Anons

Dünən, 18:07- Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Dünən, 17:34- Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA

Dünən, 16:27- Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-yə çatdı

Dünən, 16:00- Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Dünən, 15:32- Bu gün Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edəcək

Dünən, 15:08- İTV: "Avroviziya" təşkilatçıları bizim adımızdan öz nəticələrini elan edib - AÇIQLAMA - VİDEO

Dünən, 14:46- Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Dünən, 14:18- 200-ə yaxın şəxs Azərbaycandan deportasiya olunub

Dünən, 13:53- Həkim-kosmetoloq Ülkər Babayeva: "Aşırı dərəcədə edilən prosedurların əleyhinəyəm"

Dünən, 13:00- Bu il Bakıdakı kənd təsərrüfatı sərgilərində 450-yə yaxın şirkət iştirak edəcək

Dünən, 12:32- Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Dünən, 12:07- Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb

Dünən, 11:44- Bu çıxış ürəklərdə də qalacaq, tarix kimi tarixdə də

Dünən, 11:19- Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Dünən, 10:51- İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək

Dünən, 10:26- İlin ilk Ay tutulması baş verib

15-05-2022, 12:34- Nutrisioloq-diyetoloq Aygün Abbasova: "Ağlıma gəlməzdi ki, insanların bu qədər çəki problemi olar"

14-05-2022, 15:58- Ultrasəs həkimi Zümrüd Ələkbərova: "Ağlıma gəlməzdi ki, bu peşəyə bu qədər aşiq olaram"

14-05-2022, 12:29- "Tik-Tok" da göbəy rəqsi ilə aləmi qatan MƏMUR: Direktor və oğlunun "Azəravtoyol" MƏCARALARI/VİDEO

13-05-2022, 17:10- Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Haqqımızda Əlaqə

Ağdamda ANAMA-nın minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb

Tarix:28-01-2022, 12:25

Ağdamda ANAMA-nın minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədilə, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Bu barədə ANAMA-nın məlumatında bildirilib.

“Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən ANAMA tərəfindən Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb.

Ağdam rayonunda salınan yeni mobil düşərgə Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin edilib.

Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir: yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi. Həmçinin burada minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.

Şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi üçün düşərgə futbol - voleybol meydançası və idman üçün trenajorlarla təmin edilib.

Qeyd edək ki, “yaşıl enerji” zonasının tətbiqi konsepsiyasına uyğun olaraq düşərgə günəş enerjisi ilə qidalanan xüsusi işıq dirəkləri ilə təchiz olunub.

ANAMA-nın Ağdam rayonu üzrə mobil sahə düşərgəsi icra edilən əməliyyatların miqyasının genişləndirilməsinə, mərkəzin işçi heyətinin sayının artırılmasına xidmət edəcək. Konteynerlərdən ibarət olan mobil tipli düşərgə minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşına bilər”, - məlumatda qeyd olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...