılır, dinc əhali amansız¬ca¬sına qətlə yetirilirdi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməniliyin faşizm kimi təzahürü idi. Dinc azərbaycanlılara qarşı törədilən əsl qətliam kimi yaşanıldı. Xocalıda misli görünməmiş qətliam törədildi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rus ordusunun dislokasiya yeri Xankəndi olan 366-cı alayının fəal iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.

Əsassız iddia münaqişəyə, münaqişə müharibəyə səbəb oldu...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il mrtın 24-də təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, don¬durulmasına çalışdı, bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalırdı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilirdi ki, bu da özlüyündə fəaliyyətin fəaliyyətsizliyi idi. Həm də belə münasibətlərə görə beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışırdı. Digər bir mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərə bilmirdi, yaxud göstərmirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra edilmədi. Bu beynəlxalq təşkilatın edə bilmədiyini Azərbaycan Ordusu silahla, döyüşlə həll etdi...

Ermənistan işğal müddətində Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidəsini, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidəsini məhv edib. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qaldı. Qaldı və talan edildi, dağıdıldı.

Ermənistan işğal müddətində Azərbaycana qarşı irimiqyaslı təxribatlar da törədirdi. Azərbaycan Ordusunun hissələri bu təxribatların qarşısını qətiyyətlə alırdı. Ermənistan 2016-cı ilin aprelində də belə bir təxribat törətmək istədi. Bu təxribatın da qarşısı alındı. Əks-hücum əməliyyatı ilə Lələtəpə kimi mühüm strateji yüksəklik də daxil olmaqla min hektarlarla ərazi işğaldan azad edildi. Güman etmək olardı ki, bu məğlubiyyət Ermənistanın danışıqlar prosesinə razılaşmasına vasitə olacaq. Belə olmadı. Bəşəriliyə düşmənçilik xisləti Ermənistanı yenə iş¬ğal¬çı mövqeyində saxladı.

Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti ilə 2020-ci il sentyabrın 27-də böyük təxribatlar törətmək niyyəti ilə ərazilərimizə hücum etdi. Bu hücum işğalın davamı idi. Bu hücum erməniliyin qudurğanlığı idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti ilə əks-hücum əməliyyatı başladı. Bu, əks-hücum isə Azərbaycanın ədalətli müharibəsi idi.

Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirmək istəyən Ermə¬nistan əks-hücuma müqavimət göstərməyə çalışırdı. Azərbaycanın ordu hissələri Ermənistanın işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Müharibənin gedişində döyüşlərdən uzaqda olan şəhərlərimizə də artilleriya və raket zərbələri endirən ermənilər Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu azaltmaq istəyirdi. Buna nail ola bilmədi. Ermənistan da, onun havadarları da Azərbaycan Ordusunun qadirliyinə ciddi müqavimət göstərməyi bacarmadı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Şuşa şəhəri noyabrın 8-də işğaldan azad edildi. Buna görə də 8 noyabr Zəfər günü kimi tarixləşdi. Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsini sonlandırdı. Noyabrın 10-da Azərbaycanın, Rusiyanın Prezidentləri, Ermənistanın Baş naziri üçtərəfli Bəyanat imza¬la¬dılar. Bu Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi idi.

44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalına son qoydu. Torpaqlarımız işğaldan azad edildi. Müharibə şəhidlik deməkdir. Rəşadətli Azərbay¬can Ordusunnu 2907 hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 7 nəfər itkin düşdü...

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc top¬ladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. Bu kəlam Ermənistanı da, onun havadarlarını da bağlanmış bəyanata ciddi əməl etməyə vadar edəcəkdir. Siyasi vurnuxmalar ermənilik xislətli Ermənistanı daha ağır siyasi və hərbi vəziyyətlərə düçar edə bilər...
İstər Azərbaycanın apardığı “Qisas” əməliyyatı, istərsə də bu ilin sentyabrında baş ve¬rən döyüşlər, onların nəticələri Ermənistanı davamlı sülh müqaviləsi bağlamaq haqqında düşündürməlidir.

İkinci Qarabağ müharibəsi və onun nəticəsi təsdiqlədi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirilən islahatları ordunu bu səviyyədə formalaşdırıb.

İstər ölkəmizdə. İstərsə də xarici dövlətlərdə keçirilən müxtəlif miqyaslı təlimlərdə uğurla iştirak edən hərbçilərimizin döyüş qabiliyyəti yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan Komando hərbi hissələri bu gücün daha da artmasında vasitə olacaq.
İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş taktikası dünyanın aparıcı dövlətlərinin hərbi ekspertlərinin, analitiklərinin maraqlandırır, heyrətləndirir. Azərbaycan Ordusunun döyüşləri də, qazandığı Zəfər də dünyanın müxtəlif ali hərbi məktəblərinin dərsliklərinə salınıb, bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Hərbi Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Bunlar

Azərbaycan ordusuna ehtiramın təzahürüdür...

Anım günü orduya inam günüdür...

İkinci Qarabağ müharibəsində xalqla ordunun birliyinin Anım günü Azərbaycana sevginin günüdür...

Anım günü torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olanların bir daha xatırlanması günüdür...

Biz heç zaman yaddan çıxmayanlarımızı Anım günündə daha böyük ehtiramlarla anırıq...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...