Anons

Dünən, 17:00- Bakıda “Qələbə hünəri” adlı rəsm sərgisi açılacaq

Dünən, 16:35- Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI - RƏSMİ

Dünən, 16:08- Həkim-kosmetoloq Nurlana Ələkbərova: "Daha çox təbiiliyə üstünlük verirəm"

Dünən, 15:26- ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

Dünən, 15:00- Sabah Bakıda yağış yağacaq

Dünən, 14:34- Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Dünən, 14:07- Zəfər gününün tədbirlər planı təsdiqlənib - Parad GÖZLƏNİLİR

Dünən, 13:43- Münaqişəli ailələrdə böyüyən yeniyetmələrin davranışları

Dünən, 13:19- Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib

Dünən, 12:51- Bakıda bu məktəb 2 həftəlik bağlandı - Yoluxma sayı yüksəkdir

Dünən, 12:25- “Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Dünən, 12:00- Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

Dünən, 11:06- Yaşadılan tarix şanlı tarixdir...

Dünən, 10:44- 44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr

Dünən, 10:18- Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür

15-10-2021, 17:09- Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ

15-10-2021, 16:58- Həkim-kosmetoloq Sevinc Xankişiyeva: "Özümü bu sahədə xoşbəxt hiss edirəm"

15-10-2021, 16:23- Azərbaycanda işsiz şəxslərlə bağlı yeni konsepsiya hazırlanıb

15-10-2021, 16:00- Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

15-10-2021, 15:37- Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb

Haqqımızda Əlaqə

Səhiyyə və Təhsil nazirlikləri koronavirusdan ölən şagirdlə bağlı məlumat yaydı

Tarix:13-10-2021, 16:44

Səhiyyə və Təhsil nazirlikləri koronavirusdan ölən şagirdlə bağlı məlumat yaydı Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə koronavirusdan ölən şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Bu barədə Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

Məlumata əsasən, Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu 09.10.2021-ci il tarixində saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub. İlkin diaqnoz “Kəskin bronxit, bronxospazm” təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub.

Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq, Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib.

Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərov sonuncu dəfə oktyabrın 5-də dərslərdə iştirak edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb.

COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir. Eyni zamanda, xəstə 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib.

Cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edirik. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...