Anons

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Haqqımızda Əlaqə

“Asfalt çəkib, sonra qazımaq” təcrübəmiz rəqəmsal transformasiyamızda necə tətbiq olunur?

Tarix:24-11-2021, 17:09

“Asfalt çəkib, sonra qazımaq” təcrübəmiz rəqəmsal transformasiyamızda necə tətbiq olunur? Oxşar İT həllərin yaradılmasında nə maraq var?

Bir müddət əvvəl tez-tez rast gəlirdik - asfalt döşənir, qısa müdətdən sonra isə kommunal xətlərin dəyişdirilməsi üçün yeni çəkilən asfalt örtüyü dağıdılırdı. Əlbəttə ki, qurumlararası koordinasiyanın olmaması əlavə xərclərə, artıq zamanın itirilməsinə gətirib çıxarırdı. Bu oxşarlıq hal-hazırda mahiyyəti eyni olan sistemlərin yaradılması ilə İT həllər sahəsində davam edir desək yanılmarıq.

Məlumatınız olduğu kimi ötən gün VXSİDA-nın Elektron Hökumətin İnkişafı Mərkəzi "Rəqəmsal İcra Hakimiyyəti” portalının pilot versiyasının (Gəncə, Quba, Masallı) təqdimatını keçirdi. Əlbəttə ki, portalda təqdim olunan xidmətlər, portala qoşulan yerli icra hakimiyyətləri, portalın funksionallığı xüsusi maraq doğururdu.

Dünənki təqdimatdan sonra İKT üzrə ekspert Osman Gündüz “Rəqəmsal İcra Hakimiyyəti” portalı ilə bağlı “Bu cür "kasıb" formada "Rəqəmsal İcra Hakimiyyəti” portalı üçün 10 il gözləməyə dəyərdimi?” başlıqlı paylaşım etdi. Ekspert qeyd edir ki: “Portala nəzər salanda görmək olar ki, yerli icra qurumlarının göstərdikləri bir çox ictimai-sosial əhəmiyyətli xidmətlər elektronlaşmayıb. 39 xidmətdən cəmi 9 xidmət elektronlaşıb ki, onların bir çoxunun ictimai-sosial əhəmiyyəti, kütləviliyi olduqca aşağıdır. Yəni daha kütləvi, daha əhəmiyyətli xidmətlər elektronlaşa bilərdi. Həmçinin, fikrimcə, rəqəmsal savadlılığı, texnologiyalardan istifadə imkanları yetərli olmayanlar üçün regional əhəmiyyətli bu internet resursu daha təkmil, daha rahat istifadə imkanları ilə, interfeysi daha yaxşı, daha uyğun formada hazırlamaq olardı. Mobil versiya isə ümumiyyətlə qüsurludur, sürüşmələr var, testdən keçirildiyi şübhə doğurur. Xeyli zaman və resurslar sərf edilməsinə baxmayaraq, bütün rayonlar üçün nəzərdə tutulan, regional rəqəmsal hökumət portalının bu qədər bəsit formada hazırlanması və təqdimatı düşündürücüdür. Düşünürəm ki, Şamaxı İcra Hakimiyyətinin təqdim etdiyi elektron müraciət modeli daha uğurlu və daha işlək formada idi”.

İKT üzrə jurnalist Rəşad Cəfərov da Şamaxıda tətbiq olunan sistemlə yeni təqdim olunan sistemin mahiyyətinin eyni olduğunu bildirdi: “Təxminən 1 ay əvvəl cənab Prezidentin Şamaxıya səfəri zamanı mahiyyəti demək olar ki, eyni olan “e-qəbul” portalı – elektron müraciət sistemi də təqdim edilmişdi. Şamaxı rayon icra başçısı Tahir Məmmədov Prezidentə məlumat verərkən qeyd etdi ki, sistem 2020-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Qeyd edim ki, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən tətbiq olunan “Vətəndaşların elektron müraciəti portalı” layihəsi beynəlxalq müsabiqədə (Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (“WSIS Prizes – 2021”) – red.) birinci yerə layiq görülüb. Beynəlxalq müsabiqədə qalib olan bir sistemin oxşarının yaradılmasına ehtiyac vardımı? Şamaxıda tətbiq olunan sistem daha da təkmilləşdirilərək digər yerli icra hakimiyyətlərində də tətbiq edilə bilərdi. Həmçinin qeyd edim ki, Şamaxıda tətbiq olunan sistem “Rəqəmsal İcra Hakimiyyəti” portalından daha çox xidməti əhatə edir, həmçinin müraciətlərin icrasına nəzarət modulu üstünlük təşkil edir.

Çox təəssüflə bildirmək istərdim ki, Sumqayıtda tətbiq olunan nəqliyyatda kartla ödəniş sistemindəki problem bu cür sistemlərin etibarsız hazırlanmasına nümunədir. Təsəvvür edirsiniz, vətəndaş kartına pul yükləyir, avtobusa minib kartını vurur, görür kartında vəsait yoxdur. Təcrübə göstərir ki, sonradan bu sistemlər iflasa uğrayır. Milyonlarla xərc çəkilən Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin nümunəsində illər əvvəl də oxşar hadisənin şahidi olmuşduq. Sumqayıtda tətbiq olunan nəqliyyatda kartla ödəniş sistemi də bir neçə ildir Şamaxıda tətbiq olunmaqdadır. Çox gözəl də tətbiq edilir. “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın Tədbirlər planına əsasən Bakı Nəqliyyat Agentliyi xarici turistlər üçün çoxfunksiyalı, öncədən ödənilmiş ödəniş məhsullarının tətbiqini, Tələbələrə smart tələbə kartlarının verilməsini nəzərdən keçirməli idi. Səhv etmirəmsə onlar da yeni bir sistem üzərində işləyirlər. Maliyyə sərf edib, vaxt itirib oxşar yeni sistemlərin yaradılmasında nə maraq var? Rəqəmsal transformasiyanın sürətləndirilməsi üçün oxşar sistemlərin yaradılmasına deyil, mövcud sistemlərin təkmilləşdirilərək daha geniş tətbiq edilməsinə çalışmaq lazımdır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...