Anons

Dünən, 15:00- Nutrisoloq-Diyetoloq Suniyəxanım Cəbrayılova: "İşimdə məsuliyyətli olmaq əsas iş prinsipimdir"

Dünən, 14:34- Yanvar-iyunda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Dünən, 14:07- Əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb

Dünən, 13:42- Azərbaycanda 6 milyondan çox maska ehtiyatı var

Dünən, 13:19- Bu ilin 6 ayında 1726 əkiz, 87 üçəm doğulub

Dünən, 12:51- Vətən müharibəsinin itkinləri axtarılır - 4 əsgər, 1 MAXE, 1 zabit - FOTOLAR

Dünən, 12:25- Dünya Çempionatının başlama vaxtı dəyişdi

Dünən, 12:00- Azərbaycan əhalisinin sayı açıqlanıb

Dünən, 11:33- 1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

Dünən, 11:06- Azərbaycan-İran sərhədində atışma olub, bir sərhəd pozucusu yaralanıb

Dünən, 10:44- Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə başlanılıb

Dünən, 10:17- Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırılıb

11-08-2022, 17:04- Azərbaycan BƏƏ-yə efir yağları ixrac edəcək

11-08-2022, 16:18- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

11-08-2022, 15:52- Məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib

11-08-2022, 15:26- 4-cü doza vaksin məcburi olacaq? - AÇIQLAMA

11-08-2022, 15:00- Həkim-kosetoloq Yeganə Ağayeva: "Xanımlarımızı təbii və baxımlı görmək əsas iş prinsipimdir"

11-08-2022, 14:33- İslamiada: Azərbaycan medal sırasında 5-cidir

11-08-2022, 14:04- Məktəbli formaları ilə bağlı GÖSTƏRİŞ VERİLDİ

11-08-2022, 13:47- Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin edilib

Haqqımızda Əlaqə

Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri

Tarix:24-06-2022, 10:24

Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qaba­ğındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasında­dır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Hər bir dövlətin gücü onun həm iqtisadiyyatının inkişafı, həm də ordusunun qüdrəti ilə bağlıdır. İqtisadi cəhətdən güclü olan dövlətin ordusu da qüdrətli olar. Müstəqil Azərbaycanın inkişaf etmiş müzəffər Ordusu kimi. Tarixin müxtəlif dönəmlərində Azərbaycan Ordusu nəinki yerləşdiyi regiona, hətta dünyaya səs salmışdı. Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar dövründə müzəffər Azərbaycan əsgəri Yaxın Şərqin ən böyük imperiyasını yaratmışdı. Lakin Nadir şahın ölümündən sonra Azərbaycanın xırda-xırda xanlıqlara parçalanması, daxili ziddiyyətlərin artması, regionda yeni güclərin meydana gəlməsi və torpaqlarımıza hücumlar etməsi nəticəsində XVIII əsrin əvvəllərindən xalqımızın qara günləri başladı. Torpaqlarımızın bütövlüyü pozuldu, bir hissəsi cənubda – İranın tərkibində, bir hissəsi isə Şimalda – çar Rusiyasının əlində qaldı. Şimali Azərbaycan ərazisinin bir hissəsində isə Rusiya məcburi şəkildə Ermənistan dövlətini yaratdı.

XX əsrin əvvəllərində çar Rusi­yası rejiminin dağılması nəticəsində Azərbaycan da müstəqqillik qazan­dı. 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan, formalaşan ordumuz müstəqil dövlətçi-liyimizin qarantı oldu. Lakin dövlət müstəqilliyimizin ömrü uzun sürmədi. Heç iki il olmamış Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olundu. Yetmiş ildən artıq müstəmləkə taleyini yaşamalı olduq. Əsrin sonlarına yaxın yenidən müstəqil olmaq şansı qazandıq. Buna nail olduq.

1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu, Azərbaycanın müstəqillik sənədi oldu. Müstəqil Azərbaycanın dövlət atributları təsis edildi. Həmçinin ordu yaradıldı. Bu ordu həm də Azərbaycanın ərazilərindən torpaq qopartmaq istəyən Emənis-tanla döyüşə-döyüşə formalaşırdı. Bu, Ermənistanın Azərbaycanda apardığı ədalətsiz, işğalçılıq müharibəsi dövrü idi. Ərazi ozünümüdafiə taborları, milislər, xalq təcavüzə qarşı döyüşürdü. Birinci Qarabağ müharibəsi ordunun formalaş­ması dövrünə təsadüf etmişdi…

Həmin vaxtlarda Azərbaycanda separatçılıq meyilləri güclənmişdi, dövlətçilikdə səriştəsizlik hökm sürürdü, milli qarşıdurmalar cəmiyyətdə olduq­ca qorxulu bir vəziyyət yaratmışdı. Bu, vətəndaş qarşıdurmasına səbəb ola bilərdi. Yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsinə səbəb olmuşdu…

Xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu öndər Bakıya gəldi. Azərbaycana sevgisi, azərbaycançılığı hesabına yaranmış vəziyyətin gərginləşməsinin qarşısını aldı, Surət Hüseynova tabe olan qüvvələrin dövlətçiliyə problem yaratmasına imkan vermədi. Təhlükə sovuşdu…

Bakıya qayıtdıqdan sonra Azərbaycan Ali Sovetinin Sədri se­çilmiş Heydər Əliyev gecə-gündüz işləyərək, dövlətimizi çox xətalardan sovuşdurdu. Bunu dəyərləndirən xalq onu yekdilliklə Azərbaycan Respub­likasının Prezidenti seçdi. Bu seçim Azərbaycanın dövlətçiliyini birmənalı şəkildə xilas etdi.

Ulu öndər digər sahələrlə yanaşı, ordu quruculuğunu da gərəkli səviyyədə inkişaf etdirdi. Qısa müddətdə ərazi ozünümüdafiə taborlarını ləğv etdi, or­duda vahid komandanlıq yaratdı. Bunlar Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasının başlanğıcı idi.

Ordu quruculuğu müxtəlif amillərlə bağlıdır. Böyük tarixi şəxsiyyət Heydər Əliyev ön xətdə, səngərlərdə əsgər və zabitlərlə məsləhətləşir, tövsiyələr verir, xidmətdə fərqlənənləri təltif edirdi. Bu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldir, döyüş əzmini, qələbə ruhunu artırırdı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu­muzda və xalqımızda qələbəyə qəti inam yaranmışdı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirilmişdi, hərbi hissələr tam komplektləşdirilmişdi.

1993-cü ilin yanvarın 5-dən 6-na keçən gecə Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu Horadiz istiqamətində hücum əməliyyatına başladı. Bu əməliyyat Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi olacaqdı, Azərbaycan əsgərinin qalibiyyətini təsdiqləyəcəkdi. Əməliyyat nəticəsində Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu, ordumu­zun döyüş əzmini, qələbə ruhunu ifadə edən Zəfər kimi tarixləşdi…

Ordu quruculuğu dövlət üçün prio­ritet idi. Ordu ən müasir atıcı silahlarla, uçuş aparatları ilə, silah-sursatla təchiz edilirdi. Zabit kadrları hazırlığına da xüsusi diqqət yetirilirdi. Bunlar hərbi hissələrini tam və bacarıqlı zabit kadrları ilə komplektləşdirilməsində son dərəcə əhəmiyyətli oldu…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük ta­rixi şəxsiyyət Heydər Əliyevin siyasi kur­sunu ordu quruculuğu istiqamətində də uğurla davam etdirir. Ordumuzun silah­lanması da, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi də, ən müasir silah-sursatla təchizatı da dövlətin ən çox diqqət yetirdiyi sahələrdəndir.

Vətən müharibəsinə kimi ön xətdə yeni hərbi hissələrin tikilib istifadəyə verilməsi, müxtəlif təyinatlı təlimlərin, o cümlədən bu sıradan beynəlxalq təlimlərin keçirilməsi ordunun dö­yüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində əhəmiyyətli oldu. Vətən müahribəsi ərəfəsində beynəlxalq ranqlı hərbi ekspertlərinin rəyinə görə Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına yüksəldi.

Azərbaycanda ordu quruculuğu daim dövlətin diqqət mərkəzində oldu. Həm döyüş, həm də mənəvi hazırlıq səviyyəsi bir-birini tamamlamaqla istər ayrılıqda, istərsə də vəhdətdə aparılır.

Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri yerinə yetir­mirdi, yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif miqyaslı həmlələr, hücumlar edir, regionda mövcud status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Ordu­su bu təxribatların qarşısını qətiyyətlə alırıdı.

2020-ci il sentyabrın 27-də Ermənstan silahlı birləşmələrinin hücu­munun qarşısı da alındı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücuma keçən ordumuz Vətən müharibəsinə başladı və düşmənin işğal müddətində yaratdığı müdafiə sədlərini darmadağın etdi.

Mövqe qələbələri qazanıldıqca ordumuzun da, xalqımızın da qələbəyə inamı artırdı. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz tor­paqlarımızı geri alacağıq, ərazi bütöv­lüyümüzü bərpa edəcəyik". Bu fikirlər Azərbaycan əsgərinin döyüş əzmini də kükrətdi, qələbə ruhunu da.

Suqovuşanı (3 oktyabr), Cəbrayıl şəhərini (4 oktyabr), Füzuli şəhərini (17 oktyabr), Zəngilan şəhərini (20 oktyabr), Şuşa şəhərini (8 noyabr) azad etdi. 8 noyabr Vətən müharibəsini sonlandırdı – Şuşada düşmənə açılan atəş Vətən müharibəsində sonuncu güllə oldu.

Ermənistan ordusunun hərbi qulluq­çusu Andrey Nalbandyan Azərbaycan əsgərləri barədə belə yazır: "Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər – onlar terminator kimi irəliləməyə da­vam edirdilər. Sanki zombi ordusu idi". Düşmənin bu etirafı ordumuzun necə əzmlə vuruşduğunun təsdiqidir...

Zəfər ictimaiyyətə də, Azərbaycanı sevən dövlətlərə də gözəl könül xoşluğu yaşatdı. Xalqımız ordumuzun qazandığı bu tarixi Qələbəni əbədi olaraq yaşada­caq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi fikirləri hamımız qürurla yaşadırıq: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heş vaxt olma­yan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamı­nın qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.

Qazanılan Zəfər Azərbaycan Or­dusunun gücünün, qüdrətinin təsdiqi kimi tarixləşdi. Dünyanın iri dövlətləri, məğlub dövlət və onun havadarları gördü ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Dünyanın hərbi ekspertləri də Azərbaycan Ordusunun Zəfərinə heyrətləndiklərini etiraf edirlər.

Ordumuz yeni tarixi bir mərhələdədir. Bu mərhələ qüdrət, güc, qalibiyyət, Zəfər mərhələsidir. Yeni inkişaf mərhələn mübarəkdir, Azərbaycan Ordusu! Xalq sənə inanır, güvənir, Azərbaycan əsgəri!

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...