Anons

Bu gün, 12:00- Oskar uğrunda yarışacaq xarici filmlərin siyahısı açıqlanıb

Bu gün, 11:38- Azərbaycanda turizm bələdçilərinin milli sertifikatlaşdırılmasına başlanılır

Bu gün, 11:04- Jurnalistlərlə kobud rəftar edən DSX əməkdaşı cəzalandırılıb

Bu gün, 10:46- DİN Bakıda şagirdin neqativ hərəkətləri ilə bağlı iddiaları yoxlayır

Bu gün, 10:13- İbrahimoviç Messi və Ronaldo arasında seçim edib

Dünən, 22:56- Səbinə Xasayeva Korgöz qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

Dünən, 17:08- Cari ilin 9 ayı ərzində təbiətə vurulan zərər açıqlandı

Dünən, 16:41- İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı

Dünən, 16:17- Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb

Dünən, 15:52- Yeni il yarmarkalarında qiymətlər necədir?

Dünən, 15:25- Zəfər günü ilə bağlı amnistiya indiyə qədər 3676 məhkuma şamil edilib

Dünən, 15:00- Geri qayıdacaq köçkünlərin statusu ilə bağlı sənəd hökumətə TƏQDİM OLUNDU

Dünən, 14:34- Sabaha gözlənilən hava PROQNOZU

Dünən, 14:06- Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur

Dünən, 13:43- Helikopter qəzasında şəhid olanların ailələrinə nə qədər kompensasiya veriləcək? -AÇIQLAMA

Dünən, 13:19- Prezident İlham Əliyev bu şəxslərə “Əməkdar mühəndis” fəxri adı verib - SİYAHI

Dünən, 12:51- Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına dəyişiklik edib

Dünən, 12:22- Gələn ildən azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək bu şəxslərə vergi güzəştləri olacaq

Dünən, 12:00- Azərbaycanın kibertəhlükəsizlik üzrə milli strategiyasına əlavələr edilə bilər

Dünən, 11:35- Azad olunmuş ərazilərdə 10 seysmik stansiya qurulacaq

Haqqımızda Əlaqə

44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

Tarix:22-10-2021, 10:17

44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasıT

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Azərbaycan və İran İslam Respublikası dövlət sərhədini tam nəzarətə götürüməsi ilə bağlı paylaşım edib: "Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!"

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib:"Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

- Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib.

- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibə verib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ermənistanın alay komandiri yaralanıb, onun müavini və tabor komandiri məhv edilib.

- Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb. Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib.

- Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edib. Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüləri yayılıb.

- Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib. Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edib.

- Azərbaycan Bayrağı Zəngilan rayonunun Ağbənd qəsəbəsinə sancılıb.

- Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüləri yayılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...