Anons

Dünən, 17:00- Bakıda “Qələbə hünəri” adlı rəsm sərgisi açılacaq

Dünən, 16:35- Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI - RƏSMİ

Dünən, 16:08- Həkim-kosmetoloq Nurlana Ələkbərova: "Daha çox təbiiliyə üstünlük verirəm"

Dünən, 15:26- ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

Dünən, 15:00- Sabah Bakıda yağış yağacaq

Dünən, 14:34- Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Dünən, 14:07- Zəfər gününün tədbirlər planı təsdiqlənib - Parad GÖZLƏNİLİR

Dünən, 13:43- Münaqişəli ailələrdə böyüyən yeniyetmələrin davranışları

Dünən, 13:19- Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib

Dünən, 12:51- Bakıda bu məktəb 2 həftəlik bağlandı - Yoluxma sayı yüksəkdir

Dünən, 12:25- “Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Dünən, 12:00- Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

Dünən, 11:06- Yaşadılan tarix şanlı tarixdir...

Dünən, 10:44- 44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr

Dünən, 10:18- Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür

15-10-2021, 17:09- Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ

15-10-2021, 16:58- Həkim-kosmetoloq Sevinc Xankişiyeva: "Özümü bu sahədə xoşbəxt hiss edirəm"

15-10-2021, 16:23- Azərbaycanda işsiz şəxslərlə bağlı yeni konsepsiya hazırlanıb

15-10-2021, 16:00- Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

15-10-2021, 15:37- Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb

Haqqımızda Əlaqə

Azad edilmiş ərazilərə qanunsuz keçmək istəyənlər saxlanılıb

Tarix:13-10-2021, 12:00

Azad edilmiş ərazilərə qanunsuz keçmək istəyənlər saxlanılıb İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü Cəlilabad rayon sakini Sadiq Qasımov və sərnişin qismində olan həmyerlisi Qurban Məmmədov rayonun Mehdili kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıblar. Araşdırmalar zamanı adıçəkilən şəxslər icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçdiyi müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokolar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.

Bundan başqa Cəbrayıl RPŞ-nin əməkdaşları Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan “Man” markalı avtomobili nəzarət qaydasına uyğun olaraq yoxlamaq üçün “saxla” işarəsi veriblər. Lakin sürücü - Füzuli rayon sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan icazəsiz olaraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. C.Cabbarov və sərnişinləri – Bakı şəhər sakinləri olan İlham Məmmədov və Məmməd Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...