Anons

Bu gün, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Bu gün, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

Bu gün, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Bu gün, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

Bu gün, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

Bu gün, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Haqqımızda Əlaqə

Bakıda 130 yaşlı bina qəzalı vəziyyətdədir

Tarix:22-04-2022, 10:13

Bakıda 130 yaşlı bina qəzalı vəziyyətdədir “Yaşadığımız binanın yaşı 130-u ötüb. Artıq uzun illərdir ki, qəzalı vəziyyətdədir. Buna baxmayaraq, binada yaşayışın təhlükəli olması ilə bağlı heç bir tədbir görülmür”.

Bu şikayətlə Kanal24-ə Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti, 80 ünvanında yaşayan İbrahim Məmmədov müraciət edib.


Onun sözlərinə görə, 2 mərtəbəli bina 1890-cı illərdə inşa edilib. O vaxtdan bir neçə dəfə təmir olunsa da, istismar müddəti başa çatıb: “130 ilin binası necə olar? Bakıda 50-60-cı illərin binalarını köhnə olduğuna görə sökürlər, amma bizim binaya baxan yoxdur. Yağış yağanda başımıza tökülür, evdə hərəkət etmək belə təhlükəlidir. 16-17 ailə bu vəziyyətdə yaşayır. Qəzalı binada bir gün ölüm halının olması qaçılmazdır. Aidiyyəti qurumlar gözləyirlər ki, ölüm olsun, sonra bizim işimizə əncam çəksinlər”.

Şikayətçi iddia edir ki, yaşadıqları binanın qəzalı vəziyyətdə olması ilə bağlı dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Nazirlər Kabinetinə və digər aidiyyəti dövlət orqanlarına müraciət olunub. Bir neçə dəfə əraziyə baxış keçirilib və sənədləşmə aparılıb. Tezliklə köçürüləcəkləri deyilsə də, hələ də köçürülmələrindən xəbər yoxdur.

Şikayətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan "Qafqazinfo"ya həmin ərazi ilə bağlı şikayətin araşdırıldığı və mütəxəssislərin rəyinin alındığı bildirilib: “Sözügedən ünvanda 13 ailə yaşayır. Təxminən bir həftə əvvəl əlaqədar təşkilatlara ətraflı şəkildə müraciət olunub. Həmçinin Fövqəladə Hallar Nazirliyi tərəfindən əraziyə yerində baxış keçirilib. Qərar verilib ki, bina kəskin qəzalı binadır. Ona görə də tez bir zamanda, yəqin ki, yaxın günlərdə onunla bağlı qərar veriləcək. Həmin qərar nə olacaqsa, tərəfimizdən icra olunacaq”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...