Anons

Bu gün, 12:21- POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN

Dünən, 17:14- Dörd ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Dünən, 16:47- “Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

Dünən, 16:19- 1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Dünən, 15:51- Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA

Dünən, 15:25- Azərbaycanda diktor vəfat etdi

Dünən, 15:00- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 14:33- "Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı AÇIQLAMA

Dünən, 14:06- Bu il narkotikə görə 5 mindən artıq şəxs cinayət məsuliyyətinə cəlb edilib

Dünən, 13:49- 2025-ci ilədək Azərbaycanın ümumi daxili məhsulu artacaq - BVF

Dünən, 13:17- Şənbə gününün hava proqnozu açıqlanıb

Dünən, 12:54- Şahmat Federasiyasına yeni prezident seçilib

Dünən, 12:22- Hərbiçilərə sosial şəbəkələrlə bağlı qadağa QOYULUR

Dünən, 12:00- Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək - BVF

Dünən, 11:35- Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ

Dünən, 11:08- Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü olacaq

Dünən, 10:43- Azərbaycan iki erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib

Dünən, 10:16- YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib

25-11-2021, 17:19- Azərbaycan gimnastı Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında finala çıxıb

25-11-2021, 16:51- Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Haqqımızda Əlaqə

Azad edilən ərazilərə keçməyə cəhd göstərən 5 nəfər həbs olunub

Tarix:23-11-2021, 15:25

Azad edilən ərazilərə keçməyə cəhd göstərən 5 nəfər həbs olunub
Azad edilən ərazilərə keçməyə cəhd göstərən 5 nəfər həbs olunub.

Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuiat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin qanunsuz keçməsi onların həyat və sağlamlıqları üçün təhlükəlidir. Lakin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bu qaydalara əməl etməyən şəxslərə rast gəlinir.

"Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin ərazilərə icazəsiz daxil olan şəxslər müəyyən olunub.

Rayon ərazisindəki nəzarət postlarından yayınaraq, qanunsuz yollarla insan həyatı üçün təhlükəli ərazidə 1 yük və 1 minik avtomobili müəyyən olunaraq dayandırılıb. Təhlükəsizlik qaydaları çərçivəsində həmin avtomobillər ərazidən çıxarılıb.

Öz həyatlarını təhlükəyə ataraq, minalardan tam təmizlənməmiş ərazidə müəyyən olunan qayda və tələblərə etinasız yanaşan 6 nəfər – “QAZel” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini Raci Məmmədov, “VAZ-21011” markalı avtomobilin sürücüsü Mahir Məmmədov və sərnişinləri – Elməddin Novruzov, Mütəllim Mirzalıyev, İntiqam Vəliyev və Nazim Məmmədov saxlanılıblar", - deyə polis mayoru bildirib.

E.Hacıyev qeyd edib ki, həmin şəxslərin barəsində başlanan inzibati icraata uyğun olaraq toplanan materiallar rayon məhkəməsinə göndərilib: "Məhkəmənin qərarı ilə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 25 sutka inzibati həbs cəzası verilib, N.Nəmmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq 200 manat miqdarında cərimə edilib.

"Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq", -E.Hacıyev əlavə edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...