Anons

Dünən, 23:13- Azərbaycan hər zaman haqqın, ədalətin tərəfindədir və digərilərini də buna dəvət edir

Dünən, 17:18- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb

Dünən, 16:55- Dünyada işsizlərin sayı bu il 207 milyona çatacaq - PROQNOZ

Dünən, 16:22- Azərbaycan yığması UEFA-nın İnkişaf turnirində iştirak edəcək

Dünən, 16:00- Azərbaycanda ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Dünən, 15:36- Həkim-kosmetoloq Nərgiz Şıxəliyeva: "Təbiiliyi qoruyub saxlamaq əsas iş prinsipimdir"

Dünən, 15:03- “Azərsu” ASC-də prezidentin sərəncamı belə icra olunur: “peşəkarlıq” adlı mənimsəmə!-AKTUAL

Dünən, 14:44- Davos İqtisadi Forumu başlayıb

Dünən, 14:18- Ötən həftə azad edilmiş ərazilərdə 15 mina aşkarlanıb

Dünən, 13:50- Yağıntı kəsiləcək, külək güclənəcək - HAVA PROQNOZU

Dünən, 13:25- 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

Dünən, 13:00- Nazirlik: ABŞ istehsalı olan filmin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb

Dünən, 12:32- Şamaxıda baxımsız qalan azyaşlılar sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək

Dünən, 12:07- Bu gün maqnit qasırğası gözlənilir

Dünən, 11:44- Bakıda 45 yaşlı kişi küçədə öldürüldü

Dünən, 11:19- Qəbələ və Moskva arasında yeni müntəzəm aviareys açılıb

Dünən, 10:51- Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?

14-01-2022, 17:04- Bakıda 61 uşaq sığınacağa təhvil verilib

14-01-2022, 16:45- NASA-dan Yerə yaxınlaşan asteroidlə bağlı XƏBƏRDARLIQ

14-01-2022, 16:18- “Nar+” tətbiqi yeniləndi!

Haqqımızda Əlaqə

Şamaxıda uçqun tipli sürüşmə olub, yeni çəkilən yol

Tarix:13-01-2022, 13:46

Şamaxıda uçqun tipli sürüşmə olub, yeni çəkilən yol “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şamaxı rayonunda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolundakı vəziyyətlə bağlı əraziyə baş çəkib”.

Bunu APA-ya nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, bu zona Basqali-Pirəküşkül örtük kompleksi strukturu üzərindədir: "Bu kompleksin süxurları dayanıqlı olmadığı üçün mövsümdən asılı olaraq zaman-zaman lokal sahələrdə belə hallar baş verir. Mövsümi xarakterli atmosfer çöküntülərinin artması ilə əlaqədar orada bəzi kiçik sahələrdə uçma prosesi olur. Yolun kənarında 3 metr hündürlüyündə, 10 metr uzunluğunda uçma prosesi baş verib. Bu, 9-10 metrlik yolun kənarında klassik uçma prosesidir. Ağsu, İsmayıllı, Şamaxıda belə proseslər tez-tez baş verir”.

Ə.Əliyev qeyd edib ki, hazırda yol bağlı deyil: “Yolun asfalt örtüyünə ciddi ziyan dəyməyib. Mövsümdən asılı olaraq bu zona üçün xarakterik prosesdir. Ciddi sürüşmə prosesi deyil. Yolun sol çiynində 1.5 metrlik çat əmələ gəlib. Bu da yol üçün elə bir təhlükə yaratmır. İntensiv uçma deyil, böyük ərazini də əhatə etmir. Burada bir neçə dəfə belə hallar baş verib. Hazırda qabaqlayıcı tədbirə ehtiyac yoxdur. Yəqin ki, müvafiq qurumlar qarşısını alacaqlar. Bu, sürüşmə deyil, sadəcə uçma prosesidir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...