Anons

Dünən, 18:07- Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Dünən, 17:34- Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA

Dünən, 16:27- Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-yə çatdı

Dünən, 16:00- Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Dünən, 15:32- Bu gün Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edəcək

Dünən, 15:08- İTV: "Avroviziya" təşkilatçıları bizim adımızdan öz nəticələrini elan edib - AÇIQLAMA - VİDEO

Dünən, 14:46- Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Dünən, 14:18- 200-ə yaxın şəxs Azərbaycandan deportasiya olunub

Dünən, 13:53- Həkim-kosmetoloq Ülkər Babayeva: "Aşırı dərəcədə edilən prosedurların əleyhinəyəm"

Dünən, 13:00- Bu il Bakıdakı kənd təsərrüfatı sərgilərində 450-yə yaxın şirkət iştirak edəcək

Dünən, 12:32- Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Dünən, 12:07- Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb

Dünən, 11:44- Bu çıxış ürəklərdə də qalacaq, tarix kimi tarixdə də

Dünən, 11:19- Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Dünən, 10:51- İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək

Dünən, 10:26- İlin ilk Ay tutulması baş verib

15-05-2022, 12:34- Nutrisioloq-diyetoloq Aygün Abbasova: "Ağlıma gəlməzdi ki, insanların bu qədər çəki problemi olar"

14-05-2022, 15:58- Ultrasəs həkimi Zümrüd Ələkbərova: "Ağlıma gəlməzdi ki, bu peşəyə bu qədər aşiq olaram"

14-05-2022, 12:29- "Tik-Tok" da göbəy rəqsi ilə aləmi qatan MƏMUR: Direktor və oğlunun "Azəravtoyol" MƏCARALARI/VİDEO

13-05-2022, 17:10- Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Haqqımızda Əlaqə

DYP sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib

Tarix:28-01-2022, 11:04

DYP sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə və piyadalara müraciət edib.
İdarədən verilən məlumata görə, müraciətdə deyilir:

"Son illərdə paytaxt ərazisindəki küçə və prospektlərdə nəqliyyat axınının tənzimlənməsi, eləcə də piyadaların, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin yolu qarşı tərəfə təhlükəsiz keçmələri üçün bəzi nizamlanan piyada keçidlərində sensor və ya düymə ilə idarə olunan piyada svetoforları quraşdırılıb.

Sürücülər üçün yaşıl işıq siqnalına üstünlük verilən belə svetoforların iş prinsipinə görə qurğuya toxunduqdan bir neçə saniyə sonra avtomobillər üçün qırmızı işıq siqnalı yanır və piyadaların yolun hərəkət hissəsini rahat şəkildə keçməsinə şərait yaranır ki, bu da nəqliyyatın intensiv hərəkət etdiyi yollarda ləngimələrin qarşısının alınmasına hesablanıb.

Lakin müşahidələr göstərir ki, yolu tək keçməyə çalışan bir çox piyadaların sensor və ya düymədən qısa zaman kəsiyində tez-tez istifadə etməsi bu tip svetoforların quraşdırıldığı ərazilərdə süni sıxlığın yaranmasına gətirib çıxarır. Yaxşı olar ki, piyadalar yolu keçərkən ətrafa baxsınlar, əgər başqaları da varsa, onları gözləyib yolu birlikdə keçsinlər. Dünya təcrübəsində də piyadalar nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün bir neçə nəfər toplaşdıqdan sonra sözügedən svetoforların imkanlarından istifadə edirlər.

Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək sensorlu və ya düyməli piyada svetoforlarının quraşdırıldığı ərazilərdə səbrli davranaraq yolu tək-tək deyil, toplu halda keçməyi, özləri ilə yanaşı digər yol hərəkəti iştirakçılarını da nəzərə almağı xahiş edir".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...