Anons

Dünən, 18:07- Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Dünən, 17:34- Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA

Dünən, 16:27- Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-yə çatdı

Dünən, 16:00- Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Dünən, 15:32- Bu gün Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edəcək

Dünən, 15:08- İTV: "Avroviziya" təşkilatçıları bizim adımızdan öz nəticələrini elan edib - AÇIQLAMA - VİDEO

Dünən, 14:46- Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Dünən, 14:18- 200-ə yaxın şəxs Azərbaycandan deportasiya olunub

Dünən, 13:53- Həkim-kosmetoloq Ülkər Babayeva: "Aşırı dərəcədə edilən prosedurların əleyhinəyəm"

Dünən, 13:00- Bu il Bakıdakı kənd təsərrüfatı sərgilərində 450-yə yaxın şirkət iştirak edəcək

Dünən, 12:32- Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Dünən, 12:07- Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb

Dünən, 11:44- Bu çıxış ürəklərdə də qalacaq, tarix kimi tarixdə də

Dünən, 11:19- Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Dünən, 10:51- İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək

Dünən, 10:26- İlin ilk Ay tutulması baş verib

15-05-2022, 12:34- Nutrisioloq-diyetoloq Aygün Abbasova: "Ağlıma gəlməzdi ki, insanların bu qədər çəki problemi olar"

14-05-2022, 15:58- Ultrasəs həkimi Zümrüd Ələkbərova: "Ağlıma gəlməzdi ki, bu peşəyə bu qədər aşiq olaram"

14-05-2022, 12:29- "Tik-Tok" da göbəy rəqsi ilə aləmi qatan MƏMUR: Direktor və oğlunun "Azəravtoyol" MƏCARALARI/VİDEO

13-05-2022, 17:10- Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Haqqımızda Əlaqə

Azərbaycan hər zaman haqqın, ədalətin tərəfindədir və digərilərini də buna dəvət edir

Tarix:17-01-2022, 23:13

Azərbaycan hər zaman haqqın, ədalətin tərəfindədir və digərilərini də buna dəvət edir
Azərbaycan yürütdüyü düzgün, ədalətli siyasət, multikulturalizm ənənələri və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə diqqət mərkəzində olmağı bacarıb. Ölkəmiz 44 günlük Vətən müharibəsində Zəfəri ilə dünyaya səs saldı. ATƏT-in Minsk qrupunun, BMT-nin görə bilmədiyi işi – 30 ilə yaxın işğal altında qalan torpaqlarını 44 gün ərzində azad etdi. Qələbəsi ilə regionda yeni reallıq yaradan Azərbaycan qlobal problemlərə çevik reaksiya verməsi, eyni zamanda, diqqətçəkən təşəbbüsləri ilə dünya ölkələrinin rəhbərlərinin və beynəlxalq təşkilatların rəğbətini qazanıb.

Azərbaycan həqiqətlərini qəbul edən və ona ehtiramla yanaşan ölkələr haqq işi uğrunda mübarizəmizdə bizə dəstək oldular. Həmin ölkələr indi də bizim yanımızdadır. Vətən müharibəsində Ermənistana hər mənada yardım edən ABŞ və Fransa kimi ölkələr Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdilər. Amma Fransa sonradan öz səhvini başa düşdü və Brüsseldə Azərbaycan Prezidenti ilə görüşə təşəbbüs göstərənlərdən oldu. Ölkəmiz hər zaman haqqın, ədalətin tərəfindədir və başqalarını da buna dəvət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bəzi məqamlara aydınlıq gətirdi və dövlət siyasətinin konturlarını müəyyənləşdirdi. Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, hərbi quruculuq məsələləri dövlətimizin bir nömrəli hədəflərindəndir. Sülh müqaviləsi bağlansa da, bağlanmasa da, Azərbaycan hərbi gücünü artırmağa davam edəcək. Azərbaycan Vətən müharibəsində qələbə qa¬za¬nan tərəf olsa da, to¬lerant, dünyəvi dövlət kimi Ermənistana davamlı sülh təklif edir. Bəs Ermə¬nistan? İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra da Ermənistan üç¬tərəfli Bəya¬na¬tın şərt¬lərinə əməl etmir, bu və ya digər səviyyədə təxribatlar törədir. Bu təxri¬bat¬lar bəzən hərbi əməliyyatlar sə¬viy¬yə¬sinə çatır. Azərbaycan Ordusunun hissələri bu təxribatların qarşı¬sını qə¬tiy¬yət¬lə alır. Son vaxtlar Ermənistanın hərbi qüvvələri Kəlbəcər istiqamətində fəal¬laşıb. Onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər.

S.Xasayeva qeyd edib ki, son günlərdə beynəlxalq aləmdə baş verənlər dövlət müstəqilliyinə daha sədaqətli müna¬si¬bət tələb edir. Hər bir Azərbaycan vətəndaşı dövlətə, dövlətçiliyə sevgisini fəaliyyətində də təsdiqlə¬mə¬li¬dir. Biz hansı sahədə işləsək də, bir reallığı unutmamalıyıq ki, hər birimiz bu dövlətin əsgərləriyik.

“Ermənistan rəhbərliyi və cəmiyyəti unutmamalıdır ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq. Azərbaycan, sadəcə, müharibə istəmir, artıq qan tökülməsinin tərəfdarı deyil. Regionda sülh və təhlükəsizlik naminə Ermənistan bir daha yaxşı-yaxşı düşünməli və sülh müqaviləsini imzalamalıdır. Dövlətimizin başçısı müsahibəsində bir daha diqqətə çatdırdı ki, qarşı tərəfdən hər hansı təhlükə olacağı təqdirdə, cavab tədbirləri görüləcək. Bizim mövqeyimiz bəllidir, indi Ermənistan düşünsün”, - deyə deputat qeyd edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...