Anons

24-06-2022, 17:17- Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"

24-06-2022, 16:55- Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb

24-06-2022, 16:51- Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

24-06-2022, 16:23- Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq

24-06-2022, 15:38- Azərbaycanda psixatrop maddə istifadəçiləri artıb - RƏSMİ

24-06-2022, 15:09- Bu bağçalara uşaq qəbulu sərbəstdir - Nazirlik

24-06-2022, 14:42- ANAMA sədri BQXK-nın nümayəndələri ilə görüşüb

24-06-2022, 13:58- Sabah 37 dərəcə isti olacaq

24-06-2022, 13:27- Bu gün planetlər paradı olacaq

24-06-2022, 13:00- “Space” TV-yə ciddi xəbərdarlıq olunub

24-06-2022, 12:33- Hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI

24-06-2022, 12:05- Azərbaycanda KOB İnkişaf Fondu yaradılır

24-06-2022, 11:46- FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb

24-06-2022, 11:19- Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

24-06-2022, 10:51- Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür

24-06-2022, 10:24- Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri

24-06-2022, 10:00- Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər

23-06-2022, 16:17- Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb

23-06-2022, 15:56- Azərbaycan-Gürcüstan təhsil sahəsi üzrə əməkdaşlıq Sazişi təsdiqlənib

23-06-2022, 15:23- Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Haqqımızda Əlaqə

Ermənistanın verdiyi xəritələrdən kənar ərazilərdə minaya düşənlərin sayı açıqlanıb

Tarix:22-06-2022, 11:19

Ermənistanın verdiyi xəritələrdən kənar ərazilərdə minaya düşənlərin sayı açıqlanıb “Hazırda ən böyük təhlükə mina təhlükəsidir. Mina təhlükəsi müəyyən qədər aradan qaldırılmayınca böyük işlər görmək mümkün deyil”.

Bunu APA-ya müsahibəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib ki, keçmiş təmas xətti 200 km uzunluğunda və 5 km enində ərazini əhatə edib: “Bu ərazi həm piyada əleyhinə, həm tank əleyhinə minalarla, həm də partlamamış sursatlarla həddindən artıq çirklənmiş vəziyyətdədir. Ərazidə Birinci Qarabağ müharibəsindən qalmış çoxlu metal və sursat qırıntıları da var ki, bu da mina təmizləmədə itlərdən istifadəni məhdudlaşdırır. Həmçinin keçmiş təmas xətti düz ərazi də deyil, çoxlu vallar və hərbi istehkamlar var. Bu da ərazidə minatəmizləyən maşınlardan istifadəni çox çətinləşdirir və ərazini demək olar ki, əllə qarış-qarış təmizləmə məcburiyyəti yaradır. Bizim minatəmizləyənlər həqiqətən çox böyük fədakarlıq göstərirlər. Məhz bunun nəticəsində Ağdama elektrik xəttinin çəkilməsi 1 il çəkdi. Bunun üçün 20 metr enliyində dəhliz açıldı və bu dəhlizlə şəhərə elektrik xəttinin çəkilməsinə nail ola bildik. Təsəvvür edin ki, Qarabağın demək olar ki, hər yerində “AzərEnerji” ASC və “Azərişıq” ASC tərəfindən müxtəlif yarımstansiyalar quraşdırılmışdı. Ən sonda Ağdamda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikildi. "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi həm də “Ağdam-1” yarımstansiyasının yerləşdiyi yerdə tikilib istifadəyə verildi”.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqi altında Ermənistan bizə bəzi rayonların mina xəritələrini verib: “Amma bu xəritələrin praktiki əhəmiyyəti çox aşağıdır, dəqiqliyi 25% ətrafındadır. Bu xəritələrin etibarlılığı 25% olsa da, xəritələrin əhatə dairəsi indiyəcən işğaldan azad olunmuş ərazilərin cəmi 5%-ni əhatə edir. Üçtərəfli bəyanat imzalandıqdan bəri 224 nəfər mina qurbanı olub. Onların arasında ölənlər, yaralananlar, əlil olmuş insanlar var. 224 nəfərdən 139-u həmin mina xəritələri ilə əhatə olunmayan ərazilərdə minaya düşüb. Yəni söhbət təkcə onların xəritəsində göstərilən ərazilərdən getmir, təmas xəttinin arxasında da mina təhlükəsi var. Özü də bu minalar heç bir məntiqə, qaydaya əsaslanmayan şəkildə basdırılıb. Biz hər yerdə sürpriz minalarla rastlaşırıq. Bu, həm də Ottava Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Regionda davamlı sülhü və asayişi bərpa etmək üçün ilk olaraq mütləq bu təhlükəsizlik məsələləri öz həllini tapmalıdır. Təhlükəsizlik məsələləri öz həllini tapa bilmirsə və mina təhlükəsi aradan qaldırılmırsa, onda heç vaxt regionda qarşılıqlı inam və etimad təmin olunmayacaq. Əgər biz bunu istəyiriksə, ona doğru addım atmalıyıq. Azərbaycan tərəfinin dəfələrlə çağırışlarına baxmayaraq, Ermənistan tərəfindən bu istiqamətdə heç bir konstruktiv addım görmürük. Çox təəssüflər olsun ki, indi də mövcud reallıq budur və bu reallıqda fəaliyyət göstəririk. Ən çox minatəmizləmə işi görülmüş ərazi Ağdam rayonudur. Bu ərazinin 16%-i minalardan təmizlənib. Füzuli rayonu üzrə bu göstərici 10-11% ətrafındadır. Digər rayonlarda bu rəqəm daha aşağıdır. Bu, onu göstərir ki, hələ bu istiqamətdə görüləsi işlər çoxdur”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...