Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı
Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA
Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS
Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"
Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”
Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...
Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir
Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq
Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti
Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb
Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib
Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT
Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!
Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...
Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...
Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...
Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR
Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...
Dövlət xadimi, general Məhəmməd Əsədovun işıqlı xatirəsinə
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Tanıdığın, xarakterinə bələd olduğun tarixi şəxsiyyətlərin yaşadığı illərin mahiyyətini dərk edəndə, onları düşüncələrinə köçürəndə bir daha əmin olursan ki, ən duru ömür Vətən üçün yaşanan ömürdür, dəyərli ömürün göyqurşağı Vətən sevgisidir. Cavanlığımda bir şeir yazmışdım: Səni sevənləri sevmişəm, Vətən! Sonralar bu şeirin bu misrası mənim ömrümün şeirləşmiş andına döndü. İlləri dövlətə sədaqətin, xalqa məhəbbətin işığında yaşadım. Tanıdığım tarixi şəxsiyyət-lərin ömür yolunun seyrçisi ola-ola, bu ömürlərdən öyrənə-öyrənə yaşadım. Belə ömürlərdən biri də general-mayor Məhəmməd Nəbi oğlu Əsədovun ömrü olub. Bu dəyərli, bu örnək ömürdən yaşımın bu vaxtında da öyrənirəm...
...Zəngilanda Baharlılara Bəsitçayın axışı bir hekayət idi. Bu hekayətin coşqusu da, hərdən sahilə sarılması da, hərdən sahili aşması da, duyğulularla səssiz-sözsüz pıçıldaşması da hekayət idi. Bu hekayətlər Məhəmmədin gecələrinin yuxusuna, gündüzlərinin düşüncələrinə hopurdu. Baharlıdan Böyük dünyaya aparan yolu Bəsitçayın mehri uğurlayanda da gözəl niyyətlər də, müqəddəs niyyətlər də bu düşüncələrə sarılmışdı: Bu yolun sonunda işıq vardı və Məhəmmədin ürəyindən keçən bu işıq yolun uğuruna dönmüşdü...
Bakıda statistika texnikumunu bitirəndə də, Zəngilanda işləyəndə də bir niyyətin cəfakeşi olub: Xalq üçün, dövlətçilik üçün yaşamalı! Bu niyyət atası Nəbi kişinin öyüd-nəsihətlərinin davamı idi...
Hərbi xidmətdən qayıtdıqdan sonra Sumqayıtda tikintidə işlədi; zamanında əməyə alışmışdı, böyüklərindən eşitmişdi: Zəhmət ən böyük müəllimdir. Ən böyük müəllim olan zəhmət zəhmətdən çəkinməyənlərin aylarının-illərinin nazını da çəkir; zəhmət işığa dönür, qədirbilənlərin diqqətini çəkir. Az sonra tikintidə iqtisadçı, sonra plan-iqtisad şöbəsinin müdiri oldu. Atasının öyüd-nəsihətlərini unutmamışdı, unutmurdu, unutmayacaqdı: Təhsil başucalığıdır, oğul. Təhsilli adam söz yiyəsi olur. Çalış söz yiyəsi ol. Məhəmməd Nəbi oğlu ali təhsil almağı qərara almışdı. Qərar düşüncələrin nəticəsidir, düşüncələr sabahlar üçündürsə, daha dönməz olur. Məhəmməd Nəbi oğlu Xalq Təsərrüfatı İnstitutunu bitirdi.
Xeyirxahlıq və məsuliyyət kəlmələri arasında ilk baxışda uyğunluq hiss olunmur. Ancaq bir atalar sözünə söykənəndə hiss edirsən ki, bu kəlmələrin mahiyyətləri eyniləşir: Sən balığı at dəryaya, balıq bilməsə, xaliq biləcək. Məsuliyyət də belədir, məsuliyyətli ol, günün birində məsuliyyətin ən etibarlı zəmanətin olacaq. Dürüst ömür məsuliyyətin cığırdaşıdır. Məhəmməd Əsədov ad-soyadlı bir kadrla ciddi maraqlandılar. Dövrün bütün öyrənilmə mərhələləri onun kimliyinin etibarlılıq sənədi oldu. Bu sənədə istinadən Məhəmməd Nəbi oğlu Əsədov Sumqayıt Şəhər Partiya Komitəsində təlimatçı, sonra sənaye və təşkilat şöbələrinin müdiri vəzifəsində işlədi. Sözün əsl mənasında işlədi. Ad-soyadının heysiyyətinə layiq səviyyədə işlədi, bu günləri sabahlar üçün yaşayaraq işlədi, sabahlarda yaşamaq üçün işlədi. 1964-cü ildən 1978-ci ilə kimi...
Partiya işinin təşkilini yaxşı bilirdi Məhəmməd Əsədov. Dərin təfəkkürü, fakt və hadisələr arasında analogiyaları seçmək, ayırd etmək qabiliyyəti bütün zamanlarda (və bütün məqamlarda) idrakın təntənəsi olub; fəaliyyətin rəvanlığı, gerçəkliyi, gərəkliyi məhz bu amillə tənzimlənib. Məhəmməd Əsədovun bu qabiliyyətinə Mərkəzi Komitədə yaxşı bələd idilər. Bu bələdlik məqamında gərəkli təyinatla tamamlanacaqdı, şübhəsiz. Məsuliyyətə söykənən fəaliyyət, fəaliyyətin məzmunun daxili nəzarətçisi olan səbir ehtimalı uğurun başlanğıcıdır. Bu həyat tezisinə Məhəmməd Nəbi oğlu da yaxşı bələd idi (əzizlərinə də, əzizlədiklərinə də deyərdi ki, vaxtından əvvəl açmağa meyilli çiçəkləri don vurur. Az qala, atalar sözü qüdrətində bir kəlamdır, zənnimcə...). 1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkildi. Etimada görə, daha genişmiqyaslı fəaliyyəti olacağına görə həmin günü ömürlüyünün aydını bildi...