Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər

Tarix:22-10-2021, 11:02

COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər
Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID -19 virusunun yeni mutasiyası - AY.4.2 (Delta plyus) yayılmağa başlayıb.

Ekspertlər qeyd edirlər ki, yeni ştammın "delta" ştammı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilər.Yeni mutasiyanın həmçinin daha çox kontakta meyilli olduğunu, onun simptomlarının daha qısa zaman kəsiyində özünü büruzə verdiyini vurğulayan ekspertlər, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olmasını, üçüncü doza vaksinasıyanın sürətləndirilməsinin zəruri olduğunu bildirib.

TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov Trend-ə açıqlaması zamanı qeyd edib ki,yeni mutant kimi qələmə verilən AY.4.2 ştamına “Delta plyus” ştamı deyilir:

“Delta plyus” ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticismlərə qarşı müəyyən rezisdentlik göstərir".

O həmçinin qeyd edib ki, bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub:

“Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.

Ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "Delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır".

Həkim-infeksionist Vüqar Cavadzadə isə Trend-ə açıqlaması zamanı bildirib ki, Azərbaycanda COVİD-19 virusunun bu mutasiyasına bu günə qədər yoluxan olmayıb:

"Bu növ, əsasən, İsrail, Rusiya və Türkiyədə yayılmağa başlayıb. Biz bundan sonra da COVİD-19 virusunun yeni növlərini görəcəyik. Mutasiyaya uğramaq bu xəstəliyin bioloji xüsusiyyətidir. Yeni mutasiya baş verdikdə ilk vaxtlar güclü yayılır. Bu da çox insanın xəstələnməsinə səbəb olur. Sonradan vaxt keçdikcə zəifləyir. COVİD-19 virusunun yeni mutasiyasına görə təşvişə düşməyə ehtiyac yoxdur. Ümumən, COVİD-19 virusuna yoluxanların əgər yan xəstəlikləri varsa, həmin şəxslər xəstəliyi ağır keçirirlər.

Son günlər ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayı getdikcə artır. Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması vacibdir. Xüsusən, tibb işçiləri, xidmət sahələrinin işçiləri, yaşı 65-dən yuxarı şəxslərin 3-cü doza vaksinasiyası sürətləndirilməlidir.

Ümumiyyətlə, hamı üçüncü doza peyvədi vurdurmalıdır. Həmçinin, insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlaması, qapalı məkanlarda maskadan istifadə etməsi vacibdir".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...